07:57 Axundzadə Cavad Məhəmmədəli oğlu |
Axundzadə Cavad Məhəmmədəli oğlu - Azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933). Həyatı Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji Institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir. Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29). Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il repressiyasının qurbanı olmuşdur.
Gəlmə Bismillah: Şerlər / Azərbaycan.- 1994.- 6 der.-s.4. Едва на свет явилось чудо…; Гейгель: Стихи/Вышка.-1992.-23 апрель.-С.3. Однажды: Стихи/Юрддаш.-1992.-12 февр.–С.2.malar).-B.: Yazıçı, 1991. – 208 s. Haqq bağıran səs / Tərt. və ön söz A.Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s. Çırpınırdı Qara dəniz: (Şer) Что значит. разлука…; Не плачь: Стихи/ Пер. В.Кафарова/Бакин.рабочий.-1992.-30 июня.-С.3. Haqqında olan əsərlər Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6. Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8. Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6. Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7. Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16. Гурбанов Ш. Я певец свободы!: Ахмед Джавад-100//Баку.-1993.-6 марта.-С.2. Саледдин А. Свет очей моих-Азербайджан!: К 100 летию со дня рождения Ахмеда Джавада//Литературный Азербайджан.-1992.-№4.-С.3-8. Afina Məmmədli Əflatun qızı."Əhməd Cavad və Türkiyə" kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s. |
|
Şərhlər: 0 | |