"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 25/10/2026, 20:18
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 02 » İbrahimov Məmməd İnfil oğlu
05:59
İbrahimov Məmməd İnfil oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       İbrahimov Məmməd İnfil oğlu - şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991)

          Həyatı

       Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalınınməsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

     1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən).

       2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.

       Mükafatları

       Məmməd Arazın xatirə lövhəsi (Bakı)

  • Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979

       Əsərləri

  • Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
  • Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
  • Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
  • Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
  • Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
  • Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
  • İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
  • Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
  • Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
  • Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
  • Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
  • Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
  • Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
  • Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
  • Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, 81 səh.
  • Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
  • Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
  • Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997, 318 səh.
  • Sənətdə son mənzil olmur. Bakı: "Adiloğlu" nəşriyyatı, 2001, 440 səh.
  • Ağlayan qayalar. Bakı: "Araz" nəşriyyatı, 2002, 144 səh.
  • Vətən deyin. Bakı: "Adiloğlu" nəşriyyatı, 2003, 149 səh.
  • Əsgər andı. Bakı: "Araz" nəşriyyatı, 2003, 98 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 337 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: "Ozan nəşriyyatı, 2003, 360 səh.
  • Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 376 səh.

       Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 365 səh.

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1056 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar