"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 19/11/2026, 23:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Cəbrayıl rayonu - 23.08.1993 (davamı...)

← Əvvəlki səhifəyə qayıt

VANDALİZM

Azərbaycan Respublikası Cəbrayıl rayonu

Coğrafi mövqeyi — Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. 

Ərazisi 1049 kvadrat kilometr olan rayonun relyefi əsasən dağlıqdır. Rayonun ən yüksək zirvəsi Dağtumas dağıdır (1580 metr). Səthi şimalda alçaq dağlıq, qalan hissələrdə isə İncəçöl və Gəyən çölü kimi maili düzənliklərdən ibarətdir. Dağlıq hissədə Təbaşir, düzənlik hissədə isə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. 

İqlimi: Ərazinin cənub hissəsində yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, şimal hissəsində isə yayı quraq keçən mülayim-isti iqlim hakimdir. Orta temperatur yanvarda 0–2°C, iyulda 24–25°C təşkil edir, illik yağıntının miqdarı isə 400–500 mm-dir. 

Su hövzələri və bulaqlar: Çayları qısa və müvəqqəti axarlı olub, Araz çayı hövzəsinə aiddir. İşğaldan əvvəl rayonda 104 kəhriz və təbii minerallarla zəngin 360-dan çox bulaq mövcud olmuşdur. 

Torpaq və bitki örtüyü: Ərazidə dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqları olan Arazboyu düzənliklərdə Böyük Mərcanlı və Soltanlı kimi iri kəndlər yerləşir. Ərazidə yarımsəhra və dağ-kserofil bitki örtüyü üstünlük təşkil edir, həmçinin meşə sahələri var. Araz çayının sahili vaxtilə sıx tuqay meşələri ilə örtülü olmuşdur, işğaldan əvvəl rayonda yaşı 400–500 il olan 14 iri diametrli çinar ağacı qorunurdu. 

Heyvanat aləmi: Rayonun faunasına canavar, tülkü, süleysin, çölsiçanı və digər heyvanlar daxildir. 

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci il dekabrın 8-də yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 

1993-cü ildə erməni silahlı dəstələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə qalan və daşınması çətin olan 2 mindən artıq eksponat isə erməni silahlı dəstələri tərəfindən məhv edilmişdir. 

Cəmil Əhmədovun Xatirə Muzeyi — Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun Xatirə Muzeyi 1985-ci ildə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmışdır. 

Muzey Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə rayonun ən qədim təhsil ocağı olan Cəmil Əhmədov adına orta məktəbin həyətində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan bina üç otaqdan ibarət idi. 

Xatirə kompleksindəki büst heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdır. Muzey fəaliyyətə 500-ə yaxın eksponatla başlamış, sonradan eksponatların sayı 800-ə çatdırılmışdı. 

1993-cü ildə Cəbrayıl rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən bir qədər əvvəl muzeydən az sayda eksponat Bakıya gətirilərək Muzey Mərkəzinə təhvil verilmişdir. Həmin eksponatlar hazırda Azərbaycan İstiqlal Muzeyində saxlanılır. 

Çələbilər kəndində məscid-mədrəsə — Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşən məscid-mədrəsə kompleksi Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə inşa edilmişdir. Dini və dünyəvi elmlərin tədris olunduğu bu mədrəsədə din xadimləri və alimlər dərs demişdir. XVIII əsrin məşhur Azərbaycan şairi Molla Vəli Vidadi də bu təhsil ocağında müəllimlik etmişdir. Kompleksin ərazisində şagirdlərə dərs keçilməsi üçün xüsusi otaqlar və hücrələr mövcud idi. 

1993-cü ildə Cəbrayıl rayonunun erməni silahlı dəstələri tərəfindən işğalına qədər məscid-mədrəsə kompleksi bərpa olunaraq ilkin görkəminə qaytarılmışdı. İşğal nəticəsində abidə dağıdılmışdır. 

Xubyarlı kəndində türbələr — Cəbrayıl şəhərinin şimalında yerləşən Xubyarlı kəndində orta əsr memarlığına aid XV əsr "Dairəvi" türbəsi və XVI əsr səkkizguşəli türbəsi mövcud idi. Hər iki abidə rayonun işğalından əvvəl xüsusi təmir-bərpa briqadası tərəfindən tam bərpa olunmuşdu. İşğal dövründə bu türbələr erməni silahlı dəstələri tərəfindən tamamilə dağıdılmışdır. 

Şıxlar türbəsi (Dairəvi türbə) — Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında XIV əsrdə inşa edilmiş Şıxlar türbəsinin hündürlüyü 8 metrə, diametri isə 6 metrə yaxın idi. Türbənin günbəzinin yuxarı hissəsi erməni silahlı dəstələrinin işğalı zamanı dağıdılmışdır. 

Arxeoloji abidələr — Cəbrayıl rayonu ərazisində müxtəlif tarixi dövrlərə aid aşağıdakı arxeoloji abidələr mövcud olmuşdur: 

Ağoğlan nekropolu: İlk orta əsrlərə aiddir, Cəbrayıl şəhərində yerləşir; 

Karxulu kurqanları və yaşayış yeri: Tunc dövrünə aiddir, Karxulu kəndində yerləşir; 

Çanqulu kurqanı: Tunc dövrünə aiddir, Mahmudlu kəndinin şimal-qərb tərəfində yerləşir; 

Quştəpə kurqanı: Tunc dövrünə aiddir, Mahmudlu kəndinin şimal-qərb tərəfində yerləşir; 

İmanqazan təpələri: Tunc dövrünə aiddir, Şıxlar kəndində yerləşir; 

Şıxlar mağarası: Daş dövrünə aiddir, Şıxlar kəndində yerləşir; 

Şıxlı kurqanları: Son tunc dövrünə aiddir, Şıxlar kəndində yerləşir; 

İmamqazantəpə kurqanı: Tunc dövrünə aiddir, Şıxlar kəndində yerləşir; 

Qaladağ qalaçası və yaşayış yeri: İlk orta əsrlərə aiddir, Qalaçıq kəndində yerləşir; 

Məscidtəpə kurqanı: Tunc dövrünə aiddir, Qalaçıq kəndində yerləşir; 

Qışlaq kurqanları və yaşayış yeri: Tunc dövrünə aiddir, Qışlaq kəndində yerləşir; 

Hovuzlu kurqanları: Son tunc və ilk dəmir dövrünə aiddir, Hovuzlu kəndində yerləşir; 

Çinlitəpə yaşayış yeri: İlk dəmir dövrünə aiddir, Horovlu kəndində yerləşir; 

Torağaytəpə yaşayış yeri: İlk tunc dövrünə aiddir, Şükürbəyli kəndində yerləşir; 

Divlər sarayı: Daş dövrünə aiddir, Çələbilər kəndində yerləşir. 

Memarlıq abidələri — Cəbrayıl rayonu ərazisində müxtəlif əsrlərə aid aşağıdakı memarlıq abidələri yerləşir: 

Sultan Allahverdi hamamı: XIX əsrə aiddir, Cəbrayıl şəhərində yerləşir; 

Dairəvi türbə: XVII əsrə aid türbələr (Xubyarlı kəndində yerləşir), XIV əsrə aid türbələr (Şıxlar kəndində yerləşir); 

Səkkizguşəli türbə: XVII əsrə aiddir, Xubyarlı kəndində yerləşir; 

Qala qülləsi: Sirik kəndində yerləşir; 

Qız qalası: XII əsrə aiddir, Diridağ dağında yerləşir; 

Sərdabə: XIII–XIV əsrlərə aiddir, Dağtumas kəndində yerləşir; 

Məscid: Çələbilər kəndində yerləşir, Daşkəsən kəndində yerləşir, XIX əsrə aid məscidlər (Məzrə kəndində, Süleymanlı kəndində və Papı kəndlərində yerləşir). 

Digər arxeoloji abidələr — Cəbrayıl rayonu ərazisində orta əsrlərə aid aşağıdakı arxeoloji abidələr və tarixi yaşayış yerləri də yerləşir:

Köhnə qəbiristanlıq: Orta əsrlərə aid qəbiristanlıqlar (Cəbrayıl şəhərinin şimal-qərbində, Sirik kəndində, Diridağ dağında və Şıxlar kəndlərində yerləşir), XVII–XVIII əsrlərə aid qəbiristanlıqlar (Karxulu kəndində yerləşir);

Mağara: Orta əsrlərə aiddir, Dağtumas kəndində yerləşir; 

Şəhərcik kəndinin xarabalıqları: Orta əsrlərə aiddir, Şıxlar kəndində yerləşir; 

Duluzxana yaşayış yeri: Orta əsrlərə aiddir, Şıxlar kəndində yerləşir; 

Hasanlı yaşayış yeri: Orta əsrlərə aiddir, Həsənli düzündə yerləşir; 

Qala yaşayış yeri: Orta əsrlərə aiddir, Sirik kəndində yerləşir. 

Bağ-park, monumental və xatirə abidələri — Cəbrayıl rayonu ərazisində yerləşən monumental və xatirə abidələri bunlardır: 

Cəmil Əhmədovun ev-muzeyi və heykəli: 1985-ci ildə inşa edilmişdir, Cəbrayıl şəhəri, İstiqlaliyyət küçəsində yerləşir; 

Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərin xatirə abidəsi: 1975-ci ildə inşa edilmişdir, Cəbrayıl şəhərində, «Qartal» pavilyonunun yanında yerləşir. 

Dekorativ-tətbiqi sənət nümunələri (xalq daş-heykəltəraşlıq abidələri) — Rayonda qorunan xalq daş-heykəltəraşlıq nümunələri aşağıdakılardır: 

Daş qoç fiqurları və süjetləri: Orta əsrlərə aiddir, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında yerləşir. 

Qəhrəmanlar və işğalın ağır nəticələri — 1993-cü il avqustun 23-də sahəsi 1050 kv. km olan və 52 000 nəfər əhalinin yaşadığı Cəbrayıl rayonunun ərazisi, o cümlədən 92 kənd, ümumtəhsil məktəbləri, xəstəxanalar, 132 tarixi abidə və 150 mədəniyyət ocağı erməni silahlı dəstələri tərəfindən işğal olunaraq tamamilə dağıdılmışdır. 

Müharibə itkiləri və qəhrəmanlar — Qarabağ müharibəsində Cəbrayıl rayonu 362 şəhid vermiş, 191 nəfər isə müharibə əlili olmuşdur. Erməni silahlı dəstələrinin hücumları zamanı rayonun müdafiəsində iştirak edən şəxslərin itkiləri belədir: 

Döyüşçülər: Döyüşlər zamanı 180, atəşkəs dövründə isə 6 nəfər həlak olmuşdur; 

Polis və mülki şəxslər: 14 polis əməkdaşı və 60 mülki şəxs həyatını itirmiş, 90 nəfərə yaxın sakin isə əsir və itkin düşmüşdür. 

Torpaqların müdafiəsində göstərdikləri şücaətə görə 6 nəfər cəbrayıllı, o cümlədən Şikar Aslanov, Kazım Məmmədov və Mətləb Quliyev "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Hazırda rayonda 362 şəhid ailəsi və 191 Qarabağ müharibəsi əlili qeydiyyatdadır. 

Bundan əlavə, vaxtilə Cəbrayıldan 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 7 nəfər isə Sosialist Əməyi Qəhrəmanı (Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev) adına layiq görülmüşdür. 

Mədəni irs və dağıntılar — 1993-cü il avqustun 23-də erməni silahlı dəstələri tərəfindən işğal edilmiş rayon ərazisində yerləşən yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri tamamilə dağıdılmış, rayonun zəngin təbii sərvətləri talan edilmişdir. 

Cəbrayıl rayonu həm də milli aşıq-ozan sənətinin yaradıcılarından sayılan Aşıq Qurbani, Aşıq Pəri, Muğrum Kərim, Aşıq Humay və Aşıq Abdulla kimi el sənətkarlarının vətənidir. 

 

Bu məqalənin hazırlanmasında Qorxmaz Abdulla, Arif Xəlilov və Tariyel Abbaslının 2006-cı ildə Bakıda “Adiloğlu” nəşriyyatında çap olunmuş 124 səhifəlik “Sönməyən məşəl” kitabından istifadə edilmişdir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin sədri, siyasi fəlsəfə doktoru Zaur Əliyevin yazısından, həmçinin “Vikipediya” (Qarabağ bölməsi), “Virtual Qarabağ”, “Karabakh Media”, “Erməni vandalizmi” və “Tarix.info” internet resurslarından istifadə edilmişdir. 

 

 

K. Ələkbərli
Baş redaktor

Bölmə: Cəbrayıl | Əlavə etdi: Beynəlxalq_İnformasiya (23/08/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 2793 | Etiketlər: erməni vandalizmi, tarixi abidələr, Cəbrayıl, Xudafərin | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org