"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:07
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  YANVAR 2018  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2018 » YANVAR » 25 » Dövlət Əmək Müfəttişliyi Xidməti qadınların əmək hüquqlarına dair seminar təşkil edib
15:33
Dövlət Əmək Müfəttişliyi Xidməti qadınların əmək hüquqlarına dair seminar təşkil edib
İCTİMAİ-SİYASİ

Dövlət Əmək Müfəttişliyi Xidməti qadınların əmək hüquqlarına dair seminar təşkil edib

Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.

Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Yevlax rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda təşkil edilən seminarda vurğulanıb. Xidmətin 8 saylı region (Yevlax, Goranboy, Mingəçevir, Naftalan) üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbir müvafiq mövzuda maarifləndirmə məqsədi daşıyıb.

İCTİMAİ-SİYASİ

Seminarda qeyd olunub ki, Azərbaycan ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edib. Onların sırasında Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” Konvensiyaları da vardır. Milli əmək qanunvericiliyində də həmin sənədlərdən irəli gələn, qadınların digər sahələrdə olduğu kimi əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olduğunu nəzərdə tutan prinsiplər əksini tapıb. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununda da əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi işəgötürənin vəzifələri sırasında qeyd olunur.

İCTİMAİ-SİYASİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, cinsinə görə də işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qadın işçilərin əmək hüquqları, bu hüquqların həyata keçirilməsi sahəsində təminatlar barədə ətraflı məlumatlar veriblər. Həmçinin hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlarla bağlı əmək qanunvericiliyindən irəli gələn prinsiplər diqqətə çatdırılıb.

İştirakçılar tərəfindən qadınların əmək hüquqlarına dair verilən suallar da cavablandırılıb; onlara aidiyyəti mövzuda maarifləndirici bukletlər paylanıb.

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 767 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar