"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 03:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Əbül-Müzəffər İsmayıl Heydər əs-Səfəvi oğlu
07:57
Əbül-Müzəffər İsmayıl Heydər əs-Səfəvi oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

      Əbül-Müzəffər İsmayıl Heydər əs-Səfəvi oğlu — Səfəviyyə təriqətinin şeyxi; Səfəvilər dövlətinin banisi və ilk şahı; şair.

    Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

    Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətayi olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində, qismən də fars və ərəbcə yazmışdır.

       Həyatı

    17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. XIII əsrdə Azərbaycanın Ərdəbil şəhərində Səfəviyyə sufi təriqətinin əsasını qoyan Şeyx Səfininnəslindəndir. Atası Ərdəbil hakimi Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi.

    Atası Şeyx Heydər 9 iyul 1488-ci ildə Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən iki yaşlı İsmayıl anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunur və 5 il burada saxlanılır. Bir müddətdən sonra Həsən Padşahın nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultan Əlini Ərdəbilə qaytarır. 1493-cü ildə Rüstəm Mirzə ilə birləşərək Baysunquru məğlub etsələr də, Rüstəm Mirzə Səfəvilərin artan gücündən qorxaraq Şeyx Sultan Əliyə qarşı sui-qəsd hazırlayır. Ancaq sui-qəsdin üstü açılır və Şeyx Sultan Əli qardaşları ilə birlikdə Ərdəbilə qaçır. Ərdəbilə çatana qədər Rüstəm Mirzənin qoşunu ilə qarşılaşan Şeyx Sultan Əli kiçik qardaşı İsmayılı Səfəvi təriqətinin başçısı təyin edərək onları Ərdəbilə yollayır. Özü isə Rüstəm Mirzənin göndərdiyi qoşuna tərəf geri dönür. 1494-cü ildə Şəməsi adlanan yerdə baş verən döyüşdə qızılbaşlar  məğlub olur. Şeyx Sultan Əli öldürülür.

     Şeyx Sultan Əli öldürüldükdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid təfsilatı ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə görə, "Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar, qətl və qarətlərə başladılar". İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı Səfəvi müridlərindən birinin evinə köçür və üç gün ərzində orada qalır. Sonra isə yeddi yaşlı İsmayıl Xancan adlı qadının himayəsinə verilir. İsmayıl, babası Şeyx Cüneydin qızlarından biri olan və burada ona baş çəkən bibisi Paşa xatun (Məhəmmədi bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan gizlənərək bir ay həmin qadının himayəsində qalır.

     Eybə Sultan Ərdəbildə olduğu müddətdə İsmayılın olduğu yer anası Aləmşah bəyim xatuna belə söylənmir. Paşa xatun İsmayılı Zülqədər tayfasından olan Übayi-cərrahə adlı qadının yanına gətirir. Həmin qadının evi “rumluların məhəlləsində” (“məhəlleyi rumiyan”), Şeyx Xacə Əli-nin azad edərək Ərdəbilə yerləşdirdiyi Əmir Teymurun türk əsirlərinin nəsilləri yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən İsmayılı və onun qardaşını hər vasitə ilə tapmaq barədə təkidli göstərişlər alırdı. O, Ərdəbili “məhəllə-məhəllə, ev-ev” axtarırdı, lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın adamlarının onun məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba, İsmayılı ehtiyatla öz evindən çıxarır və Ərdəbilin Cümə məscidinə gətirərək Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat olduğunu xəbər verir.

      Lakin bir qədər keçdikdən sonra Üba İsmayılın olduğu yeri dəyişdirməyin zəruriliyini yenidən hiss edir. Həmin məsciddə Eybə Sultanla döyüşdə yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim köməyi üçün Übaya müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürür. Mürid İsmayıla xəbər verir ki, "Şəməsi kəndindəki döyüşdən qaçmaqla canını qurtarmış 80 sufi Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək ona xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə Ərdəbili tərk edir və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya İsmayıl barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşür. Rüstəm bəy gecə yarısı öz adamları ilə gizlicə şəhərə gəlir. İsmayılı məsciddən götürüb Baqrov dağına yola düşdü və İsmayılı Kərkan kəndində xətib Fərruxzadın evində gizlədir.

      Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ, Qırx Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy Talış, Göy Əli bəy və digər sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı qorunmağın mümkünlüyü barədə məsləhətləşməyə başlayır. Qərara alınır ki, İsmayıl Məhəmməd bəy Türkman (İsmayılın bibisi Paşa xatunun əri) və onun qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi Əmirə İshaqın evinə aparılsın. Bu səfər zamanı İsmayılı Rüstəm bəy Qaramanlı, Əhmədi bəy və onun qardaşı Məhəmmədi bəy Türkman 80 nəfərlik qızılbaş dəstəsi ilə müşayiət edir.

     Onlar əvvəlcə Tulunay hakimi Əmirə Müzəffərin evinə gəlir. Bundan xəbər tutan Eybə Sultan Əmirə Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi tələb edir. Onlar Xalxal hakimi Çağrı bəy Pornakdan da eyni məzmunlu məktub alırlar. Bu tələblərə əhəmiyyət verməyən Əmirə Müzəffər İsmayıl və İbrahim qardaşları Kəskərə göndərir. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim Əmirə Səyavuş onları öz evində qəbul edir.

   Dördüncü gün İsmayılın dəstəsi Rəştə doğru hərəkət edir. İsmayılın tərəfdarları Rəşt hakiminin dəvətinə baxmayaraq,onu “Ağ məscid” deyilən yerdə yerləşdirməyi üstün tutdur. Rəştdə olduğu zaman İsmayıla daim məscidin qonşuluğunda yerləşən zərgərlik dükanının sahibi olan Əmirə Nəcm (Əmirə Nəcm Zərgər) adında yerli sakin qulluq edir. Rəşti də təhlükəsiz hesab etməyən sadiq müridlər İsmayıla LahicanaGilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə kömək edir. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla qarşılayər və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirlər. Karkiya Mirzə Əli öz qonaqlarına hər cür diqqət göstərir.

     Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi təyin olunur. Bir neçə aydan sonra İsmayılın qardaşı İbrahim və ögey qardaşı Süleyman Ərdəbilə-analarının yanına qayıdır. Bu hadisə İsmayılı çox kədərləndirir və xəstə yatmasına səbəb olur. Ağqoyunlu hökmdarı Rüstəm İsmayılla hesablaşmaq ümidini itirmir. İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə və ondan İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail olur. Üba Rüstəmin əmri ilə Təbrizin bazar meydanında edam edilir.

     İsmayılın qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəy və onun qardaşı Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olunur. Qara Dədənin işə qarışması və 30 min təngə cərimə verməsindən sonra Rüstəm onları əfv edir. Rüstəm İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə hədələyici məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü bəhanələr gətirməklə onun tələblərini rədd edir. İsmayıl Lahicanda təqribən 6 il qalır. Bütün məsələləri həll edən qızılbaş əmirlərinin hasablamalarına görə, Ağqoyunlu şahzadələri arasındakı ara müharibələri və onların dövlətinin dağılması İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi. Bura, İsmayılın yanına itaətkar olduqlarını bildirmək üçün, xüsusilə Rum, Qaracadağ və Əhərdən çoxlu tərəfdarlar gəlir.

