"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 30/10/2026, 10:22
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


15:57
Palata Azərbaycan Turizm və Menecment Universitetində təlim keçirib
İQTİSADİYYAT

Palata Azərbaycan Turizm və Menecment Universitetində təlim keçirib

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin “4.3. Sahibkar düşüncə tərzinin təşviqi” prioriteti çərçivəsində növbəti təlim Azərbaycan Turizm və Menecment Universitetində keçirilib. "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim və təqdimat tələbələr tərəfindən böyük  maraqla qarşılanıb.

Tədbirdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat nümayiş etdirilərək sözügedən mövzular ətrafında tələbələrlə fikir mübadiləsi aparılıb.

Təqdimatlardan sonra turizm sektorunda fəaliyyət göstərən iki nəfər sahibkar sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və sahibkarlıq ruhunun formalaşması, biznes sahibi olmaq üçün zəruri addımların atılması barədə tələbələrlə təcrübələri ilə bölüşüblər

Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən tələbələr Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 1173 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar