"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 17/11/2026, 23:33
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Kəlbəcər rayonu - 02.04.1993

VANDALİZM

Azərbaycan Respublikası Kəlbəcər rayonu

Kəlbəcər rayonu Azərbaycan Respublikasının inzibati ərazisidir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Rayon 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprel ayının 2-də Kəlbəcər şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. 

Kəlbəcər rayonu Kiçik Qafqazın mərkəzi hissəsində yerləşir. Rayon qərbdə Ermənistan, şimalda Daşkəsən və Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam və Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 kvadrat kilometr olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə və 145 kənd mövcud idi. Bundan əlavə, Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 kilometr qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində və sıldırım qayalıqlar üzərində yerləşir. 

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən və 53 962 nəfər əhalisi olan Kəlbəcər rayonu erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində dinc əhaliyə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı doğma torpaqlarından zorla çıxarılaraq didərgin salınmışdır. 

Rayonun tarixçəsi — “Kəlbəcər” toponiminin ilkin forması qədim türk dilində "Kevliçer" kimi qəbul edilib və "çay üstündə qala" deməkdir. Burada "kevli" çayın üstü, "çer" (və ya "car") isə qala mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada, Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər bu adı qədim türk dillərindəki "kevil" (mağara) və "cər" (qaya, yarğan) sözləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki bütün dağ adları (oronimik toponimlər) türk mənşəlidir və bir sıra qədim türk tayfalarının adı bu gün də həmin yer adlarında yaşayır. 

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın formalaşması 4 milyon ildən artıq tarixi əhatə edən dördüncü geoloji dövrlə bağlıdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılmışdır. 

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır. 

Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq vardır. Bunların ən böyükləri Tirkeşəvənd, Kəlbəcər, Zar və digər kəndlərin ərazisində yerləşir. Bu qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə fərqlənən at, qoç, sandıq formalı qəbirüstü fiqurlar, başdaşıları və günbəzlərlə zəngindir. 

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisi zəngin təbiətə malikdir. Otuz mindən artıq bulağı olan Kəlbəcər rayonu həm də yüzlərlə mineral bulaqları və zəngin meşələri ilə tanınır. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Müalicəvi əhəmiyyətli İstisu bulağı, zirvəsindən qar-tufan əskik olmayan Murovdağ və zəngin bitki örtüyünə malik Dəlidağ rayonun məşhur təbiət abidələridir. 

İlk insan məskəni — Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1936 kvadrat kilometr ərazisi və 53 962 nəfər əhalisi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti və qədim tarixi abidələri ilə seçilir. Erməni silahlı dəstələri rayonu işğal etdikdən sonra buradakı tarixi abidələrin əksəriyyəti məhv edilmişdir. 

Dağıdılmış mədəni abidələr bunlardır: 

Vəng kəndi ərazisində Alban məbədi; 

Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi); 

Qanlıkənd ərazisində Lök qalası; 

Qaraçanlı kəndində Uluxan qalası; 

Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi; 

Qalaboynu kəndində Qalaboynu qalası; 

Comərd kəndində Comərd qalası; 

Camışlı kəndində Keşikçi qalası; 

Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidlər; 

Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü; 

Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi; 

Aşıq Şəmşir adına mədəniyyət evi; 

Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. 

Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının daşdan hazırlanmış ilk əmək alətləri bu ərazidə meydana gəlmişdir. Eramızdan əvvəl IV minilliyin sonu və III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas formalaşma və yayılma sahəsi Kür-Araz ovalığıdır. Həmin dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynamış və dağlıq ərazilərdə yaşayışa ehtiyac yaranmışdır. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması mühüm əhəmiyyət kəsb etmişdir. Kür-Araz mədəniyyətinin son inkişaf mərhələsində Azərbaycanın bütün dağlıq zonalarında, o cümlədən Xoşbulaq kurqanlarında, Xoləzək (Kəlbəcər) və İstisu yaylaqlarında məskunlaşma başa çatmışdır. 

Orta Tunc dövrü Azərbaycanda qədim incəsənətin inkişaf mərhələsidir və saxsı qablar üzərində çəkilmiş naxışlar bunu təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin Qoçdaş kimi digər ərazilərindəki qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və şamanlıq ayinləri təsvir olunmuşdur. Kəlbəcərdə ilk məskən salan albanların izləri də rayon işğal olunana qədər buradakı qayaüstü təsvirlərdə və küp qəbirlərində qalmaqda idi. 

Kəlbəcər antik dövr abidələri baxımından da mühüm ərazidir. Rayonun Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarında qayalara həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanmışdır. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq qədim yaşayış yeri aşkar edilmişdir. Burada diametri təqribən 20 metr, divarlarının qalınlığı isə 2 metrə qədər olan dairəvi tikili qalığı üzə çıxarılmışdır. Bu tikilinin divarlarının nəhəng qaya parçalarından və çay daşlarından hörülməsi buranın ən qədim insan məskəni olduğunu göstərir. Həmin yaşayış yerlərində eramızdan əvvəl III minilliyə aid gil qab qırıqları, dən daşları, dəvəgözü (obsidian) və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və digər əmək alətləri tapılmışdır. Bu tapıntılar Tunc dövründə yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında aydın təsəvvür yaradır. 

Kəlbəcər əhalisinin 98 faizini azərbaycanlılar, 2 faizini isə ruslar, kürdlər və digər millətlər təşkil edir. 

Kəlbəcərin işğalı — Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13000-dək fərdi mənzil və 37852 hektar meşə sahəsi talan edilmişdir. 

Kəlbəcər şəhərindəki məscid işğal zonasında qalaraq erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. Kəlbəcərin işğalı zamanı rayonun 53000-dən artıq əhalisi məcburi köçkün düşmüşdür. 

İşğal nəticəsində aşağıdakı infrastruktur və sərvətlər məhv edilmiş və ya talan olunmuşdur: 

97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub və 42 mədəniyyət evi; 

9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya və 9 aptek; 

Yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə avtomobil və texnika; 

100 min baş qaramal və 500 min baş qoyun-quzu; 

900 kvadratmetr sahəsi, geniş kitabxanası və zəngin eksponatları olan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi (muzeyin bütün maddi və mənəvi sərvətləri ermənilər tərəfindən talan edilərək Ermənistana daşınmışdır). 

İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər sakin öz evlərindən qovulmuş, 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər isə əsir götürülmüş və ya itkin düşmüşdür. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin təsərrüfatına 703 milyard 528 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur. 

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə divan tutulmuş və yerli əhali min illər boyu yaşadığı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlamışdır. 

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 3205-ci iclasında 822 saylı Qətnamə qəbul etmişdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin bu qətnamədən irəli gələn öhdəliklər yerinə yetirilməmişdir. 

İşğaldan əvvəl rayonda aşağıdakı dövlət, sosial və mədəni müəssisələr fəaliyyət göstərirdi: 

Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, iri ticarət və sənaye müəssisələri; 

95 ümumtəhsil məktəbi, texniki peşə məktəbi, incəsənət məktəbi və musiqi məktəbi; 

44 klub, mədəniyyət evi, 2 kütləvi kitabxana, muzey və kinoteatr; 

Mərkəzi rayon xəstəxanası, poliklinika, doğum evi, uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 feldşer-mama məntəqəsi və 23 kənd ambulatoriyası. 

Həmçinin rayonda bir sıra tarixi və memarlıq abidələri, o cümlədən alban məbədləri dövlət qeydiyyatına alınmışdı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhəri ətraf dağların ətəklərində yerləşir. 

2008-ci ilin məlumatına görə, Kəlbəcər şəhərinin 8900 dinc sakini məcburi köçkün kimi Azərbaycan Respublikasının digər yaşayış məntəqələrində məskunlaşmışdır. 

Coğrafi mövqeyi — Kəlbəcər ərazisində Yura, Tabaşir, Paleogen, Neogen və Antropogen dövrlərinin çökmə, vulkanogen-çökmə və vulkan mənşəli süxurları yayılmışdır. Rayonun relyefi dağlıqdır və Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Gamışdağ (3724 metr) və Dəlidağdır (3616 metr). 

Rayon ərazisində Murovdağ silsiləsinin zirvələri olan Gamışdağ və Böyük Hinaldağ (3367 metr) yerləşir. Həmçinin Şahdağ, Şərqi Göyçə, Mıxtökən, Dəlidağ, Qarabağ silsilələrinin və Qarabağ vulkanik yaylasının bir hissəsi bu rayona daxildir. 

Ərazinin çox hissəsi meşəlikdir və meşələrin ümumi sahəsi 32 774 hektara yaxındır. Rayonda çimli dağ-çəmən, qəhvəyi və qonur dağ-meşə torpaqları yayılmışdır. Kəlbəcər rayonunun mərkəzi və şərq hissələrində enliyarpaq meşələr (palıd, fıstıq, vələs) və meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıq ərazilərdə isə alp və subalp çəmənlikləri mövcuddur. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir. 

Azərbaycanın ən böyük çaylarından biri olan Tərtər çayının yuxarı axarı və qolları (Lev çayı, Tutqun çayı), eləcə də Xaçınçay və Bazarçay öz mənbəyini rayon ərazisindən götürür. Böyük və Kiçik Alagöllər, Qaragöl, Zalxa gölü və Sərsəng su anbarı rayon ərazisində yerləşir. 

Kəlbəcər rayonu faydalı qazıntı yataqları ilə zəngindir. Burada qızıl, xrom, civə, qum, çınqıl, mişar daşı və mineral su yataqları mövcuddur. Sənaye əhəmiyyətli civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq yataqlarında yerləşir. 

İstisu mineral ehtiyatı və sanatoriyası — Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınmışdır. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində, silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə baş vermiş güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində əmələ gəlmişdir. 

İstisuda müalicə-istirahət zonasının yaradılması Sovet hakimiyyəti qurulduqdan sonra, 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Rayonun ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna və böyük təbii ehtiyatlarına görə seçilir. 

Kəlbəcərdəki İstisuyun kimyəvi analizi ilk dəfə 1927-ci ildə aparılmışdır. Bu mineral sularla insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. 

Kurort tikililəri 1920-ci illərin sonlarından inşa edilməyə başlanmışdır. 1951-ci ildə Yuxarı İstisuda vannalar, kurort xəstəxanası və mehmanxana tikilmişdir. 1980-ci illərdə isə İstisu bulağı üzərində iri kurort və sutkada 800 min litr su istehsal edən mineral sudoldurma zavodu inşa edilmişdir. İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Kəlbəcərə şöhrət qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq və Qotursu kimi müalicəvi və balneoloji təsirə malik mineral su yataqları da rayon ərazisində yerləşir. Bu yataqların ümumi istismar ehtiyatları gündə 3093 kubmetr təşkil edir. 

1993-cü ilin aprel ayında Kəlbəcərin erməni silahlı dəstələri tərəfindən işğal edilməsinə qədər İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 

İstisu dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. Buradan Göyçə gölünə olan məsafə 300 verst, Ağstafa dəmiryol stansiyasına olan avtomobil yolu isə 112 verst təşkil edir. Yevlax-Bərdə dəmir yolundan Tərtər və Ağdərə ərazisindən keçməklə İstisuya qədər olan məsafə 200 kilometrdir. Kəlbəcər şəhəri ilə İstisu arasındakı məsafə isə Tərtər çayı boyunca uzanan avtomobil yolu ilə 25 kilometrdir. 1940-cı ildə Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu və İstisu-Tərtər avtomobil yolları çəkilmişdir. 

İstisuyun elmi əhəmiyyəti və tərkibi — Azərbaycan təbiətinin tədqiqatçısı, akademik Mirəli Qaşqay bu bulaqlar haqqında belə demişdir: “Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə görə bu sular Çexiyada yerləşən və dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir, bəzi xüsusiyyətlərinə görə isə dünyada yeganədir.” 

O dövrün görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları tədqiq etdikdən sonra İstisuyun müalicəvi əhəmiyyətini Karlovı-Varı bulaqlarından da yüksək qiymətləndirmişdir. O, bu müalicə ocağının təkcə bu əraziyə, Azərbaycana və SSRİ-yə deyil, bütün dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu qeyd etmişdir. 

İstisuyun temperaturu 58,8 dərəcə Selsiyə (°C) qədər çatır. Ümumi mineralların miqdarı 6,7 qrama çatan 1 litr suyun tərkibi litium, brom, yod, mərgümüş (arsen), fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi elementlərlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Məlumatlara görə, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır və sudoldurma sexləri bunun cəmi 22 milyon litrindən istifadə edirdi. 

Kəlbəcər rayonu qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl və Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam və Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər şəhəri respublikanın paytaxtı Bakı şəhərindən 458 kilometr məsafədə, Tərtər çayı dərəsində yerləşir. 

İnzibati-ərazi bölgüsü — Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın formalaşması 4 milyon ildən artıq tarixi əhatə edən dördüncü geoloji dövrlə bağlıdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılmışdır. 

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır. 

Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq vardır. Bunların ən böyükləri Tirkeşəvənd, Kəlbəcər, Zar və digər kəndlərin ərazisində yerləşir. Bu qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə fərqlənən at, qoç, sandıq formalı qəbirüstü fiqurlar, başdaşıları və günbəzlərlə zəngindir. 

13-22 aprel 2009-cu il tarixlərində keçirilmiş əhalinin siyahıyaalınmasının rəsmi yekunlarına (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına) əsasən, rayon ərazisində hüquqi (de-yure) qeydiyyatda 80 769 nəfər əhali göstərilmişdir. Bu rəqəmə erməni milliyyətindən olan əhalinin təxmini sayı da daxil edilmişdir, rayonun faktiki (de-fakto) rəsmi qeydiyyatda olan əhalisinin sayı isə 50 987 nəfər olmuşdur. 

Dövlət Statistika Komitəsinin 2013-cü il məlumatına əsasən, rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla ümumilikdə 147 yaşayış məntəqəsi yerləşir. Bu yaşayış məntəqələri 1 şəhər, 1 qəsəbə və 44 kənd inzibati ərazi dairəsi olmaqla 46 inzibati ərazi dairəsinə daxildir. 1 yanvar 2013-cü il tarixinə olan məlumata əsasən, Kəlbəcər rayonunun əhalisi 53 962 nəfər təşkil etmişdir. 

Maddi-mədəni irsi — Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr mövcuddur. Bunlardan ən məşhuru Kəlbəcər rayonunun şərqində, rayon mərkəzindən 29 kilometr məsafədə yerləşən Xudavəng məbəd kompleksidir. "Xudadəng" də adlandırılan bu abidə kompleksi VI–VII əsrlərdə alban knyazı tərəfindən tikilmiş, XV əsrdə isə alban knyazlığının dini məbədi olmuşdur. Sonralar məbəd bir neçə dəfə təmir edilmiş, əlavələr olunmuş və alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilmişdir. Həsən Cəlalın həyat yoldaşı Minə Xatun bu qalada dəfn olunmuşdur. Onun anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşlar. Üstü günbəz formasında tikilmiş bu kompleksin inşasında ağac materialından da istifadə edilmişdir. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu rəsmlər və yazılar vardır. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindəki dərədə yığılaraq süxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir. 

Kəlbəcərdəki digər qədim alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu" və "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi dəyişikliyə uğramış formalarından birinin də Ağban olması istisna deyil. 

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarıdır. Soltan Heydər, Qurbağalı çay, Turşsu, Ayçınqıllı, Gəlinqayası, Böyükdəvəgözü, Sərçəli və digər ərazilərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçi təsvirlərindən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və digər elementlərdən ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin və mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: bir insan fiquru ayağının birini bir dairənin, digərini isə başqa bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. Güman edilir ki, bu təsvir insanın bir planetdən digərinə uçmaq arzusunu ifadə edir və insan fiqurunun ayağı altındakı dairələrdən biri Yer, digəri isə Ay hesab olunur. 

İşğal zonasında qalaraq erməni silahlı dəstələri tərəfindən dağıdılmış və işğal altına düşmüş tarixi abidələr bunlardır:

Vəng kəndi ərazisində alban məbədi; 

Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi); 

Qanlıkənd ərazisində Lök qalası; 

Qaraçanlı kəndində Uluxan qalası; 

Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi; 

Qalaboynu kəndində Qalaboynu qalası; 

Comərd kəndində Comərd qalası; 

Camışlı kəndində Keşikçi qalası; 

Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidlər; 

Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü;  

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi; 

Aşıq Şəmşir adına mədəniyyət evi; 

Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. 

Gəncəsər monastır kompleksi — Kəlbəcər rayonunun Vəngli kəndi ərazisində yerləşən Gəncəsər monastırı Qafqaz Albaniyası katolikoslarının iqamətgahı olmaqla yanaşı, alban knyazları Cəlalilərin və katolikosların türbəsi olmuşdur. 

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilmişdir. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan əvvəl müqəddəs yer sayılmış və ziyarətgah kimi istifadə olunmuşdur. XIII əsrdən XIX əsrədək Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. 

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların birsıralı otaqları birləşir. Kompleksin cənub qapısına yaxın yerləşən kilsənin əsasını 1216–1238-ci illər arasında alban knyazı Həsən Cəlal qoymuşdur. 

Bu abidənin inşaatında və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər dövrü memarlığının böyük təsiri olmuşdur. Onun həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də yüksək keyfiyyətli inşaatı Elxani dövlətinin iqtisadi gücünü əks etdirir. 

Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının mühüm mərhələsi olduğu kimi, Gəncəsər monastırı da ölkənin xristian memarlığının nadir nümunələrindən biridir. 1511-ci ildən etibarən Gəncəsər monastırı alban katolikoslarının iqamətgahı olmuşdur. 1836-cı ildə Rusiya imperatorunun fərmanı ilə Alban katolikosluğu ləğv edilmiş və alban kilsələri Eçmiədzin katolikosluğuna tabe etdirilmişdir. Bundan sonra alban dini abidələri erməni dini abidələri kimi təqdim edilməyə başlanmışdır. 

Erməni silahlı dəstələrinin işğalı altına düşən Gəncəsər monastırı ermənilər tərəfindən “Qanzasar” erməni monastır kompleksi adı ilə dünyaya təqdim olunmuşdur. 

Xudavəng monastır kompleksi — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində, Tərtər çayının sol sahilində yerləşən Xudavəng (və ya Dədəvəng) monastır kompleksi Azərbaycanın xristian memarlığının ən iri abidələrindən biridir. Rəvayətə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunmuşdur. Buna görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur. 

Kompleksdə əsas inşaat işləri XIII əsrdə alban knyazı Vaxtanqın dövründə aparılmışdır. Monastır kompleksinin tərkibində iyirmidən çox tikili və tikili qalıqları mövcuddur. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın həyat yoldaşı Arzu xatun tikdirmişdir. Uca günbəzi və böyük həcmi ilə bütün kompleksin əsas hissəsini təşkil edən Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının mühüm nümunələrindəndir. Ehtimal edilir ki, kilsənin daxili divarlarındakı freskaları Arzu xatun və onun qızları çəkmişlər. Kilsənin qərb və şimal baştağları daş üzərində incə oyma naxışlarla bəzədilmişdir. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən, bir-birinə bitişik 7 tikilidən ibarətdir. 

Kompleksin əsas binalarından biri Böyük Həsən kilsəsidir. Dini binalardan cənubdakı yamacda mülki tikililər, o cümlədən saray, yaşayış və təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan tikililər çoxəsrlik inşaat mədəniyyətini və orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini əks etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır. Həmin yazılarda qeyd olunan Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və digər adlar bu abidəni inşa edənlərin türk mənşəli olduğunu göstərir. Abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın görünür. 

Erməni silahlı dəstələrinin işğalı altına düşən və Azərbaycana məxsus olan alban Xudavəng monastır kompleksi erməni tədqiqatçıları tərəfindən erməni abidəsi kimi təqdim edilmişdir. 

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi — Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin həyəti 900 kvadratmetrdən artıq idi. Muzey bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan fonddan ibarət olmuşdur. 

Muzeyin xarici divarlarında 2037 rəng çalarına malik daşlardan istifadə edilmişdir. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, bəbir və çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və digər məişət əşyalarının daşdan hazırlanmış təsvirləri yerləşdirilmişdi. Muzeyin həyətində isə daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəli nümayiş etdirilirdi. 

Mütəxəssislər Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. Muzeyin fəaliyyət göstərdiyi dövrdə Bolqarıstan, Hindistan, Çin, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və digər ölkələrdən olan 150-dən çox alim muzeyin eksponatları ilə tanış olmuş və burada araşdırmalar aparmışdır. 

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərmiş, həmin vaxt erməni silahlı dəstələri tərəfindən məhv edilmişdir. Muzey eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmamışdır. 

Lev qalası — Kəlbəcər rayonunda yerləşən dağ qalaları içərisində ən böyüyü Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində, Lev çayının sağ sahilindən təxminən 600 metr məsafədə, meşəli uca dağ silsiləsinin üzərində salınmışdır. Üç tərəfdən sıldırım qayalar və uçurumlarla əhatə olunmuş qalanın dağ relyefinə uyğun uzunsov və mürəkkəb plan quruluşu vardır. Qalanın şimal-şərq ucundakı yeganə giriş qapısına yalnız şimal-qərb tərəfdəki dar cığırla qalxmaq mümkündür. 

Qalanın daxili uzunluğu 90 metrə yaxın, eni isə 3,5–4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir, yeganə qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. 

Qala daxilində tikinti qalıqları, qaya içində qazılmış su anbarları (su tutarları), ərzaq saxlama yerləri və digər tikililər qalmışdır. Lev qalası ətrafdakı dağlarda mövcud olan gözətçi qüllələri və kiçik müdafiə qalaları sisteminə daxil idi. Bu dağlardan biri zirvəsindəki qalanın funksiyasına uyğun olaraq Qaravul dağı adlanır. Qaravul dağından isə digər bir tarixi abidə olan Comərd qalası görünür. Lev qalası XIII–XIV əsrlərin abidəsidir və erməni silahlı dəstələrinin işğalı altına düşmüşdür. 

 

 

Davamı, növbəti səhifədə →   

Bölmə: Kəlbəcər | Əlavə etdi: Beynəlxalq_İnformasiya (02/04/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1589 | Etiketlər: Xudavəng, tarixi abidələr, Kəlbəcər, Gəncəsər | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org