"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:13
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Zəngilan

Zəngilan rayonu - 29.10.1993
13/05/2017, 04:05

Azərbaycan Respublikası Zəngilan rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

    1993-cü il oktyabr ayının 29-cu Zəngilan şəhəri ermənistan silahlı dəstələri tərəfindən işğal olunub. Zəngilan rayonu Azərbaycan Respubikasının cənub-qərbində yerləşir. 30 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Qubadlı rayonu, Azərbaycan Respublikasında inzibati mərkəzi Zəngilan şəhəridir. 1967-cı ildə şəhər statusu almışdır.

    Zəngilan rayonu Azərbaycan Respublikasında Kiçik Qafqazın cənub şərqində, Arazın sol sahilində yerləşir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisi 707 km², əhalisi 42707 nəfərdir. Rayonun ərazisi həm Araz çayı boyunca şərqdən qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-Şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir.

 

     Rayonun tarixçəsi

   Zəngilan rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər rayon ərazisi Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan və Şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi.

    XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır və yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

    1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilandan Genlik, Aladin, Dəlləkli qeyd olunur. 1929-cu ildə Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə, Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri Azərbaycan Respublikasından alınıb ermənilərə bağışlandı. Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması (Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələyib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar. "Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi Icraiyyə Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir. Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Ilk adı Pirçivan оlan rayоn mərkəzi isə yalnız 1957-ci ldən Zəngilan adlandırılmışdır. 1946-cı ildə isə yenidən, Zaqafqaziya Sovet Federativ Sosoialist Respublikasının qərarı ilə Zəngilan rayonun 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb ermənilərə bağışlandı.

    Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğvolmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur. Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur.

    1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri)  və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı,  Pirveys, Yuxarı Çöpdərə,  Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli,  Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.

    Öz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin verərək, Araz çayının keçmiş İran İslam Respublikasının ərazisi ilə keçərək, Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

    Özünün bir qurum kimi mövcud olduğu 63 ildə, işğala qədər bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləşmə, 37-ci il həbsləri, 1941-1945-ci illər müharibəsini də yaşadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın o tayında qalmış, əlaqələri kəsilmişdi. Qardaş qardaşdan, ana balasından ayrı düşmüşdü.

    Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına, Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

    İşğaldan qabaq rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları, 128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 Şərab zavodu,  Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, Çörəkbişirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, Quşçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuşdur. Həmçinin rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası və s. fəaliyyət göstərmişdir. Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.

    Zəngilan rayonu Azərbaycan Respublikasının Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Azərbaycan Respublikasının cənub-qərbində ermənistan, İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

    Rayona Zəngilan şəhəri, Üzümçülər, Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Mincivan qəsəbələri  və Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, Sarıl, İkinci Alıbəyli, Zəngilan kənd, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Hacallı, Həkəri dayanacağı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbiş, Bartaz, Bartaz dayanacağı, Qarqulu, Məmmədbəyli, Babaylı, Cahangirbəyli, Tatar, Tiri, Turabad, Vəliqulubəyli, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, Nəcəflər, Tağlı, Yusiflər, Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazancı, Pirveys, Yuxarı Cəyəli, Çöpədərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Muğanlı, Şamlı, Vənətli, Şərikan, Bürünlü, Seyidlər, Şəfibəyli, Məşədiismayıllı, Vejnəli, Ağbənd, Əmirxanlı, Orta Yeməzli, Aşağı Yeməzli, Yuxarı Yeməzli, Quyu Dərə Xəştab, Sarallı Xəştab, Zərnəli, Havalı, Yenikənd, Rəbənd kəndləri daxildir.

    Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, “Rayşelk” (ipək idarəsi olan yer), Pavilyon məhləsi, Çala dərə, Üst məhlə və s. məhəllələri vardır.

    İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir. Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almışdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur.

 

Memarlıq abidələri

Dairəvi qüllə Hacıalılar kəndi

1304-1305-ci illərə aid Səkkizguşəli türbə, Məmmədbəyli kəndi

XII əsrə aid Qız qalası, Əmirxanlı kəndi

XIV əsrə aid Sərdabə, Yenikənd kəndi

XIII əsrə aid Sərdabə, Şərəfan kəndi

XIX əsrə aid Məscid, Zəngilan kəndi

XIX əsrə aid Məscid, Malatkeşin kəndi

XIX əsrə aid MəscidQıraq, Müşlan kəndi

XIX əsrə aid Körpü, Hacıalılar kəndi

XIII-XIV əsrlərə aid Dairəvi bürc, Hacıalılar kəndi

XIX əsrə aid Məscid, Müşlan kəndi

 

Arxeoloji abidələr

XIII-XIV əsrlərə aid Şəhri Şərifan yaşayış yeri, Şərifan kəndi

Orta əsrlərə aid Ağça Aşıq yaşayış yeri, Havalı kəndi

Orta əsrlərə aid Qız qalası, Havalı kəndi

Orta əsrlərə aid Qəsr qalası, Oxçuçayın Araza töküldüyü yerdə

 

    1960-1970-ci illərdə Zəngilan rayonunda təsərrüfat işləri görən zamanı tapılan xeyli küp qəbirlər, Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur və е. ə. IV-II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yani 636-cı ildə qoyulub.

    Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, о cümlədən Yeməzli kəndi ilə, Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir. Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. 1960-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə, oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır. Rayon ərazisinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304-1305 illər), sərdabələr (XII - XIV əsrlər) və s. qeydə alınmışdır.

    1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsini əldə edən filologiya elmləri namizədi A. Həsənovun tədqiqatlar və araşdırmaları nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc ellin yunan pullarıdır. Rayonun “Şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb. Sonra isə hökmdarın adı ona verilən təşbehlər-epitellər həkk olunmuşdur. Bu dövrdə ellin padşahlarını ilahiləşdirmək üçün onların adlarına təşbehlər artırırdılar.

 

    Qədim Şərifan şəhəri

    Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.

    Burada "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir.İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV- XVII əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə duluşçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunun şəhərdə tapılan düyü anbarı sübut edir.

    Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb.Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır.. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, dördüncü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Giriş yolu, mehrabı və divarları nisbətən yaxşı vəziyyətdədir. Maraqlıdır ki, giriş və mehrab olan tağ naxışlanıb, digər tağlarda belə naxış yoxdur,abidə içəridən və çöldən dördkünc formalıdır. Üstünün uçuğundan məlum olur ki, künclərdə boşluqları doldurmaq üçün saxsı qablardan istifadə olunub. Bu da içəridə dua oxunan zaman səsin ahəngdar səslənməsinə və təsirli olmasına imkan yaradırdı. Abidənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tili sütunlarla bəzədilmişdir. Abidənin tağının arxivoltu prizmatik çıxıntılı formadadır. Onun üstü üçbucaq şəkilli xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağşəkilli qapı yeri vardır. O, müstəvi tağtavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış Daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

    Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.

    3 metr dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, parxanası və yuyunmaq yeri və hovuzları salamat qalmışdır.

 

    Məmmədbəyli türbəsi

    Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir. O, qara rəngi daşdan işlənmişdir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompoziyası türbəyə moni-mental gözəllik verir.

    Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir. Üst kamera divarının qalınlığı 86 sm olub iki, cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz iki qatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub. 1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m. ölçülü düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağa örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir.

    İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki, bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilallanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumuyaxşı olan və eyni zamanda tanınmış şəxslərin qərbi üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.

 

    Hacallı dairəvi bürcü

    Hacallı kəndindəki XIV əsr aid dairəvi bürc, bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil, nə də məlumat vardır. Bu abidə dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəsis rəyinin və arxeoloji tədqiqatların aparılmasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.

 

     Yenikənd sərdabəsi

   Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.

 

     Zəngilan şəhərində məscid

   Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.

 

     Bartaz qız qalası

   Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki, yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq, nə də müdafiə istehkamı rolunu oynamayıb. Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bir bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qız qalası müşahidə məntəqəsi rolu oynamışdır. Rayonun Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri var idi.

 

      Muzeylər

   Tarix diyarşünaslıq muzeyi rayon mərkəzində idi. Onun yüzlərlə eksponatı var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirdi. Daş heykəllər muzeyi Ağ oyuq deyilən yerdədir. Burada müxtəlif dövrlərə aid daş abidələri vardır.

 

    Koroğlu daşı

   Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfinə bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir.Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən "Yazı düzü" də deyirlər. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir.Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq öz keyfiyyətini itirməmişdir.

 

    “İmam Hüseyn” məscidi

    Zəngilan şəhərində yerləşən “İmam Hüseyn” məscidi XVII - XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi ehtimal olunur. Onun ölçüləri 12 x 20 metr idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Hazırda “İmam Hüseyn” məscidi erməni vandalları tərəfindən dağıdılmışdır.

 

      Məmmədbəyli türbəsi

   Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir.

    Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla döşənmişdir. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə dörd sətirdə "Qurani-Kərim"dən ayələr əks olunmuşdur. İki sətirdə, türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir. Binanın memarı və bənnası Əli Məcdəddindir. Rayon ermənilər tərəfindən işğal edildiyindən, türbənin hazırki vəziyyəti məlum deyil.

 

    Şərifan məqbərəsi

    Zəngilan rayonunun Şərifan kəndində, Həkəri çayının sağ sahilində qədim bir türbənin alt hissəsinin — sərdabəsinin qalıqları aşkar edilmişdir. Sərdabənin plan forması çıxıntıları olan kvadratdır (5,4 x 5,4 metr). Sərdabənin cənub divarında dayaz düzbucaqlı mehrab tağçası var. Onun üst hissəsi stalaktitlə, yanları incə sütuncuqlarla bəzədilmişdir.

   Sərdabənin çıxıntıları tağbəndlə, mərkəzi hissəsi sferik günbəzlə örtulmuşdur. Divar və tağlarının yaxşı yonulub cilalanmış daşlarla üzlənməsi, mehrab tağçası və tağın arxivoltunda oyma naxışlı bəzək zolağının işlənməsi və s. vaxtilə həmin sərdabənin çox yüksək memarlıq bədii həlli olan bir qülləvari türbəyə aid olduğunu deməyə əsas verir. Şərifan sərdabəsi XIII—XIV əsrlərin qovşağında tikilmiş abidə hesab edilir.

 

     Coğrafi şəraiti

   Qərbdə dağlıq və şərqdə düzənlikdir. Ərazisində Yura, Təbaşir və Neogen-Antropogen çöküntüləri yayılmışdır. Ərazisi оrta və alçaq dağlar sahəsindədir, mürəккəb, parçalanmış səth quruluşuna maliкdir. Ərazisinin çox yerində qışı quraq keçən mülayim isti iqlim təşkil edir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay. Şimal-qərbdən əraziyə daхil оlan Bərgüşad silsiləsi (Süsən dağı-dəniz səviyyəsindən 1304 mеtr yüкsəкdir) Bazarçayla Охçu çayı arasında "Ağ оyuq" maili düzünü (dəniz səviyyəsindən 400-600 mеtr yüкsəкdir) əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həкəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən çölündən кеçir. Qərbdən Mеğri (Mеhri-Günеy) silsiləsinin кənarı Şüкrətaz dağı (dəniz səviyyəsindən 2270 mеtr yüкsəкdir) yеrləşir. Rayоnda çöкüntü suхurlarından başqa vulкaniк matеriallar-yura, təbaşir çöкüntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tiкinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng хammalı, susuzlaşdırılmış sоda üçün əhəng daşı vardır. Rayоnun bitкi örtüyü Araz palıdı bitən kserоfit mеşələr, mərкəzi hissədə və şimalda коlluqlardan ibarətdir.

    Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı Bartaz dağı (2270 m) yerləşir.

    Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır. Yerlərdə olan təbii gözəllikləri, inciləri qorumaq, onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Bu gözəllikləri bəzən insanlar qiymətləndirməyəndə, ona ziyan vuranda müəyyən qadağalar və məhdudiyyətlər qoyulur.

Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn bu nadir çinarlıq dünyada ikinci, Avropada birinci yeri tutur. Təbii Çinar meşəsinin sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.

    Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. "Ağ Oyuğ"un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə yaxın keçmişdə adlandırıldığı kimi, həqiqətən qızıl Zəngilandır.

 

     Təbiəti

   Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top-Dəlləkli kəndləri istiqamətində Araza doğru enir.

    Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları vardır. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda Dünyada ll, Avropada l nadir çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar vardır.

    Rayonun təbii şəraiti, mürəkkəb relyefi onun özünə məxsus iqlimini yaratmışdır. Ərazidə Araz boyu yerlərdə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır və sürətli dağ çayları olan Həkəri, Oxçu, Bəsit və Araz keçir və mənbəyi dağ silsilələrdən başlayan çayların mənsəbi Araz çayıdır.

   Zəngilanın rayоnun cənubunda охlu кirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Еləcə də ərazidə dağ кеçisi, tülкü, bоz dоvşan, canavar, quşlardan qırqоvul, кəкliк, mеşə хоruzu, gəlinciк, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin gеniş yayılmışdır.

 

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Zəngilan rayonunda ümumtəhsil məktəblərinin sayı 66 olmuşdur.

O cümlədən: 39 orta məktəb, 15 əsas (8 illik) məktəb, 12 ibtidai məktəb.

Şagirdlərin sayı – 5 836

Müəllimlərin sayı – 1 115

İşğaldan sonra

2008-2009 tədris ili üçün ümümtəhsil məktəblərinin sayı – 37

O cümlədən: 34 orta məktəb, 2 əsas məktəb, 1 ibtidai məktəb.

Şagirdlərin sayı – 3 960

Müəllimlərin sayı – 821

2008-2009-cu tədris ilində 2 şagird prezident təqaüdçüsüdür.

1993-cü ildən sonra 3 müəllim "Əməkdar müəllim" adına layiq görülüb.

2 müəllim "Tərəqqi" medalı, 2 müəllim isə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunublar.

 

     İdman

   XX əsrin 80-cı illərində rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb və rayonun, komandasının adı "Süsən" idi.

 

    Qədim adət-ənənələrin qorunub saxlandığı, qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir. Aramsız düşmən hücümlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən, mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

 

    Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-cu erməni silahlı dəstələri tərəfindən işğal edilmiş əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə tamamilə dağıdılmış, zəngin təbii sərvətləri talan edilmişdir.

 

     Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları,Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS-paliqraf və wikipedia Qarabağ, kayzen, erməni vandalizmi, virtual karabakh və zengilan internet səhifəsindən istifadə edilmişdir.

 

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Zəngilan | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 1031 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar