"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:41
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Qocayev Fikrət Göyüş oğlu
04:55
Qocayev Fikrət Göyüş oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Qocayev Fikrət Göyüş oğlu - şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq şairi (1998), Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1979), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.

       Həyatı

    Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə MoskvadaMaksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

    Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

       Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaununazadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, – qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

       Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

     Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

      Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur (1995).

       Mükafatları

  • Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi — 30.07.1979
  • "Şöhrət" ordeni- 26 iyun 1995-ci il
  • "Şərəf" ordeni - 2 sentyabr 2015-ci il
  • Azərbaycan Respublikasının Dövlət mükafatı - 2016

       Kitabları

  • Qağayı (1963)
  • Hamıya borcluyam (1965)
  • Yatmadiğım gecələrdə (1970)
  • Günlərin bir günü (1972)
  • Gül ömrü (1975)
  • İnsan xasiyyəti (1980)
  • Ömürdən səhifələr (1984)
  • Mavi dünyanın adamları (1988)
  • Taleyin ağır taleyi (1990)

      Seçilmiş əsərleri

      Dənizdə ay çiməndə (1967)

      Od gəlini (1969) rləri (1988)

  • Eldən elə – dildən dilə (1988)
  • Sükutun səsi (1991)
  • Flora Kərimova - Bir xumar baxışla - musiqi: Ramiz Mirişli
  • Şövkət Ələkbərova - Arazım - musiqi: Ramiz Mirişli
  • Elmira Rəhimli və Yaşar Səfərov - Günəşi gözləyirik - musiqi: Ramiz Mirişli
  • Elmira Rəhimli -İncitmə məni - musiqi: Adil Bəbirov
  • Elmira Rəhimli - Mən anayam - musiqi: Adil Bəbirov
  • Yaşar Səfərov - Yollar - musiqi: Adil Bəbirov
  • İslam Rzayev - Bilirsən özün - musiqi: Adil Bəbirov
  • Hüseyn Bakılı - Payız gəldi - musiqi: Emin Sabitoğlu
  • Oqtay Ağayev - Qaytar eşqimi - musiqi: Oqtay Kazımi
  • Rəşid Behbudov - Ey xəyal - musiqi: Oqtay Kazımi
  • Şövkət Ələkbərova - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
  • Məmmədbağır Bağırzadə - Gecə yaman uzundur - musiqi: Firəngiz Babayeva
  • Flora Kərimova və Cavan Zeynallı - Qorxuram - musiqi: Ruhəngiz Qasımova
  • Mirzə Babayev - Mübarək deyin - Telman Hacıyev
  • Brilliant Dadaşova - Bahar nəfəsli - musiqi: Aqşin Əlizadə
  • Yusif Savalan - Gözlə - musiqi: Polad Bülbüloğlu

         Filmoqrafiya

  1. Uşaqlığın son gecəsi (film, 1968)
  2. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 668 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar