"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 05/11/2026, 08:05
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Yazıçılar və şairlər


04:33
Rüstəmzadə Süleyman Əliabbas oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

        Rüstəmzadə Süleyman Əliabbas oğlu - azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), Azərbaycanın xalq şairi (1960), Stalin mükafatı (1950), II dərəcəli Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

         Həyatı

      Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. ADU-nun şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.

    M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.

       Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur. 1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

     Yaradıcılığı

     Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Qəzəl janrına meyl göstərirdi. Onun yaradıcıllığına çox əsərləri,poemaları və şeirləri aparıcı rol oynayır.

       Əsərləri

       Filmoqrafiya

  1. Qanlı zəmi (film, 1985)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 1136 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar