"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 24/01/2025, 04:30
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  SENTYABR 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2017 » SENTYABR » 14 » Dünyamızı qoruyaq
14:59
Dünyamızı qoruyaq
YAZIÇILAR VƏ SAİRLƏR

Sağlamlıq imkanları məhdud gənclərin Beynəlxalq Sülh Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil olunub

Bu təbəqədən olan gənclər tərəfindən sülh mövzusunda ədəbi--musiqili kompozisiya da təqdim edilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 21 Sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının şöbə şöbə müdiri Faiq Ağayev ayrı-ayrı qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

İCTİMAİ-SİYASİ

Tədbir iştirakçıları ilk növbədə Mərkəzdə peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin 200-dən çox əl işindən ibarət sərgi ilə tanış olublar. Sərgidə tətbiqi sənətin müxtəlif növlərində (xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s.) təqdim olunan əl işləri, o cümlədən sülh mövzusuna dair hazırlanmış əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Z.Babayev BMT tərəfindən 1981-ci ildə təsis olunan və hər il qeyd olunan Beynəlxalq Sülh Gününün əsas məqsədinin bütün dünyada sülhə və əmin-amanlığa yönələn səylərin daha da artırılması, sülh mədəniyyətinin geniş təbliği olduğunu bildirib. Qeyd olunub ki, hər il Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə  keçirilən “Sülh aylığı” çərçivəsində  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aidiyyəti üzrə tədbirlər təşkil olunur. Hazırda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən bu tədbir də sülh mədəniyyətinin təbliğinə yönəlməklə yanaşı, eyni zamanda sağlamlıq imkanları məhdud gənclərimizin yaradıcılıq potensialının cəmiyyətə tanıdılmasına xidmət edir. Burada təqdim olunan yaradıcılıq nümunələrində gənclərin sülh, əmin-amanlıq arzuları, xalqımızın sülhsevərliyi əksini tapıb. 

İCTİMAİ-SİYASİ

2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasında, onların məşğulluğunun dəstəklənməsində mühüm rol oynayır. İndiyədək 1200 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc burada peşə reabilitasiyasına cəlb olunub. Hazırda isə 115 nəfər Mərkəzdə peşə təlimindədir. Mərkəzə qəbul olunanlardan bir çoxunun ayrı-ayrı sənət növlərində malik olduqları bacarıqlar xüsusi təlim məşğələləri şəraitində daha da təkmilləşdirilir. Mərkəzi bitirən sağlamlıq imkanları məhdud gənclərdən bir qismi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Mədəniyyət və İncəsənət Universitetinə və digər kolleclərə daxil olaraq təhsillərini uğurla davam etdirirlər. Ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən  “Bakı-2015” ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” üzrə Avropa Qran-Pri yarışlarında bu Mərkəzdən olan gənclərin də könüllü kimi iştirakına şərait yaradılıb.

Tədbirdə digər çıxış edənlər Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və əhəmiyyətindən bəhs ediblər. Hazırda keçirilən tədbirin sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq nümunələrinin tanıdılmasında, həmin gənclərin onların cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsində önəmi də diqqətə çatdırılıb.

Tədbir Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimində olan gənclərin sülh mövzusunda təqdim etdikləri ədəbi-musiqili kompozisiya ilə davam edib.

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 736 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar