"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ŞƏNBƏ, 24/10/2026, 05:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 03 » Hüseynzadə Hüseyn Camal oğlu
18:33
Hüseynzadə Hüseyn Camal oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       Hüseynzadə Hüseyn Camal oğlu - Azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

        Həyatı

      1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. 1976-cı ildə Hüseyin Arifin Oğlu (Arif Hüseyinzadə) rəhmətə gedir,məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürür.Oğlunun ölümündən sonra həyatı çox dəyişir. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qisminidə məhz oğluna yazdığı şeirlər tutur.

       Qəza bir qapını bağlamayıbdır

       Bizim qapımızı bağlayan kimi

       Füzuli Məcnuna ağlamayıbdır

       Hüseyin Arifə ağlayan kimi

       1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub.

       Ədəbi fəaliyyəti

       Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

       1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq azad ruhlu,təbiət vurğunu olan bu şairi Sovet imperyası öz təsiri altına sala bilmədi. Hüseyin Arif öz yerlisi Səməd Vurğun ilə də çox yaxın dost olmuşdur.Səməd Vurğun ədəbi məktəbinində ən böyük davamçılarından biridə məhz Hüseyn Arifin Özüdür.Səməd Vurğundan Sonrakı Dövür Azərbaycan Ədəbiyyatı əsasən Hüseyn Arif , Bəxtiyar Vahabzadə kimi dahilərimizin adı ilə bağlıdır. Hüseyn Arif Ağstafa rayonunda vəfat edib.

       Mükafatları

       Məşhur Şeirləri

       Əsərləri

  1. Yeni həyat yollarında (şeirlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
  2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
  3. Rus dili müəlliməsi (şeirlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
  4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
  5. Dostluq telləri (şeirlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
  6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
  7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
  8. Sibir töhfələri (şeirlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
  9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
  10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
  11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
  12. Seçilmiş əsərləri (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
  13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
  14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
  15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
  16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
  19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
  20. Şamxor su-elektrik stansiyası (şeirlər). Bakı: İşıq, 1979, 24 səh.
  21. Ömür deyir (şeirlər). Bakı: Gənclik, 1981, 138 səh.
  22. Ayrı düşəli (şeirlər). Bakı: Gənclik, 1983, 280 səh.
  23. Dilqəm (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
  24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
  25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

       Məqalələri

  • Aşıq Alını axtarıram. "Elm və həyat" jurnalı, Bakı, 1968, №2, səh.12.
  • Aşıq Alı. "Azərbaycan" jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 977 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar