|
Azərbaycan Respublikası Kəlbəcər rayonu Şahmat məktəbi — SSRİ dövründə tanınmış olan Kəlbəcər şahmat klubu 1950-ci ildə istifadəyə verilmişdir. Fəaliyyət göstərdiyi illərdə bu məktəbdə çoxsaylı idman yarışları, görüşlər və tədbirlər keçirilmişdir. Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında erməni silahlı dəstələri tərəfindən işğal edildikdən sonra şahmat məktəbinin binası tamamilə dağıdılmışdır. Arxeoloji abidələri Qayaüstü təsvirlər: İlk və Orta Tunc dövrünə aiddir, Qırmızı dağın ətəyində, İstisu qəsəbəsindən 20 kilometr məsafədə yerləşir; Yaşayış yeri: İlk və Orta Tunc dövrünə aiddir, İstisu qəsəbəsi ərazisində yerləşir; Dovşanlı nekropolu: Son Tunc və İlk Dəmir dövrünə aiddir, Dovşanlı kəndində yerləşir; Balıqaya nekropolu: Son Tunc və İlk Dəmir dövrünə aiddir, Sırxavənd kəndinin şərqində yerləşir; Zar mağara düşərgəsi: Paleolit dövrünə aiddir, Zar kəndinin qərb tərəfində yerləşir; Qəbiristanlıqlar: Orta əsrlərə aiddir, Qasapet kəndindən 5–6 kilometr məsafədə yerləşir; Şəhərgah: Orta əsrlərə aiddir, Maqavuz kəndinin yaxınlığında yerləşir. Memarlıq abidələri Lev qalası: XIII–XIV əsrlərə aiddir, Qanlıkənd kəndində yerləşir; Qırmızı məbəd: XIII əsrə aiddir, Çıldıran kəndində yerləşir; Qırmızı məbəd: XVII əsrə aiddir, Qozlu kəndində yerləşir; Qala: Çapar kəndində yerləşir; Qala: 1284-cü ilə aiddir, Vəngli kəndində yerləşir; Müqəddəs Yaqub kilsəsi: 635-ci ilə aiddir, Kolatağ kəndində yerləşir; Alban məbədi: 614-cü ilə aiddir, Kolatağ kəndində yerləşir; Alban məbədi: XII əsrə aiddir, Çıldıran kəndində yerləşir; Alban məbədi: X əsrə aiddir, Çormanlı kəndində yerləşir; Alban məbədi: XI əsrə aiddir, Çormanlı kəndində yerləşir; Alban məbədi: 500-cü ilə aiddir, Həsənriz kəndində yerləşir; Alban məbədi: 718-ci ilə aiddir, Qasapet kəndində yerləşir; Alban məbədi: Çapar kəndində yerləşir; Alban məbədi: 713-cü ilə aiddir, Dastaqir kəndində yerləşir; Alban məbədi: 698-ci ilə aiddir, Yayıcı kəndində yerləşir; Alban məbədi: 672-ci ilə aiddir, Yayıcı kəndində yerləşir; Xanabert qalası: Vəngli kəndində yerləşir; Məbəd: 1283-cü ilə aiddir, Həsənriz kəndində yerləşir; Məbəd: XIII əsrə aiddir, Vəngli kəndində yerləşir; Məbəd: Çapar kəndində yerləşir; Məbəd: Kiçan kəndində yerləşir; Məbəd: 1251-ci ilə aiddir, Bazarkənd kəndində yerləşir; Məbəd: 1881-ci ilə aiddir, Maxrataq kəndində yerləşir; Məbəd: Maxrataq kəndində yerləşir; Cerabert qalası: Qasapet kəndində yerləşir; Kilsə: 1668-ci ilə aiddir, Dovşanlı kəndində yerləşir; Kilsə: XVII əsrə aiddir, Dəvədaşı kəndində yerləşir; Kilsə: 1894-cü ilə aiddir, Qasapet kəndində yerləşir; Kilsə: 1898-ci ilə aiddir, Madagiz kəndində yerləşir; Kilsə: 1883-cü ilə aiddir, Maxrataq kəndində yerləşir; Ürək məbədi: 1279-cu ilə aiddir, Talış kəndində yerləşir; Comərd qalası: Pirilər kəndində yerləşir; Qalaboyun qalası: Qalaboyun kəndində yerləşir; Körpü: Zəylik kəndində yerləşir; “Xatırvank” məbədi: 1204-cü ilə aiddir, Qozlu kəndində yerləşir; Uluxan qalası: XVII əsrə aiddir, Qaraxançallı kəndində yerləşir. Bağ-park, monumental və xatirə abidələri Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi: 1976-cı ildə inşa edilmişdir, Kəlbəcər şəhərində, Azadlıq prospektində yerləşir. Dekorativ-tətbiqi sənət nümunələri (xalq daş-heykəltəraşlıq abidələri) Üzərində ərəb yazısı olan daş qoç fiquru: Orta əsrlərə aiddir, Zar kəndində yerləşir; Daş at fiquru: Orta əsrlərə aiddir, Zəylik kəndində yerləşir. Kəndlərin adları — Rayonun inzibati ərazi bölgüsünə aşağıdakı kəndlər daxildir: Kəlbəcər rayonunun inzibati ərazi dairəsinə Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı, Ağcakənd, Oruclu, Təzəkənd, Zağalar, Ağdaban, Bağırlı, Çayqovuşan, Almalıq, Laçın, Boyaqlı, Yuxarı Ayrım, Bağlıpəyə, Vəng, Başlıbel, Alırzalar, Çovdar, Xallanlı, Şahkərəm, Comərd, Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli, Çəpli, Zülfüqarlı, Çərəkdar, Mehmana, Çıldıran, Türkeşəvənd, Qalaboyun, Qaraxançallı, Yanşaqbinə, Alolar, Armudlu, Bəzirxana, Hacımalılar, İlyaslar, Dəvədaşı, Mehmana, Çıraq, Məmmədsəfi, Tövlədərə, Dalqılınclı, Barmaqbinə, Dərəqışlaq, Otaqlı, Otqışlaq, Daşbulaq, Alçalı, Allıkənd, Boyur, Dəmirçidam, Qanlıkənd, Bazarkənd, Dovşanlı, Hayad, Əsrik, Çobangərəhməz, Çorman, Tirkeşəvənd, Günəşli, Alçalı, Nəbilər, Hacıkənd, Başkənd, Heyvalı, Yayıcı, Həsənriz, İstibulaq, Ağdaş, Göydərə, Keşdək, Kərəmli, Kolatağ, Damğalı, Qamışlı, Bağırsaq, Keçiliqaya, Zərqulu, Böyükdüz, Vəngli, Zallar, Həsənlər, Zəylik, Kaha, Hopurlu, Qazıxanlı, Xoləzəy, İmanbinəsi, Tatlar, Qılınclı, Alçalı, Quzeyçikin, Qızılqaya, Çopurlu, Qozlu, Qozlukörpü, Lev, Mərcimək, Ağqaya, Mollabayramlı, Nadirxanlı, Narınclar, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Şaplar, Məmməduşağı, Soyuqbulaq, Taxtabaşı, Yenikənd, Təkəqaya, Babaşlar, Bozlu, Çormanlı, Qaragüney, Yanşaq, Yellicə, Təkdam, Zar, Şeyinli, Zivel, Şahmansurlu, Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Baş Qaraçanlı, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Yuxarı Oratağ, Aşağı Şurtan, Orta Şurtan, Yuxarı Şurtan, Aşağı Ayrım, Abdullauşağı, İmarət Qərvənd, Əli Bayramlı kəndləri daxildir. İşğal nəticələri və əhalinin məskunlaşması — Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni silahlı dəstələri tərəfindən işğal edilmiş, əraziləri tamamilə dağıdılmış və zəngin təbii sərvətləri talan edilmişdir. 1 avqust 2013-cü il tarixinə olan məlumata əsasən, rayonun əhalisi 71,1 min nəfər təşkil etmiş və Azərbaycanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdır: Gəncə şəhəri: 22,5 min nəfər; Daşkəsən rayonu: 14 min nəfər; Bakı şəhəri: 8,9 min nəfər; Goranboy rayonu: 7,8 min nəfər; Bərdə rayonu: 6,5 min nəfər; Göygöl rayonu: 5,6 min nəfər; Tərtər rayonu: 4,1 min nəfər; Yevlax rayonu: 4,0 min nəfər; Mingəçevir şəhəri: 3,4 min nəfər; Abşeron rayonu: 2,7 min nəfər; Samux rayonu: 1,4 min nəfər; Şəmkir rayonu: 1,3 min nəfər; Oğuz rayonu: 1,1 min nəfər; Digər 31 şəhər və rayon: 8,1 min nəfər. Ümumilikdə Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşamışdır.
Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarından, "Vikipediya" açıq ensiklopediyasının (Qarabağ və Kəlbəcər bölmələri), "Erməni vandalizmi" və "Virtual Qarabağ" internet resurslarından istifadə edilmişdir.
K. Ələkbərli |
|
|
| |
| Baxılıb: 1488 | | |
| Ümumi Şərhlər: 0 | |