"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 01/11/2026, 07:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Xəbərlər


15:50
Yaxın Şərq böhranı və Azərbaycana geosiyasi təsirləri

İCTİMAİ-SİYASİ

Regional gərginliklərin Orta Dəhlizə təsiri

Yaxın Şərqdəki münaqişələr hər gün daha da intensivləşir. Bir tərəfdən ABŞ və İsrailin İrana qarşı gərginliyi Hörmüz boğazının fəaliyyətinin pozulması riskini yaradır, digər tərəfdən isə husilərin fəallaşması Bab əl-Məndəb boğazından keçən gəmilərin təhlükəsizliyini təhdid edir. Bütün bu hadisələr təkcə neft və qaz qiymətlərinin artmasına təkan verməyib, həm də qlobal güclər üçün köhnə ticarət yollarının əhəmiyyətini köklü şəkildə dəyişib. Yaxın Şərqdəki geosiyasi dalğalanmalar region sərhədlərini aşaraq, artıq Azərbaycan da daxil olmaqla bütün dünyaya təsir göstərir.

Təbii resursların bahalaşması ölkə iqtisadiyyatına neft dollarlarının axınını gücləndirir. Eyni zamanda, böyük dövlətlərin logistik prioritetləri Çindən başlayıb Mərkəzi Asiya və Cənubi Qafqazdan (bu layihənin əsas birləşdirici qovşağı olan Azərbaycandan) keçərək Avropaya uzanan “Orta Dəhliz” layihəsinə yönəlir. Burada əsas sual budur: Azərbaycan neft gəlirlərindən iqtisadiyyatın şaxələndirilməsi üçün səmərəli istifadə edə biləcəkmi və coğrafi mövqeyinin sürətlə artan geosiyasi çəkisindən milli maraqları naminə necə yararlanacaq?

Neft dollarları: Diversifikasiya üçün fürsət, yoxsa yeni risklər?

Hazırda Azərbaycan iqtisadiyyatı şaxələndirmə yolundadır; alternativ enerji mənbələri, kənd təsərrüfatı, turizm və biznes sahələri inkişaf etdirilir, beynəlxalq investisiyalar cəlb olunur. Azərbaycan neftinin bir barelinin 125,42 dollar səviyyəsinə yüksəlməsi ölkə büdcəsinə ciddi maliyyə axını təmin edir və bu vəsaitlər qeyri-neft sektoruna da investisiya edilir. Bununla belə, ümumi gəlirlərdə neft sektorunun payı hələ də yüksək olaraq qalır ki, bu da gələcəkdə qiymətlərin qəfil enməsi zamanı risk yarada bilər. Qeyri-neft sektorundan əldə olunan gəlirlər əvvəlki illərlə müqayisədə daha sürətlə artsa da, İrandakı gərginlik fonunda yaranan bu yüksək qiymətlər rəsmi Bakını arxayınlaşdırmamalı, diversifikasiya prosesi daha da sürətləndirilməlidir.

Orta Dəhliz: Azərbaycanın geosiyasi mövqeyi üçün risklər və üstünlüklər

Daha əvvəl qeyd edildiyi kimi, Yaxın Şərqdəki sarsıntılar, Bab əl-Məndəb və Hörmüz boğazlarının fəaliyyətindəki daimi risklər Orta Dəhliz layihəsinə qlobal marağı artırıb. Orta Dəhliz, xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra böyük populyarlıq qazandı. Çin və Avropa İttifaqı Rusiyadan və İrandan keçməyən, Asiya ilə Avropanı birləşdirən alternativ yollar axtararkən, Azərbaycan çevik təşəbbüslə irəli çıxdı. Əlverişli coğrafi mövqeyi sayəsində ölkəmiz dünyanın müxtəlif yerlərindən olan investorları yerli infrastruktur və logistika layihələrinə cəlb edə bildi.

Bununla da Avropa, yeni geosiyasi mərkəzə çevrilən Mərkəzi Asiyaya daha asan və maneəsiz çıxış əldə edir. Mərkəzi Asiya həmçinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü vasitəsilə qədim İpək Yolunu canlandırmaq üçün milyardlarla dollar investisiya yatıran Çin üçün də strateji əhəmiyyət kəsb edir. Zbiqnev Bjezinskinin öz məşhur “Böyük şahmat taxtası” kitabında qeyd etdiyi kimi, Azərbaycan coğrafi mövqeyinə görə Avrasiyanın geosiyasi mərkəzlərindən biridir.

Risklərə gəldikdə isə, Qərblə Şərq arasında uğurlu balans siyasətinə baxmayaraq, regional gərginliklər Azərbaycanı iki böyük qonşusu — İran və Rusiya ilə münasibətlərdə daha ehtiyatlı olmağa məcbur edir. Rusiya ilə iqtisadi və nəqliyyat məsələlərini müəyyən dərəcədə tənzimləmək mümkün olsa da, İran istiqamətində vəziyyət daha mürəkkəbdir. ABŞ-ın regionda İranın maraq dairəsinə nüfuz etməsi və investisiya layihələrini genişləndirməsi rəsmi Bakıdan incə bir diplomatiya tələb edir.

Hesab edirəm ki, Azərbaycan Qərb ölkələri ilə münasibətlərini sosial-iqtisadi sazişlər və tərəfdaşlıq çərçivəsində saxlamalı və bu geosiyasi oyunu böyük həssaslıqla idarə etməlidir. Çünki coğrafiya Azərbaycana nə qədər böyük üstünlüklər qazandırıbsa, böyük qonşuların maraqları fonunda bir o qədər də risklər yaradıb.

 

Riad Məmmədov
EDC platformasının təsisçisi

 

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 21519 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Etiketlər: beynəlxalq ticarət yolları, Bir Kəmər Bir Yol, neft qiymətləri, Yaxın Şərq, husilər, Orta Dəhliz, analitik yazı, Bakı diplomatiyası, Bab əl Məndəb, regional balans, Hörmüz boğazı, xarici siyasət, rəqəmsal logistika, Riad Məmmədov, Azərbaycan geosiyasəti | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar