12:28 Azərbaycan Davos Dünya İqtisadi Forumunun ən hörmətli üzvlərindən biridir | |
Azərbaycan Davos Dünya İqtisadi Forumunun ən hörmətli üzvlərindən biridir
Azərbaycan Davosda Dünya İqtisadi Forumunun yüksək nüfuzlu üzvlərindən birinə çevrilmişdir, Azərbaycanın Millət Vəkili Aydın Mirzəzadə Trend -ə bildirib. “Bu il Azərbaycan prezidenti İlham Əliyev və böyük şirkət rəhbərləri arasında keçirilən görüşlər əvvəlki kimi Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa kömək edir, yeni texnologiyalara çıxış əldə etmək və digər vacib məsələləri həll etməkdir “. deyə o bildirib. "Forum çərçivəsində bir sıra keçirilən görüşlər Azərbaycanla dostluq edən ölkələrinin rəhbərləri ilə ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edir". Aydın Mirzəzadə bildirib ki, Dünya İqtisadi Forumu uzun illərdir ən mühüm illik hadisələrdən biridir. "Dövlət və hökumət başçılarının, iş adamlarının, müəyyən sahələrdə mütəxəssislərin görüşləri dünyanın mövcud problemlərini həll etmək üçün ən yaxşı variant tapmağa kömək edir". O, xüsusi vurğulamışdır ki, forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda Prezident İlham Əliyevin iştirakının vacibliyini və burada verilmiş suallara cavablar Azərbaycanın dünyaya böyük diqqət göstərdiyini sübut etdi. Aydın Mirzəzadə əlavə edib ki, Dünya İqtisadi Forumunda iştirak Azərbaycan və dünya üçün çox vacib bir hadisədir. “Düşünürəm ki, Davosda Dünya İqtisadi Forumu kimi bir çox tədbirlərdə Azərbaycanın iştirakı yaxşı münasibətlərin qurulmasına yardım edir”, - deyə o bildirib. “Bu, həm də Azərbaycan və dünya qarşısında duran problemlərin həllinə öz töhfəsini verir”. Prezident İlham Əliyev yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun illik iclasında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. | |
|
Şərhlər: 0 | |