"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 26/11/2026, 14:44
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Odysee BİTV Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


17:16
Made in Azerbaijan
TEXNOLOGİYA

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları

Ölkəmiz adından Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” beynəlxalq müsabiqəsinə bir sıra layihələr təqdim edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr, Nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak hüququ qazanıb.

Yerli mütəxəssislərimiz tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq, səsverməyə təqdim olunub.

10 fevraladək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq.

Qaliblər 8-12 aprel 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019” forumunda elan olunacaq.

Məlumat üçün bildirək ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir.

“Made in Azerbaijan” brendi altında layihələrimizi qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır.

Qeyd edək ki, “İdeyadan Biznesə” (1-ci kateqoriya - “I2B – Idea to Business”) və ya “Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - “Appeal Board Complaint System”), “Açıq Məlumatlar” (3-cü kateqoriya - “Open Data”),  “Danışan kitabxana” (6-cı kateqoriya - “Speaking  Library”), “Mobil imza” (7-ci kateqoriya - “Mobile Signature”), “Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - “Centralized Accounting System”), “ARİS” (7-ci kateqoriya- ARİS) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır.  

Müsabiqəyə 1-ci (“I2B - İdeyadan Biznesə” və Apelyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (ARİS və Mobil İmza) üzrə iki layihəmiz səsverməyə təqdim olunub. Lakin qaydalara görə hər kateqoriya üzrə yalnız 1 layihəyə səs verilə bilər.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQrex” (kateqoriya 8 - “iQrex”) və “Sağlam Yaşam Platforması” (kateqoriya 10 - “Healty Living Support Platform”) layihələri də onlayn səsəvermədə iştirak edir.

Onlayn səsvermədə fəal iştirak etməklə ölkəmizi təmsil edən bu layihələri qalib edə bilərik.

Səsvermədə iştirak etmək üçün link: WSIS

Bölmə: TEXNOLOGİYA | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Baxılıb: 2206
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the article in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org