"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ, 30/10/2026, 13:56
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

BİTV KANAL

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


16:41
Hərbçilər arasında güləş üzrə dünya çempionatında idmançılarımız ilk medallarını qazanıblar
İDMAN VƏ MARAQ

Hərbçilər arasında güləş üzrə dünya çempionatında idmançılarımız ilk medallarını qazanıblar

Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının ikinci günündə Azərbaycan təmsilçiləri ilk medallarını qazanıblar.

Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda Azərbaycan idmançılarından döşək üzərinə ilk olaraq hərbçimiz Sona Tumarxanova çıxıb.

Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Monqolustan güləşçisi N.Azjarqala 12:1 hesabı ilə qalib gələrək çempionatda üçüncü yeri tutub.

Kişilər arasında yarışda isə Azərbaycan idmançılarından döşək üzərinə Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi Ağahüseyn Mustafayev çıxıb. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İran idmançısı Biyabani Peymana qalib gələrək çempionatda bürünc medal qazanıb.

İDMAN VƏ MARAQ

Dünya çempionatında milli komandamızın aktivinə üçüncü bürünc medalı Coşqun Əzimov yazdırıb. MOİK-in üzvü bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Lukas Botondu 10:0 hesabı ilə məğlub edərək təmiz qələbə qazanıb.

Bununla da hərbçilərimiz yarışların ikinci günündə üç bürünc medal və mayın 18-də komandamız daha iki medal qazanıb.

Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatında, növbəti günlərdə keçirilən yarışlarda hərbçi güləşçilərimiz altı medal qazandı.

Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında Azərbycan komandası iki qızıl, üç gümüş və altı bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıb.

Bölmə: İDMAN VƏ MARAQ | Baxılıb: 4220 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar