"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:29
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Dilbazi Mirvarid Paşa qızı
12:18
Dilbazi Mirvarid Paşa qızı

YAZIÇILAR VƏ SAİRLƏR

    Dilbazi Mirvarid Paşa qızı - azərbaycanlı şairə, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979). “İstiqlal” ordeni ilə təltif olunub (1997).

       Həyatı

     XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunu Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938),Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.

       "Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.

       Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.

       M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.

       Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.

     Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin"İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur. 2001-ci il iyulun 12-də vəfat etmişdir.

       Mükafatları

       Kitabları

       Müharibəyə qədər işıq üzü görən kitabları

       Müharibə mövzusuna həsr olunmuş kitabları

  • Döyüş mahnıları 1941
  • Kamal 1942
  • Ağarzayev 1942
  • Neft 1942
  • Vətən eşqi 1942
  • Qoçaq ataların qoçaq övladlarına 1942
  • Xatirələr 1945

       Sonrakı dövrlərdə çap olunan kitabları

  • Sənətkarın xəyalı 1948
  • "Seçilmiş şerlər" 1957
  • Məhəbbət bizimlə qoşa doğulur. Bakı: Gənclik, 1959, 227 səh.
  • Şerlər. Bakı: Azərnəşr, 1962, 22 səh.
  • Xatirələr olan yerdə 1964
  • Həyat lövhələri 1967
  • Bənövşələr üşüyəndə 1970
  • Ana qanadı (şeirlər, poemalar və hekayələr). Bakı: Gənclik, 1972, 489 səh.
  • Yasəmən fəsli 1976
  • Dağ çiçəyi. Bakı: Gənclik, 1977, 320 səh.
  • Seçilmiş əsərləri (üç cilddə) 1981-1983. Bakı: Yazıçı, I cild, 324 s.; II cild, 336 s.; III cild, 218 səh.
  • Qar çiçəkləri (şeirlər, poemalar, pyeslər). BakıI Gənclik, 1984, 280 səh.
  • Durnalar ötüşəndə. Bakı: Yazıçı, 1989, 272 səh.
  • Çiçəkdən-çiçəyə. Bakı: Gənclik, 1991, 287 səh.
  • Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 278 səh.

       Uşaqlar üçün yazdığı kitablar

  • Nağıllar 1940
  • Şerlər 1951
  • Kiçik dostlarıma 1956
  • Gülbahar 1957
  • Yaz gəlir (Bahar nəğmələri) 1968
  • Lalənin ağacları 1970
  • Abşeron bağlarında (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün). Bakı: Gənclik, 1984, 96 səh.

       Haqqında olan ədəbiyyat

  • Ə.Əhmədova. Bu ellərə vurulmuşam. Bakı: Yazıçı, 1978, 79 səh.
  • H.Həmidova. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər. Bakı: M.F.Axundov kitabxanasının nəşriyyatı, 1990, 130 s.
  • B.Nəbiyev. Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 282 s.
  • H.Əliyev. Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi//Azərbaycan qəzeti, 1998, 25 aprel, səh.2-4.
  • Son mənzil: (Xalq şairi Mirvarid Dilbazi ilə vida mərasimi)//Azərbaycan qəzeti, 2001, 13 iyul, səh.3.
  • Z.Şahsevənli. Gözü yaşlı bənövşə: (Xalq şairi Mirvarid Dilbazi haqqında)//Günay qəzeti, 2005, 3 sentyabr, səh.10.

       Yaradıcılığı

       XƏSTƏXANADA

  • Dörd divar,
  • Bir tavan,
  • Bir döşəmə.
  • Bir də
  • Ürəyimdə sıxıntı,
  • Kədər.
  • Sabahı gözləyən ümidlər...
  • Sabahım da bu günümə bənzəsə əgər?..

       Mənbə

  • Müasir Azərbaycan ədəbiyyatı. II cild,Bakı-2007,561 s.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 895 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar