09:25 Cavid irsi məktəblilər arasında təbliğ edilir | |
Cavid irsi məktəblilər arasında təbliğ edilir
AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində Bakı şəhəri 243 nömrəli tam orta məktəbin şagirdləri üçün böyük şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına həsr edilmiş “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda “açıq dərs” təşkil olunub. Dərsdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının H.Cavid yaradıcılığı ilə bağlı mühazirəsi dinlənilib. Alim Cavidin “Ana”, “Şeyx Sənan”, “Xəyyam”, “İblis” və digər əsərləri barədə ətraflı məlumat verib, şairin ədəbi irsinin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, böyük sənətkar Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub. Sonra məktəblilər muzeyin eksponatları ilə tanış olublar. | |
|
Şərhlər: 0 | |