"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 05/11/2026, 04:17
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər


03:17
Abbasov Aqil Məhəmməd oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       Abbasov Aqil Məhəmməd oğlu — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

            Həyatı

       Aqil Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).

     2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Mükafatları

  • Azərbaycan komsomolu (1987) ("Ən yaxşı adam" kitabına görə)
  • Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı (1993)
  • "Məmməd Araz" adına ədəbi mükafat (1994)
  • "Dan ulduzu" (1993)
  • "Yaddaş"
  • "Zeynalabdin Tağıyev"
  • 01.04.2013 — "Şöhrət" ordeni.

Kitabları

  1. Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.
  2. Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.
  3. Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.
  4. Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.
  5. Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.

Filmoqrafiya

  1. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  2. Dolu (film, 2012)

İstinadlar

  1. A.M. Abbasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az

Xarici keçidlər

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1061 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar