"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:14
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 4 » Əbül-Üla Gəncəvi
04:13
Əbül-Üla Gəncəvi

YAZIÇILAR VƏ SAİRLƏR

     Əbül-Üla Gəncəvi – Mənşəcə Azərbaycan türklərindən olan şair, Farsdilli Azərbaycan ədəbiyyatının banisi.

        Həyatı

     Səlcuq türkləri Azərbaycana gələndən sonra XI-XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü.Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qətran TəbriziGəncəyə köçür. O, burada tez bir zamandaŞəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır.

      Qətran Təbrizi poetik ənənələrinin davamçısı, Əbül-Əla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbül-Əla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120-1149) yanında xidmətə götürülür.

       Şairin əsərlərinin təhlili göstərir ki, Əbül-Əla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbül-Əlanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbül-Əlanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani ŞirvaniFələki Şirvani kimi şairlər vardı.

       Əbül-Əla Gəncəvinin Xaqani ilə münasibətləri

       Əbül-Əla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Əbül-Əla özü bu haqda belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim."

       Bu vaxta qədər Əbül-Əla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbül-Əla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbül-Əla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türküstan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbül-Əlanın qızı ilə nigahı faktını təkzib etmişdir.

     "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbül-Əlanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şeir atışmaları baş verir. Bütün bunlar haqda Əbül-Əla ömrünün son dövrlərində belə yazır:

       Mənə həsəd aparır hər tərəfdə min düşmən
       Çuğullayır məni hər yanda min rəzil, ədna.
       Mənim tək arif olanlar həsəddən olmaz iraq,
       Mənim tək alim olanlar çəkir həmişə cəfa.

       Baxmayaraq ki, Əbül-Əlanın şeirlər "Divan"ı indiyə qədər tapılmayıb və biz onun yaradıcılığı haqda yalnız orta əsr müntəxabatlarından məlumat ala bilirik, onun adı Azərbaycan ədəbiyyatı tarixində böyük şair və pedoqoq, məşhur farsdilli Şirvan poetik məktəbinin banisi kimi əbədi qalacaqdır.

       İstinadlar

  1. Min beş yüz ilin oğuz şeri (Antologiya)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 664 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar