"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 05:17
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  NOYABR 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2017 » NOYABR » 11 » Müalicə bədən tərbiyəsi
08:27
Müalicə bədən tərbiyəsi
SƏHİYYƏMüalicə bədən tərbiyəsi

Məlum olduğu kimi bəzi xəstələrin uzun müddət yataqda hərəkətsiz yatmaları onların bədəninə mənfi təsir göstərir, sağalma müddəti uzanır, bədənin üzv və sistemlərinin işi pozulur, hərəkəti üzvlərin işləməməsi nəticəsində xəstənin bədəni tez bir zamanda zəifləşir.

Hərəkətsizlik nəticəsində hüceyrələrdə toxumaarası tənəffüs, oksidləşmə prosesləri və qidalanma pozulur, bu da atrofiya və degenerasiya hallarının baş verməsinə səbəb olur. Belə xəstələr zədələrin xüsusiyyətlərindən asılı olaraq xəstəliyin müəyyən dövründə adi və sadə fiziki hərəkətlər etməlidirlər. Bu hərəkətlərin təsiri yalnız zədələnmiş nahiyyələri sağaltmaqdan ibarət olmayıb, bütün bədənə müsbət təsir göstərir.

Bədən tərbiyəsindən müalicə məqsədilə düzgün istifadə etdikdə xəstənin bütün üzvlərinin fəaliyyəti, xarici mühitin müxtəlif zərərli təsirlərinə qarşı bədənin müqaviməti bərpa edilir. Bədənin xəstəliyə qarşı müqaviməti artır, yerli anatomik və funksional pozğunluqların aradan qaldırılması sürətlənir. Müalicəvi bədən tərbiyəsi hərəkətləri toxumaların qidalanmasını yaxşılaşdıraraq sümük-əzələ sisteminin qüsurlarının düzəlməsinə kömək edir, əzələlərin iş fəaliyyəti artır, oynaqların hərəkəti yaxşılaşır, sümük, əzələ və sinir toxumalarının regenerativ prosesləri sürətlənir.

Düzgün müalicəvi bədən tərbiyəsi təsirindən sinir, ürək-damar, həzm və tənəffüs sisteminin həyat fəaliyyəti, maddələr mübadiləsi yaxşılaşır. Bunların nəticəsində zəif üzvlər möhkəmlənir, xəstənin ümumi halı yaxşılaşır, bədənin davamlılığı və əmək qəbiliyyəti artır. Müxtəlif sınıqlar, yaralanmalar və toxuma zədələnmələri müalicə kompleksində bədən tərbiyəsi hərəkətləri təyin etdikdə xəstələr daha tez sağalır.

SƏHİYYƏ

Müalicəvi bədən tərbiyəsinin əsas xüsusiyyətlərindən biri də xəstənin bədəninə fiziki hərəkətlərlə təsir etməkdir. Fiziki hərəkətlərdə dəridə, əzələlərdə, oynaqlarda və vətərlərdə afferent impulslar əmələ gəlir, bunlar isə beyində baş verən sinir qıcıqlarının istiqamətinə təsir edir, bunlar da öz növbəsində pozulmuş hərəkətlərin funksiyasının bərpa olunmasına səbəb olur.

Fiziki hərəkətlər zamanı xəstələrdə görmə mərkəzinin çox oyanması, nəbzin sürətlənməsi, qan təzyiqinin yaxşılaşması müşahidə olunur. Fiziki hərəkətlərdə begetativ sinir sistemi mühüm rol oynayır. Simpatik sinir sistemi əzələ toxumalarında maddələr mübadiləsini artırır.

Fiziki hərəkətlər toxuma mübadiləsi proseslərini yaxşılaşrdırır, əzələ sistemi fiziki təlimlə əlaqədar olaraq mübadilənin potensial ünsürləri ilə fosfogen, qlikogen və sairə ilə zənginləşir. Fiziki təlimdə əzlələrin fəaliyyətində enerji maddələrinin sərf olması səmərələşir. Bununla yanaşı olaraq əzələlərdə fermentlər fəallaşır, qlyutationun, askorbin turşusunun miqdarı artır. Fiziki hərəkətlər təsirindən qanda hemoqlobinin faizi və eritrositlərin miqdarı artır, qanın faqositar funksiyası qüvvətlənir, endokrin vəzilərin funksiyası yaxşılaşır.

Fiziki təlim ürək tac qan damarlarının genəlməsinə səbəb olaraq ürək əzələsində qan dövranını yaxşılaşdırır, bu da, ürəyin yığılıb-açılma qabiliyyətini və ehtiyat qüvvəsini artırır.

Fiziki hərəkətlər ağ ciyərlərin ventilyasiyasını, tənəffüsün sürətini artırır. Bununla yanaşı olaraq, tənəffüs dərinləşir, əzələlərin çox hissəsi tənəffüs prosesinə cəlb edilir. Hərəkət zamanı əzələlər qanla çoxlu qida maddələri gəlməsini tələb etdiyi üçün, damarlarda qanın axını sürətlənir və işləyən kapilyarların sayı artır.  Əzələlərin qan və qida ilə müntəzəm sürətdə təchiz edilməsi onun həcmi və kütləsinin sürətlə böyüməsinə səbəb olur. Əzələlər inkişaf etdikcə qüvvəsi artır, oynaqları möhkəmlədir.

SƏHİYYƏ

Gimnastika məşqləri, müalicəvi bədən tərbiyəsinin əsas vasitəsidir. Bu hərəkətlərin xüsusiyyəti ondan ibarətdir ki, ümumi və xüsusi təlim apardıqda ayrı-ayrı əzələlər, oynaqlar, daxili üzvlər və sistem üçün bunları seçib tətbiq etmək mümkün olur. Gimnastika məşqləri vasitəsilə əsas əzələ qrupları inkişaf edir, hərəkət vərdişləri, cəldlik, cəsarətlilik və s. əldə edilir.

Gimnastika məşqləri, əzələlərin yığılmasında çox miqdarda əzələ iştirak etdikdə, ümumi qüvvənin inkişafına, az miqdarda əzələlərin işində isə ayrı-ayrı üzvlərə yerli təsir etməyə səbəb olur. Bu hərəkətlər başlıca olaraq zədələnmiş nahiyəyə bilavasitə və ya xəstə üzvün funksiyasını bərpa etmək məqsədilə ayrı-ayrı oynaqlara, əzələlərə təsir etmək üçün istifadə edilir.

Bədən qüsurlarını düzəldən hərəkət məşqləri, başlıca olaraq gövdəni açan əzələləri möhkəmləndirir, ayrı-ayrı əzələ qrupları tonusunun itirilməsi nəticəsində əyilmiş onurğanın düzəlməsinə, köks qəfəsi və onurğanın statik və dinamik funksiyalarının inkişafına səbəb olur.

Bu cür hərəkətlər qısalmış əzələlərin uzanması və uzanmış əzələlərin möhkəmlənməsi, daha doğrusu bədən qüsurunu düzəltməkdə iştirak edən bütün əzələlərin qüvvətlənməsi üçün tətbiq edirlər.

N.Ələkbərova
Həkim-terapevt

 

Bölmə: SƏHİYYƏ | Baxılıb: 1100 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 5.0/1
Şərhlər: 0
avatar