"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 03:26
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 30 » Billuri Hökumə İbrahim qızı
04:34
Billuri Hökumə İbrahim qızı

YAZIÇILAR VƏ SAİRLƏR

   Billuri Hökumə (Həkimə) İbrahim qızı - Azərbaycan şairi, ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar incəsənət xadimi (1984). Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi.

        Həyatı

     Hökumə İbrahim qızı Billuri Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.

       Lakin duyub, anlayıb görəndə ki, qohum-əqrəbaları pərən-pərən düşüb, bəlkə də özündən asılı olmayaraq gileyləndi: "Dağlar, ox olub gözümə batırsan. Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?"

     Gənc Hökumə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız xəyalında bu hisslər dolaşırdı: "Zaman, dövran ən ədalətli hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında niyə haqsızlıq qalib gəlir?"

       Nəhayət, Hökumə də Arazın bəri səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin, arzuolunmaz səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı.

       Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı:

       Kaş Təbriz olaydı, bir də o günlər,
       Qalib gəldiyimiz o aydın səhər,
       Azadlıq olaydı, bir də ki zəfər,
       Qəlblərdə min ümid yandıran atəş,
       Üfüqdən bayraq tək enəydi Günəş...

      Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey gözləri yolda, qulağı səsdə qalır. Doğrudur, gənc Hökumə sovet Azərbaycanına gəlməyindən peşman deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma ürəyindən nisgil çəkilmədi.

    1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı:

       Qoy zaman dolansın, sənsə belə qal!
       Şair dəyişməyə tapmasın macal.
       Təbrizi, Zəncanı sən yadına sal, 
       Gəl öpüm mübarək, odlu sətrini,
       Səndən Təbrizimin alım ətrini... 

     Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. "Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram" deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk "Mənim arzum" və "Ölməz qəhrəman" kitabları haqqında "Ədəbiyyat və incəsənət" qəzetində geniş məqalə də dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri "Azərnəşr"in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. "Şairin yadigarı", "Məndən uzaqlarda" şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Azərbaycan" qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən düşünərdi: "Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa ürəyim qüssədən çərləyərdi".

      Yazı üzərində işləyərkən xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdük. Hal-əhval tutub məqsədimizi ona bildirdik. O, çox məmnun oldu: - Hökumə xanım kövrək şeirlər müəllifi olduğu kimi, həm də son dərəcə mədəni, alicənab insan idi. Onun 20-yə yaxın kitabı yadigar qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düşünməlidir. Billuri məhz belə qələm sahiblərindən idi. Bəxtiyar müəllim Hökumə Billuri ilə bağlı bir xatirəsini də danışdı: "1958-ci ildə "Gülüstan" poemam "Şəki" qəzetində dərc olunmuşdu. Qara qüvvələrin təzyiqinə, təqibinə məruz qalmışdım. Belə dar məqamda qayğıkeş insanlar məni müdafiə etdilər, onlardan biri də Hökumə xanım idi. O, istedadlı şair, geniş bilikli elm xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda yaşayır".

     Hökumə Billuri 1963-cü ildə "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. "Ürək dustaq oldu dərdə, fərağa" desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır. Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

      Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biridə "Təbriz" şeiridir. Səksəninci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən həmçinin bu şeir əsasında "Təbriz" müsiqisi bəstələnmişdir.

       Qollarım dolana boynuna bir gün
       Yenə baş qoyaram dizinə Təbriz
       Həsrətdən hicrandan cana doymuşam
       Doyunca baxaram gözünə Təbriz

       Bulanıq suların axsın durulsun,
       Təzə güllərindən büsat qurulsun
       O gül camalına birdə vurulsun
       Bir qubar qonmasın üzünə Təbriz

       Gülüstan bağının seyrinə gəlim
       Lalə yamacında birdə dincəlim
       Ötən günlərimə yetişməz əlim
       Düşüm heç olmasa izinə Təbriz

       Bulanıq suların axsın durulsun
       Təzə güllərindən büsat qurulsun
       Ö gül camalına birdə vurulusun
       Bir qubar qonmasın üzünə Təbriz

       Fəaliyyəti

      Azərb. Dövlət Un-tinin filol. fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir.. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941-45) fəal iştirakçısı olmuşdur. Əsərləri: "Mənim arzum" (1949), "Mübarizə illərində" (1951), "Şairin yadigarı" (1957), "Səndən uzaqlarda" (1961), "Səhər günəşi" (1964), "İstərəm" (1969), "Çinar gözləyir məni" (1975), "Şeirlər" (1980), "Bir də bahar gəlsə" (1984) və s. kitabları, "Səriyyə" ("Ölməz qəhrəman"), "Sənin həyatın", "Məhin", "O göylərin altında" poemaları. M. Şəhriyarın farsca şeirlərini Azərb., Səməd Vurğunun "Zəncinin arzuları" poemasını, C.Cabbarlı. M.Dilbazi, Nəbi Xəzri və başqalarının şeirlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərbaycan ədəbiyyatına, o cümlədən M.Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı "Azərbaycan" qəzetinin baş redaktoru (1956-60), Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi (1964 ildən) olmuşdur.

       İstinadlar

  1. Hökumə Billuri
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 688 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar