ƏSAS SƏHİFƏ » 2018»MAY»22 » İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
10:17
İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Suraxanı rayonunda ATEF şirkətlər qrupunun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak etmişdir.
İqtisadiyyat naziri Şahin Mustafayev zavodun yaradılması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov Prezidentə şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsan qəsəbəsindəki metal emalı zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrik avadanlıqları zavodunun təqdimatı barədə məlumat verdi.
Prezident İlham Əliyev yüksəkgərginlikli elektrik avadanlıqları zavodu işə saldı, sonra istehsal prosesini izlədi.
Ümumi sahəsi 18 min hektar olan zavod, 7 istehsal sahəsindən ibarətdir. Müəssisədə 310 iş yeri yaradılıb.
“ATEF Şirkətlər Qrupu”nun müəssisələrində ümumilikdə 2400 nəfər işlə təmin olunub.
G
M
T
Text-to-speech function is limited to 200 characters