"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 03/11/2026, 03:10
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər


07:57
Axundzadə Cavad Məhəmmədəli oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

 

     Axundzadə Cavad Məhəmmədəli oğlu - Azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933).

       Həyatı

      Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji Institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

       Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

       Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

       Əhməd Cavadın həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və i.a. (Akademik Bəkir Nəbiyevin "Əhməd Cavad" adlı əsərindən Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29).

    Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il repressiyasının qurbanı olmuşdur.

 

Gəlmə Bismillah: Şerlər / Azərbaycan.- 1994.- 6 der.-s.4.

Едва на свет явилось чудо…; Гейгель: Стихи/Вышка.-1992.-23 апрель.-С.3.

Однажды: Стихи/Юрддаш.-1992.-12 февр.–С.2.malar).-B.: Yazıçı, 1991. – 208 s.

Haqq bağıran səs / Tərt. və ön söz A.Əliyevanındır. – B.: Nicat, 1991.- 31 s.

Çırpınırdı Qara dəniz: (Şer)

Что значит. разлука…; Не плачь: Стихи/ Пер. В.Кафарова/Бакин.рабочий.-1992.-30 июня.-С.3.

Haqqında olan əsərlər

Salmanlı R. İstiqlal şairi Əhməd Cavad haqqında // Azərbaycan.- 2003.- 28 may.- s.6.

Rzalı R. Altunlar yurdudur bu kasıb ölkə. – Azərbaycan himninin müəlliflərindən biri // Azərbaycan. – 2002.- 28 may.- s.8.

Rzayeva M. Əhməd Cavadın haqqını tanıyan Türkiyə oldu // Şərq.- 2006.- 28 fevr.- s.6.

Mustafayeva G. Müstəqil Azərbaycan respublikasının Əhməd Cavad yaradıcılığında rolu // Ədalət.- 2006.- 10 mart.- s.7.

Qusarda ilk dünyəvi məktəbi Əhməd Cavad təşkil edib: (Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı Sabir Piroğlanovun Əhməd Cavad haqqında xatirələri) // Azərbaycan. – 2005.- 28 may.- s.16.

Гурбанов Ш. Я певец свободы!: Ахмед Джавад-100//Баку.-1993.-6 марта.-С.2.

Саледдин А. Свет очей моих-Азербайджан!: К 100 летию со дня рождения Ахмеда Джавада//Литературный Азербайджан.-1992.-№4.-С.3-8.

Afina Məmmədli Əflatun qızı."Əhməd Cavad və Türkiyə" kitabı / 2010. Elm və Təhsil. Bakı. 160 s.

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1061 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar