14:01 Qövsi Təbrizi |
Qövsi Təbrizi (Əbcəd yazısıyla: قوسی تبریزی) və ya Təbrizli Əlican Qövsi (Təbriz: 1568 - Təbriz: 1640) XVII yüzildə Azərbaycanın adlım, görkəmli şairlərindəndir. Həyatı Azərbaycan Türkcəsində "Divan"ı bizə gəlib çatmış şair Təbriz şəhərində sənətkar ailəsində dünyaya göz açıb. "Divan"ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. 400-dən artıq qəzəl və başqa şeirlərindən oluşan "Divan"ı 1925 ilində Bakı'da yayımlandı (Yeni nəşri: Paşa Kərimov, Lider, 2005). Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mənəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şerinin inkişafında önəmli rol oynamışdır. Qövsi, Mirza Tahir Vəhid Təbrizini öz şeirində mədh edibdir. Qövsi'nin yüksək bədii dəyər daşıyan Türkcə qəzəllərində ilk kəz olaraq yurd sevgisi, azadlıq duyğusu da işlənmiş, zamanəsindən və insanlardan şikayətlər edilmişdir. Şeirlərindən Örnəklər Neyləsin Gər nâlə çəkməsin dil-i bîmâr, neyləsin? Doludur Dilim fəğân ilə vü dîdə qa:n ilən doludur,
|
|
Şərhlər: 0 | |