      Ədəbiyyatda rolu

    Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. MümtazH. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. ƏfəndiyevPaşa Kərimov, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir. Belə ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətayinin xətt nümunələrinin rəngli surətlərini əldə edib. Burada Şah İsmayıl Həzrət Əlinin kəlamlarını gözəl xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

     Qeyd edək ki, müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin əvvəllər yalnız bir səhifəsinin surəti ölkəmizdə idi. İndi isə Münxenin Baviyera Dövlət Kitabxanasında saxlanan əsərin 27 vərəqinin hamısının surəti Azərbaycana gətirilib. Nümunələrin üzərindəki qeyddən görünür ki, mətn Şah İsmayıl Xətayi tərəfindən 1514-cü ildə köçürülüb.

     Xətt nümunələrinin altında ərəbcə mətnin fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən köçürülüb. Bu xətt nümunəsinin Çaldıran döyüşündən əvvəl yazıldığı ehtimal olunur. Osmanlı imperatoru birinci Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparıb. Əsər sonradan Avropaya aparılıb.
    Xatırladaq ki, Şah İsmayıl Xətayinin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münxenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türkiyəli alim İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib. 

     İsmayıl Xətayıl az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" ("mənəm allah") şüarına, ideyasına tərəfdar çıxıb özünü "vəhdət gülzarının bülbülü" adlandırır:

     Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
     Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

    Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü "mütləq həqiqət" ("həqqi-mütləq") deyə vəsf edir:

     Xətai divanı
     Ənəlhəq sirri uş könlümdə gizli
     Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

      Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

     Yəqin bil əhli-iqrarın yanında
     Yerü gög cümlə həqdir, olma gümrah…
     Ta səni gördü Xətai valehi şeydayidir,
     hansı gözdür həq üzün görcək ki, bidar olmadı?

     Şairin sufi olması onun poeziyasınada güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.

      Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.

    Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.

     Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin "Sirlər xəzinəsi" əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:

     Sufi isən, alıb-satma,
     Halalına haram qatma,
     Yolun əyrisinə getmə,
     Doğru yola nəzər eylə.

    Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.

    Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

     Neylərəm ol cənnəti, içində dildar olmasa?!
     Qoy onu viranə qalsın – bağçada bar olmasa.

     Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.

     Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?

Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?

Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.

    İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.

   Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əskiklik görməmişdir ki, şikayətlənsin.

     Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:

     Bahar oldu ki, aləm gülşən oldu,
     Gözün aç, gör cahan nə rövşən oldu.

     Bəzəndi hər bir ağac bir gül ilə,
     Ağaclar cümlə gül pirahən oldu.

     Açıldı yazlar, bitdi çiçiklər,
     Gül ilə şol bənövşə susən oldu.

     İrişdi vədəsi badi-baharın,
     Behər su gül hezaran-xərmən oldu.

   Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. "Qızıl gül, bağü bustanım, nə dersən?" misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

     Qızıl gül, bağü bustanım, nə dersən?
     Fəda olsun sənə canım, nə dersən?

     Qərarü səbrü aramım tükəndi,
     Kəsildi külli-fərmanım, nə dersən?

     Əridi iliyim, qaldı sümüyüm,
     Bu təni tərk edər canım, nə dersən?

     Əgər yatsam min il torpaq içində
     Dürüstdür əhdü peymanım, nə dersən?

     Xətai can ilə çün səni sevdi,
     Sevən ölsünmü, sultanım, nə dersən?

     Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, KişvərininHəbibininHamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.

    Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir. "Nəsihətnamə" adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. "Nəsihətnamə" sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.

    "Dəhnamə" Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa "Dəhnamə"lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.

     Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.

    Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.

     Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…

     Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, "Eşq odu yenə bu canə düşdü" deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.
Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.
Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.

    "Dəhnamə" mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin "Dəhnamə"si ana dilində yaranan ilk epik əsərlərdəndir.

    Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə "Dəhnamə" kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.

     Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşmagəraylı, varsağıbayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:

     Dərindir bizim dəryamız, boylanmaz,
     Min bir kəlam desəm, biri anlanmaz.
     Kişi iqrarsız yollara bağlanmaz,
     Yolları qoynunda yürüyüb gedər.

     Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.
Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.

    Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin "Bir söz" rədifli gəraylısı Füzulinin "Söz" rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:

     Sözünü bir söyləyənin
     Sözünü edər sağ bir söz.
     Pir nəfəsin dinləyənin
     Yüzünü edər ağ bir söz.

     Söz vardır kəsdirər başı,
     Söz vardır kəsər savaşı,
     Söz vardır ağulu aşı
     Bal ilən edər yağ bir söz.

    Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəllərikimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

     Xətai, işin düşər,
     Gəlib-gedişin düşər.
     Dişləmə çiy loğmanı,
     Yerinə dişin düşər.

   Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan "Bəngü Badə"ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu "Mürşidi-kamilim, şeyx oğlu şahim" deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətayinin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanıyaranmışdır.

      AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətayinin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar etmişdir. Xətainin Ankara Milli Kitabxanasındakı Əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılmışdır. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər vardır. Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. I Şah Təhmasib aşkar edilmiş ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir. Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilmişdir. Beləliklə, Şah İsmayıl Xətayi və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdirmişlər.

      Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin "Bakı-1501", F. Kərimzadənin "Xudafərin körpüsü", Ə. Nicatın "Qızılbaşlar" romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətayinin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.

 

      Vəfatı

    Şah İsmayıl 23 may 1524-cü ildə vəfat edib. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn ediblər. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

 

Ədəbiyyat

Qızılbaşlar tarixi (Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir), Bakı, 1993
Zeynəddin bin Həmdullah Qəzvini, "Zeyl-e tarix-e qozide" (Tərcümə və şərhlər M.D.Kazımov və V.Z.Piriyevindir), Bakı, 1990
O.Ə.Əfəndiyev, "Salnaməçi Bicən Şah İsmayıl Xətayi haqqında", Şah İsmayıl Xətayi (məqalələr toplusu), Bakı, 1988
O.Ə.Əfəndiyev, Xətainin şəxsiyyəti, "Ədəbiyyat və incəsənət" qəzeti, Bakı, 29 yanvar 1989
O.Ə.Əfəndiyev, "Azərbaycan Səfəvilər dövləti", Bakı, 1993
C.İbrahimov, "Səfəvilərin Ərdəbil hakimliyinə dair, Bakı, 1958
Y.M.Mahmudov, Səfəvilər dövlətinin tarixinə dair yeni sənəd toplusu (Şah İsmayıl Marin Sanudonun gündəliklərində), AMEA-nın xəbərləri, TFH seriyası, 1986, N1
Ş.K.Məmmədova, "Müasir İran tarixşünaslığı Şah İsmayıl Xətayi haqqında (Məqalələr toplusu), Bakı, 1988
Ə.Məmmədov, "Şah İsmayıl Xətayi", Bakı, 1991
Faruk Sümer, "Safavi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu", Ankara, 1976Tərcümə və nəşr
Şah İsmayıl Xətayi. Keçmə namərd körpüsündən. Şeirlər və pоemalar”. Bakı, Yazıçı, 1988
Şah İsmayıl Xətayi 
əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 384 səh. ISBN 978-9952-418-43-1

 

Xatirəsinə ithaf

Müslüm Maqomayev (bəstəkar) - Şah İsmayıl (opera)

Sərdar Fərəcov - "Şah Xətai" simfoniyası

Bakıda heykəli (1993, müəllif İbrahim Zeynalov)

Ərdəbildə heykəli

Xaçmazda heykəli

Gəncədə büstü

Şah İsmayıl Xətayi fondu

Xətai metrostansiyası

"Şah İsmayıl" ordeni

Masallı şəhərində əzəmətli heykəli (müəllifi Valid Məmmədli)

 

Həmçinin bax

Səfəvilər

Çaldıran döyüşü

Mərv döyüşü

Şeyx Səfi kompleksi

Şah İsmayıl Səfəvinin tarixi

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 706 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar