Sədərək
Sədərək rayonu - 15.01.1990
|
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
|
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
|
Xocalı
Xocalı rayonu - 26.02.1992
|
Şuşa
Şuşa rayonu - 08.05.1992
|
Laçın
Laçın rayonu - 18.05.1992
|
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
|
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
|
Tərtər
Tərtər rayonu - 07.07.1993
|
Ağdam
Ağdam rayonu - 23.07.1993
|
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
|
Füzuli
Füzuli rayonu - 23.08.1993
|
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
|
Zəngilan
Zəngilan rayonu - 29.10.1993
|
ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Tərtər |
13/05/2017, 22:56 | |
Azərbaycan Respublikası Tərtər rayonu Ağdərə qəsəbəsi
7 iyul 1993-cü ildə Tərtər rayonunda, qəsəbə və kəndlər erməni silahlı dəstələri tərəfindən işğal olunub. İndiki Tərtər rayon Sovet dövründə adı Mirbəşir olmuşdur. 7 fevral 1991-ci ildə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır. Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşir. Tərtər rayonu, Azər-baycan Respublikasında inzibati mərkəzi Tərtər şəhəridir. Tərtər-İstisu avtomobil yolunun kənarındadır. 13 oktyabr 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi, Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. Azərbaycan Respublikasının qərbində qəsəbədir. İnzibati olaraq Tərtər rayonu ərazisində yerləşir. Ağdərə qəsəbəsi və kəndlərdən 13-ü erməni silahlı dəstələrinin işğalı altındadır. Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur. Rayonun tarixçəsi Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonu-na tabe edilmişdir. Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı Mardakert rayonun mərkəzi olmuşdur. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, qəsəbə isə keçmiş adı ilə, Ağdərə adlandırılmışdır. 13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi. Hücuma "Goranboy" əməliyyatı adı altında Surət Hüseynov tərəfindən başçılıq edilirdi. Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıl-dı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı dəstələrinin nəzarəti altına keçir. Ermənilərin ilkin əks-hücumları 25 iyun, 1992-ci il, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri (Arabo, Aramo, Artziv 9, Zeytun, Nikol Duman, Zoravar Andranik, Meğradzor) Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən, 65 nədərdən ibarət Aramo dəstəsi və əlavə 10 könüllü Qızıloba kəndini yenidən işğal etdilər. Bu azərbaycannlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30-40 əsgərimiz həlak olmuşdur. Ağdərənin azad olunması və irəliləyişləri, 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edildi. Ermənilər vahimə içində ərazini tərk edir. Ermənistan silahlı dəstələrinin təcavüzü nəticəsində, Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli zərər dəymişdir. Erməni silahlı dəstələri Stepanakertin cənub tərəfində doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumu təqdirdə, Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Goranboy və Ağdərə əməliyyatında, 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən, keçirilmiş irimiq-yaslı hərbi hücumda məqsədi Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbay-can Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlağıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. Bu əməliyyat barədə o qədər məşhur olmayan TV proqramı "600 saniyə" (600 секунд)-də geniş müzakirə olunmuşdur. Aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı zamanı şokedici müsahibəsi ilə efirdə çıxış etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilərək həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır. Dağlıq Qarabağ Müdafiə Ordusu təşkil olunmasından sonra Azərbaycanın irəliləməsi uğursuzluğa düçar oldu. 1992-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Ordusu ciddi müdafiə ilə qarşılaşaraq ağır itkilərlə üzləşmişdi. Sürət Hüseynov öz tabeçiliyində olan diviziyaları, Ağdərədə Gəncəyə doğru irəliləməsinə əmr verdi. Tərtər rayonunda bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir həmçinin, 1993-cü ilin iyun ayından başlayaraq ermənilərin Ağdam rayonu ərazisinə hücumları artmışdı. Həmin vaxta qədər düşmən Ağdərə istiqamətində əks hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirmişdi. Həmçinin, hər daşı-qayası bir istehkam olan Kəlbəcəri itirmişdik. Ölkədaxili ictimai-siyasi vəziyyət də çox gərgin idi. Gəncədə baş verən hadisələr ön cəbhədə vuruşan qüvvələrə də öz mənfi təsirini göstərirdi. Ancaq səngərlərdə dayanan oğullar, arxada baş verən bütün bu qarışıqlığa baxmayaraq, düşmənin hücumlarını dəf etmək üçün gücləri çatanı edirdilər. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Orada da qəralaşmayan Hüseynov Bakıda dövlətə qarşı hərbi qiyam qaldırmaq və Elçibəyi hakimiyyətdən devirmək niyyətində idi. Bu və digər səbəblərdən bölgədə baş vermiş uğurlu əməliy-yatların davamı olmamış, bundan məharətlə istifadə edən erməni silahlı dəstələri 7 iyul 1993-cü ildə Ağdərə qəsəbəsini yenidən işğal edir. Dağlıq bölgədə baş tutduğundan irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olur. Ermənistan silahlı dəstələri tərəfindən, hərbi təcavüzü nəticəsində Tərtər rayonunun 20 sosial və texniki infrastrukturuna zərər dəymişdir. 6 səhiyyə obyekti, 7 uşaq bağçası və 7 məktəb erməni təcavüzündən zərər görmüşdür. Tərtər rayonunda 15 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur. Hazırda keçmiş Ağdərə rayonundan, Tərtər rayonuna verilən Ağdərə qəsəbəsi və kəndlərdən 13-ü erməni-lərin işğalı altındadır. Əhalisi 1989-cu il siyahıyaalınmasına əsasən 4.018 nəfəri kişilər, 4.307 nəfəri qadınlar, ümumilikdə 8.325 nəfər əhali yaşayırdı.
Müqəddəs Yelisey məbəd kompleksi Müqəddəs Yelisey kilsəsi Tərtər rayonunun Mağavuz (Madagiz) kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Rəvayətə görə məbəd Albaniyada ilk xristian təbliğatçısı Yeliseyin şərəfinə V əsrdə tikilmişdir. Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb darvazası müdafiə nöqteyi-nəzərdən diqqəti cəlb edir. Qalanın içərisində on səkkiz müxtəlif tipli tikintilər vardır. Bunlar - baş məbəd, kiçik kilsələr, ikimərtəbəli yaşayış evi, təsərrüfat binaları və tövlələrdir. Baş məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formalı olub, iki sütun və iki yarımsütun vasitəsilə üç nefə bölünür. Orta nef yanındakılara nisbətən xeyli hündürdür. Neflər silindrik tağbəndlə örtülmüşdür. İkinci otaq - ibadət zalı uzunsov olub, tağbəndlə örtülmüşdür. Məbədin fasadlarına yaxşı yonulmuş daşdan üz çəkilmişdir. Birinci otağın damında zəng asmaq üçün dördsütunlu rotonda düzəldilmişdir. Kompleksin ikinci binası - baş məbədin sağ tərəfində yerləşən nisbətən böyük olmayan kilsədir. Baş məbədin sol və sağ tərəfində altı kiçik kilsə binası yerləşir. Qaladan 1 km aralı çayın üzərində tikilmiş biraşırımlı körpü qala ilə əlaqə yaradan əsas vasitə idi. Müqəddəs Yelisey məbədi kompleksinin tikilmə tarixi XIV əsrə aiddir. Müqəddəs Yelisey kilsəsi hazırda Tərtər rayonunun Ermənistan silahlı dəstələri tərəfindən işğal edilmiş ərazisindədir.
Sərsəng su anbarı Sərsəng su anbarı 1976-cı ildə keçmiş Ağdərə rayonu ərazisində Tərtər çayı üzərində inşa olunub. 560 milyon kubmetr su tutumu var və Mingəçevir, Şəmkir su anbarı, Araz su qovşağından sonra həcminə görə Azərbaycanın dördüncü böyük su anbarıdır. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən hündür relyefə malik su anbarıdır. Bəndinin hündürlüyü 125 metrdir. Sərsəng su anbarı çox böyük texniki parametrləri olan əhəmiyyətli bir meliorasiya obyektidir. Vaxtilə Azərbaycan mütəxəssisləri tərəfindən bəndin təhlükəsizliyi ilə bağlı mütəmadi profilaktik təmir işləri görülüb. Lakin su anbarı 1993-cü ildə işğal edildikdən sonra texniki və təhlükəsizlik baxımından faktiki nəzarətsiz qalıb. Erməni tərəf bununla bağlı hər hansı tədbir, bənd bərkitmə işləri görmür. Su anbarı 40 ilə yaxındır ki, tikilib və son 20 ildən çoxdur ki, burada təbii aşınma proseslərinə nəzarət edilmir və o texnogen təhlükə mənbəyinə çevrilir. Digər tərəfdən, erməni tərəf suvarma üçün lazım olan vaxtlarda anbarın illik su normasının yalnız 10-15 faizini buraxır və ətraf ərazilərdə əkin sahələri quraqlıqdan məhv olur. Qış aylarında isə anbardan illik su sərfinin 85-90 faizini qəsdən buraxır ki, bu da başqa bir ekoloji gərginliyə, sel və daşqınlara səbəb olur. Baş verəcək hər hansı təbii kataklizm, zəlzələ və s. isə bəndin dağılmasına, regionunun humanitar və ekoloji fəlakətinə səbəb ola bilər. Bu baxımdan su anbarından aşağıda yaşayan 400 minə yaxın əhali daim təhlükə altındadır.
“Ürək” məbədi Rayon ərazisində ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrindən biri də Talış kəndində yerləşən “Ürək” məbədidir. “Ürək” məbədi XII əsrə aid alban abidəsidir. Hazırda Tərtər rayonun işğal olunmuş ərazisindədir.
MEMARLIQ ABİDƏLƏRİ “Ürək” məbədi-XII əsr, Talış kəndi Qala XIII-XIV əsrlər, Talış kəndi Müqəddəs Yelisey kilsəsi V-XIII əsrlər, Madagiz kəndinin yaxınlığında Körpü XII-XIII əsrlər, Madagiz kəndi Üçkilsə monastırı-Tonaşen kəndi Qala XII-XIII əsrlər, Çiləburt kəndi Qalanın xarabalıqları XII-XIII əsrlər, Çardaqlı kəndi Məlik Hətəm qalası-XVIII əsr, Kiçik Qarabay kəndi Alban məbədi-Orta əsrlər, Qasapet kəndi Qala-Orta əsrlər, Umudlu kəndi Qədim yaşayış yeri-Umudlu kəndi Hamam-Umudlu kəndi
ARXEOLOJİ ABİDƏLƏR Qəbiristanlıq-Orta əsrlər, Qasapet kəndi Yaşayış yeri-Orta əsrlər, Çardaqlı kəndi.
7 iyul 1993-cü ildə Erməni silahlı dəstələri tərəfindən abidələri, məbədləri və yaşayış məntəqələrini dağıdılmış, yandırılmış və talan olunmuşdur.
Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, kayzen və erməni vandalizmi, internet səhifələrindən istifadə edilmişdir.
K.Ələkbərli
| |
Baxılıb: 3635 | Yüklənilib: 0 | |
Şərhlər: 0 | |