02:12 Xocalı soyqırımı | |
Xocalı soyqırımı 1992-ci il 26 fevral tarixində Xocalı şəhəri ermənistan tərəfindən işğal olunub. Xocalı Azərbaycan Respublikasında inzibati rayondur. Sahəsi 0,94 min kv. km, 1991-ci il əhalisi 24417 nəfər. Azərbaycanlılar 12194 nəfər 2004-cü illərdə, qeyriləri 12223 nəfər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Xocalı rayonu Azərbaycan Respublikasında inzibati mərkəzi Xocalı şəhəridir. Qarabağ silsiləsində yerləşir və Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa ilə həmsərhəddir. Xocalı rayonu Ağdam, Şuşa, Xankəndi, Əsgaran yollarında strateci əhəmiyyətə malik idi. Həm də Qarabağda yeganə aeroport olmuşdur. Rayona Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Cəmilli, Meşəli, Dağyurd, Seyidbəyli, Ballıca, Xanbağı, Mehdibəyli, Harov, Dağdağan, Daşbulaq, Qayabaşı, Badara, Xanəzək, Suncinka, Qarabulaq, Dəmirçilər, Mədədkənd, Quşçubaba, Qızıloba, Haçmaç, Aşağı Yemişcan, Kosalar, Başkənd, Cavadlar, Yaloba, Canhəsən, Naxçıvanlı, Pircamal, Aranzəmin, Ağbulaq, Dəhraz, Təzəbinə, Sərdarkənd, Qışlaq, Xanabad, Ağgədik, Qılıçbağ, Almalı, Qarakötük, Pirlər, Fərrux, Daşbaşı, Çanaqçı, Sığnaq, Şuşakənd, Daşkənd kəndləri daxildir.
Xocalı rayonun tarixçəsi Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı erməni silahlı dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizısində 1905, 1918-20 və 1988-1993-ci illərdə bir çox faciələr olmuşdur. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə "DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. 25 fevralın axşamında şəhərin artillerik silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəşər büsbütün alov içərisində idi. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır. Əsgəran şəhəri Xocalı rayonununda şəhərdir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin Pənahəli xan Qarabağlı və ya Mehrəli xan Qarabağlı, tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski köhnə, qədim və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, (Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir. Xocalı qəbiristanlığı, son tunc və ilk dəmir dövrünə e.ə.VIII-VII əsrlərə aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. 613 şəhid, 657 Əlil və 10 Milli qəhrəman erməni işğalçıları tərəfindən öldürülmüşdür. Zəmin 1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icarə etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasıbı təkzib edirdi. Lakin, Levon Ter-Petrosyan sonra separatçılarının maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, lakin döyüşə öz kişiləri göndərilməsini təkzib edirdi. Ermənistanı artıq Azərbaycan Respublikasının, zəiflədici blokada, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi qarşılayırdı. Erkən fevralda, Azərbaycan kəndləri olan Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların əhalisi köçürüldü, və nəticədə ən azı 140 yaralı və 99 nəfər həlak olmuşdu. Ermənistanın Qarabağla yalnız quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km (4.3 mil) yerləşən təxminən əhalisi 6,000-10,000 olan Xocalı şəhər idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir: Xankəndidə ermənilərin yaşadığı multi-mərtəbəli binalara 400 Qrad raketləri atılmışdır. Fevralın sonunda, erməni qüvvələri qarşıdakı hücum barədə xəbərdarlıq etdilər və Azərbaycana Xocalıda atəşin dayandırması üçün ultimatum vermişdi. Xocalıya hücum “Memorial” İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2-4 min əhali yaşayırdı. Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu. Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ "rəsmiləri" Xocalıda həmçinin iki ədəd "Qrad" tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər. Hücumun iştirakçıları 366-cı motoatıcı alayın rolu Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır. Erməni tərəfi hərbiçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir. Hücumun gedişatı Əhali şəhəri iki istiqamətdə tərk etdi: Əsgəranı sağ tərəfdə saxlamaqla şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə (görünür bu yolla qaçqınların az bir hissəsi keçmişdir). Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200-300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının tele-müxbiri I.Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.) Erməni tərəfinin məlumatına görə hücum edənlər 10-12 nəfər ölüm itkisi vermişdir. Əhalinin çıxması üçün "azad dəhliz" “DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür "dəhliz"in mövcudluğu barədə məlumatlandırılmışdır. Lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. "DQR" rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır. Lakin, bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. "Memorial" müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər. Ağdam və Bakıda "Memorial" müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, "azad dəhliz" barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun "hərbiçi"si onu xəbər etmişdir). "Memorial" müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir. Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü Bakinskiy Raboçiy qəzetinin buraxılışında təsdiq olunmuşdur. "Dəhliz"in möcvudluğu barədə "Russkaya mısl" qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir: Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik... (Elman Məmmədov) Şəhərdən çıxan əhalinin taleyi Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər, əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – "Xocalıya hücum" bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında "azad dəhliz"lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi. Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyidləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi. Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər ("azad dəhliz"ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar. Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyidin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. "DQR" rəsmiləri "Memorial" müşahidəçilərinə "120-130 cəsədin onların razılığı ilə Ağdama" gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyidləri qohumlarına çatdırıldı. "DQR" rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri "azad dəhliz"də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan "azad dəhliz" istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı). Lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar. Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər. Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında 598 yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı. Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur. Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır. “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır. "Qarabağ" qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir. Şəhərdə qalan sakinlərin taleyi "DQR" rəsmilərinin məlumatına görə bir həftə ərzində bütün qadın və uşaqlar heç nə alınmadan Azərbaycan tərəfinə təhvil verildi. Hər iki tərəfdən alınan məlumata görə Xocalının həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən tutulan 700 nəfərdən çox əsir götürülmüş sakini 28.03.1992-ci il tarixinə kimi Azərbaycan tərəfinə təhvil verilmişdi. Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə qadın və uşaqlar, həmçinin kişilər “dəyişdirmə vasitəsi” kimi saxlanılırdı. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələri ilə təsdiqlənmişdi: 13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur. Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi. Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu. Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur. Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. Cəsədlərin yığılması Xocalıların cəsədləri əsasən şəhərin özündə və ermənilərin nəzarəti altında olan Əsgəran, Kətük və Naxçıvanikin yaxınlığında idilər Orada qalan onlarla xocalıların meyitlərinin götürülməsi isə Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov ilə Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutub. Beləki, faciədən iki gün sonra Allahverdi Bağırov Əsgəran yolundakı keçid məntəqəsinə yollanaraq, düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və ona bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdı (həmin vaxt Bağırov ilə o vaxt Müdafiə Nazirliyinin hərbi operatoru olan Seyidağa Mövsümov da getmişdi). Vitali əvvəlcə çəkilişin aparılmasına razı deyildi, ancaq Allahverdinin təkidindən sonra razılaşdı bir şərtlə ki, iki erməni silahlıları azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşandan sonra ermənilərin maşınlarına minib Xocalıya doğru irəlilədilər. Onlarla birgə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Əsgəran qalasının yaxınlığında olan Əsgəran körpüsünə çatanda, məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludu. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mövsümov nə qədər cəhd göstərsə də burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər. Bir az qabağa gedəndə xeyli sayda Azərbaycan döyüşçüsünün cəsədləri göründü. Onlar döyüş vəziyyətində idilər. Onların arasında Əlif Hacıyevin də meyiti var idi. Əlifin sırıqlısının ətəyi üzünə düşdüyünə görə, ermənilər onu tanımadılar, yoxsa, aparmağa imkan verməyəcəkdilər. Ermənilər də meyitlərin arasında bəzi adamları axtarırdılar, məsələn, Aqil Quliyevin cəsədini. Ermənilər Seyidağa Mövsümovdan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşanda, Mövsümov bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil. Əlif Hacıyevin meyitindən bir az qabaqda isə ağsaqqal kişinin meyiti var idi, onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Seyidağa Mövsümov bütün gördüklərinin hamısını lentə köçürməyə çalışırdı. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi. Döyüşçülər Qarqarçaya çatanda ermənilər bir yük maşını dolu meyiti körpüdən çayın kənarına tökdülər. Mövsümov və meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin vertolyotla gəlişinin şahidi oldular. