« NOYABR 2018 » | ||||||
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |
18:15 Biləsuvarda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir | |
Biləsuvarda mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən növbəti dəyirmi masa regionun mədəniyyət müəsissələrinin əməkdaşları üçün “Mədəniyyətin idarə olunmasının müxtəlif aspektləri: nəzəriyyə və təcrübə.” mövzusunda baş tutmuşdur. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Ləman Yüzbaşova iştirak etmişdir. Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlamışdır. Daha sonra İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov mədəniyyətin müxtəlif istiqamətlər üzrə inkişaf tendensiyasından danışmış, kitabxanaların mədəniyyətin inkişafında rolu, müasir dövrdə muzeylərin üzərinə düşən vəzifələr barədə məlumat vermişdir. Sonra dəyirmi masanın gündəliyi ilə iştirakçıları tanış etmişdir. “Muzey işçilərinin nəzəri və təcrübü biliklərinin inkişafı” mövzusu ilə Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müəllimi Elfira Məlikova, “Qeyri-maddi mədəni irsin sistemləşdirilməsi və təşviqi perspektivləri” mövzusunda Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin müdiri Zəminə Axundova, “Azərbaycanda mədəni irsin qorunması və inkişafının hüquqi təminatı” mövzusunda mərkəzinin əməkdaşı Samirə Cəlilova, “Özfəaliyyətin sosial mahiyyəti və əsas sahələri” mövzusunda Bibiheybət mədəniyyət mərkəzinin əməkdaşı Fəridə Babayeva, “Cəmiyyətin inkişafında kitab və kitabxanaların rolu” mövzusunda mərkəzin direktor müavini Nəzakət Rəhmanova, “Kitabxana işində innovasiyalar” mövzusunda tədris metodika kabinetinin müdiri Aygün Hüseynova,” İnformasiya cəmiyyətinin xüsusiyyətləri: elektron kitabxanalar, elektron kataloq” mövzusunda isə Ədliyyə Akademiyasının İnformasiya resursları şöbəsinin rəisi Ruhiyyə Məmmədova çıxış etmişlər. Dəyirmi masada Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Mərkəzi Kitabxana Sisteminin, muzey və mədəniyyət mərkəzlərinin işçiləri iştirak etmişlər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanmış və çıxışlar dinlənildikdən sonra mövzular ərtafında fikir mübadiləsi aparılmışdır. Sonda Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbirdə müzakirə olunan məsələlərin aktuallığından və vacibliyindən danışmış, məruzəçilərə və iştirakçılara öz təşəkkürünü bildirmişdir. | |
|
Şərhlər: 0 | |