07:56 Rzayev Anar Rəsul oğlu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rzayev Anar Rəsul oğlu — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Həyatı Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Fəaliyyəti Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib. Maraqlı faktlar Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") felindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır. Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib. Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 23.12.1976 Azərbaycan SSR Dövlət mükafatı — 1980 Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir. 2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Əsərləri əsasında çəkilmiş bədii filmlər Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında); Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında) Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operatorKoksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.); Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında). "Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren. Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında) Haqqında çəkilmiş sənədli filmlər Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır). Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu Ssenariləri əsasında çəkilmiş sənədli filmlər Aşıqlar (film, 1983) (ssenari müəllifi); Daş saatın səsi (film, 1985) (ssenari müəllifi); Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi); Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi). Ssenariləri əsasında çəkilmiş televiziya filmləri Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev); Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi); Dirsə xanın oğlu Buğacın boyu (film, 2000) Salur Qazanın evi talandığı boy (film, 2001) Ssenariləri əsasında çəkilmiş cizgi filmləri Basatın igidliyi (film, 1988) (ssenari müəllifi). İdeyası əsasında çəkilmiş filmlər Evləri göydələn yar (film, 2010) (ideya və süjet) Filmoqrafiya
Əsərləri Ağ liman Ömür yolu. Yaradıcılığı Beşmərtəbəli evin altıncı mərtəbəsi Əlaqə Vahimə Yaxşı padşahın nağılı Otel otağı Mütləq görüşərik Qırmızı "Limuzin" Gürcü familyası Dantenin yubileyi Şəhərin yay günləri Təhminə və Zaur Mən, sən, o və telefon Macal Sizsiz Ağ qoç, Qara qoç Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor) Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi) İmtahan (film, 1987) (ssenari müəllifi); Əlaqə (film, 1989) (ssenari müəllifi); Təhminə (film, 1993) (ssenari müəllifi); Otel otağı (film, 1998) (ssenari müəllifi); Nigarançılıq (film, 1998) (ssenari müəllifi) Cavid ömrü (film, 2007) (ssenari müəllifi) Sübhün səfiri (film, 2012) (ssenari müəllifi) Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Şərhlər: 0 | |