"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 08/11/2026, 09:34
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər


18:34
Usmiyev Mehdiqulu xan Xasay xan oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Usmiyev Mehdiqulu xan Xasay xan oğlu — azərbaycanlı hərbiçi, çar ordusunun podpolkovniki.

      Həyatı

      Mehdiqulu xan Vəfa 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Anası ona babasının (Mehdiqulu xan Cavanşir) adını vermişdir. Ailə təlim-tərbiyəsi almış, Çar ordusunda xidmət etmişdir.

   Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-da podpolkovnik rütbəsinə yüksəlir. O məşhur şair Xurşidbanu Natəvanın böyük oğludur. 1874-cü ildə Peterburqdakı zədagən balalarına məxsus Paj hərbi korpusunda təhsil alıb. Rus-türk müharibəsi (1877-1878) illərində Dunay ordusunun sıralarında süvari alayının komandiri olmuşdur.

    1999-cu ildə Gürcüstan Dövlət Arxivindən əldə edilmiş foto şəkilinin altında "1877-ci il, Dunay" yazılmışdır. İki il cəbhələrdə böyük şücaət və igidlik göstərdiyinə görə, knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə ordenlə təltif edilmişdir. O, "Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsinə (igidliyə görə), üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə) və "Müqəddəs Vladimir" ordeninin dördüncü dərəcəsinə layiq görülüb.

     Mehdiqulu xan həm də şair idi, "Vəfa" təxəllüsü ilə şeirlər yazırdı. Mehdiqulu xan Usmiyev 1897-ci il fevralın 17-ində Şuşada öz xərcinə Azərbaycan əhalisi üçün qiraətxana açmışdır.

     Mehdiqulu xan 1900-cü ildə Tiflis şəhəri Mixaylovski küçəsindəki mülkündə vəfat etmişdir. Öz vəsiyyətinə görə, Ağdamdakı imarətdə, ata-babalarının yanında dəfn olunub.

     Ailəsi

     Mehdiqulu xan Səltənət bəyim Kərim ağa qızı Cavanşirlə ailə qurmuşdu. Xasay xan adlı oğlu,Ağa bikə, Bilqeyis bikə və Əzizə bikə adlı qızları vardı.

     İbrahimxəlil xan Cavanşirin nəticəsidir.

     Xurşidbanu Natəvannın oğludur.

     Mehdiqulu xan Cavanşirin nəvəsidir.

     Xanbikə xanımın qardaşıdır.

Mənbə

Xurşidbanu Natəvanın həyatı

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 915 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Literary & Reuters Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated Literature
Neural AI is translating and refining the literary post in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org