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz isə döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı və Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Mustafayevdən başqa Mövsümov orada digər müxbirləri də görmüşdü. Onlardan biri “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə vertolyotla gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi. Mustafayev göydən cəsədləri yığan azərbaycan döyüşçülərini də görmüşdü. Pilotlar əvvəlcə enmirdilər, çünki ərazi erməni silahlılarının nəzarəti altında idi. Nəhayət enəndə, atəş səsləri eşidildi və vertolyotlar havaya qalxdılar. Mustafayevnən gələn milis işçiləri isə cəmi dörd cəsəd götürməyə macal tapdılar. Çingiz Mustafayev və onunla daha beş nəfər həmin ərazidə qalıb (Əsgəran-Naxçıvanik yolundan 25 metr aralıda, donuz fermasının yanında) çəkiliş apardılar. Mustafayevin dediklərinə görə onların yanından hətta iki erməni ilə dolu maşın da keçdi. Mustafayev deyirdi ki, onunla bir yerdə olan iki nəfər xeyli sayda ölü və eybəcər hala salınmış adam gördüyündən huşunu itirmişdi, çoxusunun ürəyi bulanırdı. Sonra vertolyot qayıdmış və Çingiz Mustafayevgili aparmışdı. Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin fotomüxbiri Frederika Langen də çəkmişdi. Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi: Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi. (Frederika Langen) Ümumilikdə, Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayıb Ağdam məscidinə gətirdilər. Xeyli cəsəd tanınmaz hala düşmüşdü. Martın 2-si Çingiz Mustafayev bir qrup xarixi jurnalistlər ilə hadisə yerinə çatanda isə cəsədlərin çoxusu daha da eybəcər hala salınmışdı. Mustafayevin "İzvestiya" qəzetinə dediklərinə görə, onları bir neçə gün eybəcər hala salırmışlar. Soyqırımın qurbanları Əksər Azərbaycan və beynəlxalq KİV-lərdə qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində "Helsinki Watch"-a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir. Helsinki Watch 180 Xocalı sakininin itkin düşdüyü qeyd edir. "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu. Azərbaycan hakimiyyətinin rəsmi hesablamasında 25-26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur. İşğaldan əvvəl rayonda 11 orta məktəb, 1 ibtidai məktəb, uşaq yaradıcılıq mərkəzi, 3 musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, 20 klub, 29 kitabxana, mərkəzi rayon xəstəxanası, 13 tibb məntəqəsi, 4 həkim ambulatoriyası fəaliyyət göstərib. Xocalı sakinlərinin əmlakı Xocalı soyqırımı zamanı şahidlərin xatirələri Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı. Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq. Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a dediklərindən: Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən: Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən: Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən: Xocalı soyqırımı şahidi səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından güllə yarası aldı: Təsviri incəsənətdə Rəssam Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkib. Faciədən az sonra yaradılmış əsərlər "Xəzər" jurnalında çap olunub. "Xocalı" adlanan əsər (90x125) yağlı boya ilə çəkilib. Əsərdə qara, bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üstünü qara buludlar alıb. Səma ərşə bülənd olan insan fəryadları ilə dolub. Uzaqlardan səmanın aydınlığı görünsə də, qara fon aparıcıdır. Şəhərin halında qan və alov hakimdir. Rəssamın həmin ildə çəkdiyi başqa bir əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" böyüklükdə olan əsərdə mifik obrazvari sifət insan sifətinə oxşamayan, acgöz dişləri qabaran, qara sifətli vəhşi, caynaqlı bədheybət bir obraz olaraq təsvir olunub. Hər halda bu obraz erməni xislətinin rəssamlıqda ifadəsi kimi anlaşıla, qəbul edilə bilər. Xocalı mövzusunda ən diqqətçəkən plakatlardan biri Vaqif Ucatayın əsəridir. Əsərdə uşağın qarnına qılınc saplanıb, qan hər yana tökülüb. Əsgəran qalası Tarixçi Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” əsərində yazır ki, İbrahim xanın 1787-ci ildə tikdirdiyi bu qalada yerləşdirilən piyada qoşun xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmişdir. Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağır və bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir. Xocalı türbəsi Kino Musiqidə Abidələr 2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Hollandiyanın Haaqa şəhərində ucaldılmışdır. 2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində, Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. 2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, avqustun 23-də isə Şimali Amerikada soyqırıma aid ilk abidə Meksikanın Mexiko şəhərində tikilmiş, meydanın adı isə Tlakskoake-Xocalı adlandırılmışdır. Türkiyədə Xocalı soyqırımına aid ilk abidə 2014-cü il martın 28-də Ankarada ucaldılmışdır. Türkiyənin İzmit, İzmir, Uşak, Dənizli və Sakarya şəhərlərində də Xocalı soyqırımının xatirəsinə aid abidələr yerləşir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımına aid 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Beynəlxalq hüquqa görə məsuliyyət Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakıları qeyd edir: Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci ilin fevral ayından 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı yüzlərlə azərbaycanlı etnik mənşəyinə malik olan mülki əhalinin ələ keçirilən şəhəri tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürüldüyü, yaralandığı və girov götürüldüyü qeyd olunur. Mədəniyyət 26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilib. 2012-ci ildə Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Azərbaycanda Xocalı soyqırımına həm də poçt markası da həsr olunmuşdur. | |
|
Şərhlər: 0 | |