"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 10/11/2026, 20:56
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər


01:28
Novruzov Məmmədhüseyn Həsən oğlu

YAZIÇILAR VƏ SAİRLƏR



     Novruzov Məmmədhüseyn Həsən oğlu — XIX əsrdə yaşamış aşıq, şair.




       Həyatı




     Şair Məmmədhüseyn 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.



     Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. Deyilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçiliklə, maldarlıqla məşğul olub.



      Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.




       Yaradıcılığı




    Onun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır. Divani şəklində yazdığı şeirləri də çox məşhur olan Məmməd Hüseyn o dövrdə yüksək mənsəb tutanlara həcvlər yazdığı üçün daim təqib edilmişdir. Şair Məmmədhüseynin çoxlu dini şeirləri,mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanalar tərəfindən oxunur. "Xəbər al deyim" qoşması demək olar ki,Azərbaycanın hər yerində hamının dillər əzbəridir. Şeirlərində bəxtindən, sevgilisindən və zəmanəsindən şikayət edən Hüseyn yazdığı dördlüklərdən birində deyir:



      İgidin dönməsin əhdi,

      Yana çevrilməsin təxdi,

      Məmməd Hüseynin bəxdi,

      Yatıb, oyanmaz, oyanmaz.



    Şair Məmmədhüseyn XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. Haqqında bir çox kitablarda, eləcə də dərsliklərdə şeirləri çap olunmuşdur. Şair haqqında ilk yazılı məlumat F.Qasımzadənin 1956-cı ildə çap olunan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında rast gəlinir. Şair haqqında Əhliman Axundovun 1961-ci ildə nəşr olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" adlı kitabında "XIX əsrdə yetişən görkəmli aşıqlar" sərlövhəli məqaləsində də verilmişdir. Tərlan Göyçəlinin"Göyçə aşıq məktəbi"(1998) kitabında da şair haqqında geniş məlumat və bir neçə şeirləri çap olunmuşdur (səh.28-37). Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (2006) kitabında şairin şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir (səh.173-301). Şair Məmmədhüseynin seçilmiş şeirlərindən ibarət "Yatıb oyanmaz, oyanmaz" (2005) və "Xəbər al deyim" (2006) adlı kitabları çap olunub.




Mənbə







İstinadlar





  1. Ocaqquliyev, Həsən (2016). Yadda qalan xatirələr. Bakı: "Elm və təhsil". 2017-11-08 tarixində arxivləşdirilib.




Xarici keçidlər




Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1052 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Literary & Reuters Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated Literature
Neural AI is translating and refining the literary post in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org