"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 30/10/2026, 11:11
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


11:45
“Gələcəyini qur” adlı biznes-simulyasiya yarışı
İDMAN VƏ MARAQ

“Gələcəyini qur” adlı biznes-simulyasiya yarışı

“Gələcəyini qur” biznes-simulyasiya yarışında siz komanda şəklində virtual şirkətə sahib olacaq və rastlaşacağınız müxtəlif vəziyyətlərdə düzgün biznes qərarlar verməli olacaqsınız. Şirkətinizin uğuru sizin düzgün atdığınız addımlar və vaxtında qəbul etdiyiniz qərarlardan asılıdır.

Yarış hansı formatda keçiriləcək?

Yarış 6 mərhələdən ibarət olacaq. Hər bir mərhələdə komandalar sahib olduqları ilkin kapitalı düzgün idarə edərək müxtəlif resursların əldə edilməsinə sərf etməli, həmçinin sahib olduqları resursları sərfəli qiymətə digər komandalara satmalı olacaqlar. Komandalar ticarət əqdlərini birbirilə razılaşdıqları qiymət əsasında bağlayacaqlar. Qiymətlər əvvəlcədən təqdim ediləcək qiymət dəhlizininin aralığında olacaq. Əgər komandalar razılığa gələ bilməsələr, o zaman alıcı qismində çıxış edəcək komanda əmtəəni maksimal qiymətə əldə edəcək, satıcı qismində çıxış edən komanda isə minimal qiymətə satacaq.

Bu səbəbdən komandalar üçün uyğun çıxış yolu dəhliz aralığında bir qiymət üzərində razılaşmalarıdır. Hər bir mərhələdə komandalar risklərini təhlil etməli, danışıqlar zamanı özləri üçün sərfəli şərtləri digər komandalara qəbul etdirməli olacaqlar. Hər turun sonunda əqdlər münsiflər heyəti tərəfindən təsdiqlənəcək, məlumatlar vahid bazaya daxil ediləcək, aralıq nəticələr komandalara bildiriləcək və növbəti mərhələyə start veriləcək. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə edən komanda qalib adını qazanacaqdır.

Azərbaycanın istənilən ali təhsil ocağının tələbə, magistr və ya doktorantı iştirak edə bilərlər.

Bu yarışda siz, 5-8 nəfərdən ibarət komanda şəklində iştirak edərək biznes sahəsində rəqabət aparmağı və düzgün qərarların verilməsini öyrənəcəksiniz. Virtual bazarda siz, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək idarə etdiyiniz kapitalın artmasını təmin edəcəksiniz. Yarışda iştirak etməklə nəzəri biliklərinizi möhkəmləndirib, həmçinin yeni praktiki bacarıqlara sahib olacaqsınız.

“Gələcəyini qur” adlı biznes-simulyasiya yarışında iştirak etmək üçün 11 iyun 2018-ci il tarixədək fərdi və yaxud qrup şəklində forum3346@gmail.com elektron poçt ünvanına məktub yazmaqla və ya CV göndərməklə qeydiyyatdan keçməyiniz lazımdır.

Elektron məktubda adınız, soyadınız, oxuduğunuz ali təhsil ocağının adı, fakültə, kurs və əlaqə nömrəniz qeyd olunmalıdır.

Yarış iyun ayında Bakı şəhərində təşkil olunacaq. Qeydiyyatdan keçən iştirakçılara tədbirin məkanı, günü və vaxtı haqqında məlumat veriləcəkdir. Qaliblər sertifikat və hədiyyələrlə, bütün iştirakçılar isə unudulmaz təəssürat və dəyərli təcrübə ilə mükafatlandırılacaqlar.

Bölmə: İDMAN VƏ MARAQ | Baxılıb: 1497 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar