"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ŞƏNBƏ, 24/10/2026, 06:51
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 03 » Qurbanov Osman Abdulla oğlu
11:30
Qurbanov Osman Abdulla oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

   Qurbanov Osman Abdulla oğlu - azərbaycanlı şair, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi (1977).

       Həyatı

       Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsiliniQazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumundamüəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir. 1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

       Yaradıcılığı

       Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

       Kitabları

  • Dəmir sətirlərim (1934)
  • Bənövşə (1940)
  • Şairin hədiyyəsi (1943)
  • Gətir, oğlum, gətir (1943)
  • Gənclik eşqi (1946)
  • Bahar çiçəkləri (1949)
  • Yeni dünyanın qapısı (1950)
  • İqlimdən-iqlimə (1963)
  • Sabahı yaradanlar (1970)
  • Seçilmiş əsərləri (üç cilddə) (1971-1975)
  • Hər kim yüz il yaşamasa (1976)
  • Mən sabaha gedirəm (1979)
  • Kür qırağında (1987)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1023 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar