"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ŞƏNBƏ, 31/10/2026, 06:23
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


00:16
BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olub
İQTİSADİYYAT

BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Dövlət Miqrasiya Xidmətində olub

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Tanışlıq xarakterli görüşün məqsədi ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

V.Hüseynov Xidmət tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumat verib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa önəm verildiyini söyləyən Xidmət rəisi əlaqələrin bundan sonra da davam və inkişaf etdiriləcəyini qeyd edib.

Xidmət rəisinə səmimi qəbula görə minnətdarlığını bildirən və görüşdən məmnun qalan xanım Elena Aymone Sessera Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açıb. Təmsil etdiyi təşkilatla Dövlət Miqrasiya Xidmətinin arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və miqrasiya sahəsində  qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 1174 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar