10:26 Hüseynov Abbasağa Əli oğlu |
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978). Həyatı Abbasağa Azərtürk - 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir. Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadəkCəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı. 8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir. Kitabları
|
|
Şərhlər: 0 | |