"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR ERTƏSİ, 26/10/2026, 09:14
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 02 » Qövsi Təbrizi
14:01
Qövsi Təbrizi

YAZIÇILAR VƏ SAİRLƏR

      Qövsi Təbrizi (Əbcəd yazısıyla: قوسی تبریزی) və ya Təbrizli Əlican Qövsi (Təbriz: 1568 - Təbriz: 1640) XVII yüzildə Azərbaycanın adlım, görkəmli şairlərindəndir.

       Həyatı

       Azərbaycan Türkcəsində "Divan"ı bizə gəlib çatmış şair Təbriz şəhərində sənətkar ailəsində dünyaya göz açıb. "Divan"ının iki nüsxəsi məlumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. 400-dən artıq qəzəl və başqa şeirlərindən oluşan "Divan"ı 1925 ilində Bakı'da yayımlandı (Yeni nəşri: Paşa Kərimov, Lider, 2005).

     Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mənəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şerinin inkişafında önəmli rol oynamışdır.

     Qövsi, Mirza Tahir Vəhid Təbrizini öz şeirində mədh edibdir. Qövsi'nin yüksək bədii dəyər daşıyan Türkcə qəzəllərində ilk kəz olaraq yurd sevgisi, azadlıq duyğusu da işlənmiş, zamanəsindən və insanlardan şikayətlər edilmişdir.

Şeirlərindən Örnəklər

Neyləsin

Gər nâlə çəkməsin dil-i bîmâr, neyləsin?
Âşiq gözüm gər ağlamasın zâr, neyləsin?
Qövsî'nin hâlına bir əhl-i dil demiş
Qoymaz məni fələk göz açım, yâr neyləsin?

Doludur

Dilim fəğân ilə vü dîdə qa:n ilən doludur,
köŋül səhîfəsi şərh-ü-bəyân ilən doludur.
Harây kim, ne dilim var, ne bir dil aŋlayanım,
Əgər-çi ney kimi cismim fəğân ilən doludur.
Urupdur ağzıma miŋ qufl-ı âhənîn qeyrət,
Hənûz səqf-i fələk əl-əmân ilən doludur.
Əgər-çi köŋlümə zâhirdə dəgmək âsandır,
Bu çöl kəmingəhi şîr-i jiyân ilən doludur.
Sınıq səbûda su dutmaz qərâr u mey durmaz,
Şikəstə köŋlümə məhvəm ki, qa:n ilən doludur.
Xumâr ilə məni öldürdü sâqi-yi bî-rəhm,
Səbû-yı bâdə-yi gülrəng cân ilən doludur.
Bu bir piyâlədə —yâ Rəb— nə sehr edər sâqî
ki, üstü bâdə ilən, altı qa:n ilən doludur?
Sən öz yamanlarını yaxşı et, nə hâsil kim,
zəmânə yaxşı ilə, yâ yama:n ilən doludur.
Bəsîrət əhli dəlîl istəməz ki, kövn-ü-məkân,
nişân ilən doludur, bî-nişân ilən doludur.
Yuvada qonçalanur əndəlîb bəs-ki çəmən,
nəvâ-yi Qövsî-yi âtəş-zəbân ilən doludur.

 

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1063 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar