"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 03:59
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Həsənzadə Nəriman Əliməmməd oğlu
06:21
Həsənzadə Nəriman Əliməmməd oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       Həsənzadə Nəriman Əliməmməd oğlu - şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017), "İlin şairi" makafatı laureatı (2010).

        Həyatı

      Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

       Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

     “Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

       Kitabları

  1. Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
  2. Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
  3. Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
  4. Qaraca Çobanın hekayəti. Bakı: 1960
  5. Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
  6. Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
  7. Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
  8. Nəriman. Bakı: Azərnəşr, 1968
  9. Niyə demədiniz. Bakı: Gənclik, 1970
  10. Zümrüd quşu. Bakı: Gənclik, 1973
  11. Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
  12. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
  13. Zümrüd quşu. Bakı: Gənclik, 1976
  14. Nəriman. Bakı: Yazıçı, 1978
  15. Sən bağışladın. Bakı: 1979
  16. Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
  17. Fikir eləmə. Bakı: Gənclik, 1982
  18. Kimin sualı var. Bakı: Gənclik, 1984
  19. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
  20. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
  21. Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
  22. Bütün millətlərə. Bakı: Yazıçı, 1991
  23. Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
  24. Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
  25. Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995
  26. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
  27. Poylu beşiyim mənim. Bakı: 2007
  28. Nəriman. Bakı: 2009
  29. Seçilmiş əsərləri. Bakı: 2010
  30. Nuru Paşa. Bakı: 2010

       Əsərləri

       Poemaları

  • Nəriman
  • Zümrüd quşu
  • Kimin sualı var?
  • Atabəylər
  • Pompeyin Qafqaza yürüşü
  • Midiya sarayı
  • Bəyanət
  • Həsrət
  • Vətənsiz
  • Heybədə gəzən şeir
  • Şahid ol, günəş
  • Rəsul Həmzətova məktub
  • Şəhid atası Şərif qağaya məktub
  • Qafqaz
  • Cavid
  • Qaçaq Kərəm
  • Səfirə
  • Xarı bülbül

       Povesti

  • Nabat xalanın çörəyi

       Filmoqrafiya

  1. Nəriman Həsənzadə (film, 2006)
  2. Qəmbər Hüseynli (film, 2007)
  3. Mən Hüseyn Arifəm... (film, 2010)
  4. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 842 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar