"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ AXŞAMI, 17/11/2026, 23:33
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Xocalı rayonu - 26.02.1992 (davamı...)

← Əvvəlki səhifəyə qayıt

VANDALİZM

Azərbaycan Respublikası Xocalı rayonu

Xocalı soyqırımı zamanı şahidlərin xatirələri — Fotoşəkil və ya arxiv qeydi: 1992-ci ildə Bakı Dəmiryol Stansiyasına qatarla Xocalı soyqırımında ölən və yaralananların gətirilməsi. Həlak olanlar təcili tibbi yardım maşınları ilə aparılırdı. 

Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch" (Human Rights Watch) təşkilatına söylədikləri: 

“Kütlə öldürülməyə başladığı zaman insanlar geri çevrildi və müxtəlif istiqamətlərə qaçmağa başladı. Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım və üzərlərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq.” 

Sonradan əsir götürülən gənc azərbaycanlı qadının "Helsinki Watch" təşkilatına dedikləri: 

“Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.” 

Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dedikləri: 

“Tank atəş açmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən yerə səpələnmiş meyitlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.” 

Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dedikləri: 

“Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüzə yaxın olardı, saymağa cəhd etmədim. Bu sahədə mən yaralandım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Bu zaman güllə mənim qarnıma dəydi. Onların haradan atəş açdığını görürdüm. Sahədə olan digər meyitləri də gördüm. Onlar yenicə öldürülmüşdülər, dərilərinin rəngi hələ dəyişməmişdi.” 

Xocalı soyqırımı şahidi, 50 yaşlı Baloğlan Allahyarovun dedikləri: 

“Naxçıvanikə səhər saat 8:00-da çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən — meşədən atəş açırdılar. Sonra biz bu sahədən həyat yoldaşımın və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən vurulmuşdular. Baldızım üç yerdən — baş, qarın və ayaq nahiyəsindən vurulmuşdu. Həyat yoldaşıma isə arxadan atəş açılmışdı. Ermənilər onların üzüklərini çıxarıb götürmüşdülər.” 

Səhər saat 8:00-da sol ayağından güllə yarası alan Xocalı soyqırımı şahidi Nazilə Əhmədovanın dedikləri: 

“Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqlarımı rahatlamaq üçün ayağa qalxdım və mən də yaralandım. Xeyli sayda insanın yaralandığını gördüm və iməkləyərək onlardan aralanmalı olduq. Yaralandıqdan sonra yanımdan keçən bir çox insanı görmədim; onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda qaldım. Sonra Xalq Cəbhəsinin üzvləri gəldi və mənə çıxmağa kömək etdilər.” 

Təsviri incəsənətdə — Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının Xocalı faciəsinə və Xocalı soyqırımının qurbanlarına həsr olunmuş bir çox əsərləri saxlanılır. 

Rəngkarlıq və qrafika əsərlərinə misal olaraq aşağıdakıları qeyd etmək olar: 

Mais Ağabəyov - "Xocalı faciəsi"; Bəyim Hacızadə - "Xocalı", "Ömrünün axırıncı dəqiqəsi"; Fərman Qulamov - "Azadlığa doğru", "Xeyir və Şər"; Rafael Muradov - "Qaçqınlar"; Həmzə Abdullayev - "Yandırılmış Vətən. Qaçqınlar", "Xocalı. Güllələnmiş insanlar"; Sirus Mirzəzadə - "Xocalı"; Nazim Məmmədov - "Vətənpərvər qız", "Xocalının son günü"; Məmməd Orucov - "Xocalı qaçqınları"; Eldar Babazadə - "Axırıncı döyüşçü", "Ana fəryadı"; Arif Hüseynov - "Xocalı"; Rövşən Məmmədov - “Xocalı soyqırımı”; Bayram Qasımxanlı - "Faciələrimiz" (triptix); Əşrəf Heybət - "Xocalı faciəsi"; Nəriman Məmmədov - "Qarabağ süitası" (silsiləsi); Məmməd Rəşidov - "Haray". 

Heykəltəraşlıq nümunələrindən isə Xanlar Əhmədovun "Ana körpəsi ilə", "Qoca", "Torpaqlarımız uğrunda", Sahib Quliyevin "Soyqırım" və Zakir Əhmədovun "Çingiz Mustafayev" əsərlərini qeyd etmək olar. 

Rəssam Rza Avşar Xocalı faciəsi mövzusunda iki əsər çəkmişdir. Faciədən az sonra yaradılmış bu əsərlər "Xəzər" jurnalında çap olunmuşdur. 90x125 santimetr ölçülü "Xocalı" adlı əsər yağlı boya ilə çəkilmişdir. Tabloda qara və bozumtul fon aparıcıdır. Xocalı şəhərinin üzərini qara buludlar almışdır və səma göylərə yüksələn insan fəryadları ilə doludur. Uzaqlarda səmanın aydınlığı görünsə də, qara fon üstünlük təşkil edir, şəhərin mənzərəsində isə qan və alov hakimdir. 

Rəssamın həmin ildə çəkdiyi digər əsər "Ekstremist" adlanır. Təxminən "Xocalı" əsəri böyüklüyündə olan bu tabloda insan sifətinə bənzəməyən, acgöz dişləri qabaran, qara sifətli, vəhşi və caynaqlı mifik bədheybət obrazı təsvir edilmişdir. Bu obraz təcavüzkar erməni xislətinin rəssamlıqda ifadəsi kimi qəbul edilir. 

Xocalı mövzusunda ən diqqətçəkən plakatlardan biri Vaqif Ucatayın əsəridir. Həmin plakatda uşağın qarnına qılınc saplandığı və qanın hər tərəfə töküldüyü təsvir olunmuşdur.   

Əsgəran qalası — Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşən və Şuşadan 24 kilometr məsafədə olan Əsgəran qalası dağlıq relyefə və Qarqarçayın enli yatağına uyğun ikihissəli quruluşa malikdir. 

Tarixçi Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ” əsərində yazır ki, İbrahim xanın 1787-ci ildə tikdirdiyi bu qala xanlığın paytaxtı Şuşa şəhərinə şərqdən olan düşmən basqınlarının qarşısını almaq məqsədilə inşa edilmiş və burada piyada qoşun yerləşdirilmişdir. 

Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son nümunəsi saymaq olar. Qalanın gözəl və qeyri-adi landşafta malik ərazidə salınması, həmçinin ağır və bütöv divar həcmlərinin ətraf təbiətlə üzvi bağlılığı onun memarlığına son dərəcə təsirli görünüş verir. 

Xocalı türbəsi — XIV əsrə aid abidələrdən biri də Xocalı kurqanları sahəsində, yonulmuş ağ daşlardan tikilmiş Xocalı türbəsidir. Abidənin on iki bucaqlı quruluşda olması və giriş qapısının çox qabarıq, lakin sadə daş üzərində oyma ornamentlə işlənməsi onu dövrün digər abidələrindən xeyli fərqləndirir. Xocalı türbəsinin daş üzlükləri qopub töküldüyündən onun xarici görünüşü qeyri-adi bir şəkil almışdır. 

Kinoda — Azərbaycan kinematoqrafiyasında Xocalı soyqırımına "Haray", "Günəşin batdığı yer", "Xoca" və "Qırmızı qar" filmləri həsr olunmuşdur. Xocalı soyqırımına həsr edilmiş ilk Avropa filmi isə 2012-ci ildə Litva jurnalisti Riçardas Lapaytis tərəfindən çəkilən "Sonu olmayan dəhliz" sənədli filmidir. Rejissor Mərahim Fərzəlibəyov "Qara Yanvar" (20 Yanvar) faciəsi ilə müqayisədə Xocalı mövzusu ilə bağlı dramaturji materialın azlığını qeyd etmişdir. 

Musiqidə — Xocalı soyqırımı haqqında bir sıra mahnılar və musiqi kompozisiyaları bəstələnmişdir.  

Bunlardan aşağıdakıları qeyd etmək olar: 

Pyer Tilloy — "Xocalı 613" musiqi pyesi; 

Aleksandr Çaykovski — "Khojaly Requiem" (Xocalı rekviyemi); 

Nəriman Məmmədov — "Xocalı" (7 saylı simfoniya); 

Elnarə Dadaşova — "Xocalı laylası"; 

"Dəyirman" qrupu və Toni Blekmen — "Justice for Khojaly" (Xocalıya ədalət); 

Qaraqan — "Xocalı"; 

Nigar Camal — "Broken Dreams" (Sınmış arzular). 

Abidələr — Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidə ucaldılmışdır. Xocalı soyqırımına həsr olunmuş ilk abidə 1993-cü ildə Bakıda inşa edilsə də, 2008-ci il fevralın 26-da həmin abidənin yerində yeni "Ana harayı" adlı abidə ucaldılmışdır. 2011-ci ildə abidənin postamenti 3 metr hündürləşdirilmiş və qara qranitdən yenidən qurulmuşdur. 

Dünyanın müxtəlif şəhərlərində ucaldılan abidələr aşağıdakılardır: 

2008-ci il fevralın 24-də Avropada Xocalı soyqırımına aid ilk abidə Niderlandın (Hollandiyanın) Haaqa şəhərində ucaldılmışdır; 

2011-ci il mayın 30-da Almaniyanın paytaxtı Berlində, Şteqlits-Selendorf inzibati dairəsində yerləşən Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır; 

2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində abidə açılmışdır; 

2012-ci il avqustun 23-də Şimali Amerikada soyqırıma aid ilk abidə Meksikanın Mexiko şəhərində tikilmiş və meydanın adı Tlakskoake-Xocalı adlandırılmışdır; 

Türkiyədə Xocalı soyqırımına aid ilk abidə 2014-cü il martın 28-də Ankarada ucaldılmışdır. Həmçinin Türkiyənin İzmit, İzmir, Uşak, Dənizli və Sakarya şəhərlərində də Xocalı soyqırımının xatirəsinə abidələr yerləşir. 

Hazırda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul etmişdir. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. 

Beynəlxalq hüquqa görə məsuliyyət — 2003-cü il fevralın 15-də Xocalı qaçqınları Birləşmiş Millətlər Təşkilatına (BMT), Avropa Şurasına və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) müraciət etmişlər. Müraciətin əsas məqsədi 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri bu nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi. 

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.  

Məhkəmənin həmin qərarında aşağıdakılar qeyd olunur: 

“Müstəqil mənbələrdən əldə olunan hesabatlar göstərir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının ələ keçirilməsi zamanı etnik azərbaycanlılardan ibarət yüzlərlə mülki sakin ələ keçirilən şəhəri tərk etməyə cəhd edərkən şəhərə hücum edən erməni silahlıları tərəfindən öldürülmüş, yaralanmış və girov götürülmüşdür.” 

Mədəniyyət və ictimai aksiyalar — Xocalıda dulusçuluq və daş üzərində işləmə sənəti daha çox inkişaf etmişdi. Rayonda sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin sayı isə 80 olaraq qeyd olunmuşdur. 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumlarında, gənclər təşkilatlarında və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün media, internet və canlı tədbirlər də daxil olmaqla müxtəlif kommunikasiya vasitələrindən fəal şəkildə istifadə edir. 

2012-ci il fevralın 26-da İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200 000 nəfərin iştirak etdiyi saatlarla davam edən aksiyada "Hamımız Xocalılıyıq" (türk. Hepimiz Hocalılıyız, ing. We are all from Khojaly) şüarları səsləndirilmişdir. 

Həmin il Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində Nyu-York şəhərinin ən böyük dəmiryol vağzalı olan “Penn Station”-da, vağzalın giriş-çıxış qapılarında və metro stansiyalarında xüsusi posterlər yerləşdirilmişdir. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər asılmışdır. Vaşinqton şəhərində isə 400-dən çox metro qatarında, 95 metro stansiyasında və “Capitol Hill” istiqamətinə gedən avtobuslarda posterlər yerləşdirilmişdir. Azərbaycanda Xocalı soyqırımına həsr olunmuş poçt markası da buraxılmışdır. 

Ədəbiyyat — Bədii ədəbiyyatda Xocalı soyqırımına çoxlu sayda əsər həsr olunmuşdur. 

Xocalı soyqırımına həsr olunmuş nəsr əsərlərindən aşağıdakıları qeyd etmək olar: 

Polad İlyas — "Xocalı fəryadı"; 

Elxan Elatlı — "Cəhənnəmdən gələn səs" romanı; 

İnqilab Xan Rəvan — "Xocalı faciəsi" romanı. 

Xocalı soyqırımına həsr olunmuş şeirlərdən isə bunları qeyd etmək olar: 

Söhrab Tahir — "Xocalı qırğını"; 

Hikmət Ziya — "Xocalı müsibəti"; 

Fikrət Qoca — "Hər gecə Xocalıda"; 

Aslan Kəmərli — "Əldən gedir"; 

Zəlimxan Yaqub — "Xocalım, layla"; 

Əli Vəkil — "Dördlüklər"; 

Fəridə Hacıyeva — "Xocalım hey!"; 

Şərif Ağayar — "Xocalı! Səni dünyaya hayqıra bilmədik"; 

Məhəmməd Aranlı — "Xocalı"; 

Nurəngiz Gün — "Xocalı simfoniyası: rekviyem"; 

Nüsrət Kəsəmənli — "Xocalı"; 

Paşa Qəlbinur — "Cahad"; 

Rafiq Hümmət — "Şəhid nəğməsi"; 

Zeynal Vəfa — "Əsgər andı". 

Bundan əlavə, 2016-cı ildə İsraildə Xocalı soyqırımı ilə bağlı "AĞRI" romanı nəşr edilmişdir. Romanın müəllifləri Əmir və Arye Qutdur. 

Tarixi və mədəniyyət abidələri — Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə XIV əsrə aid türbə, 1356–1357-ci illərə aid dairəvi türbə, eləcə də ətrafında Son Tunc və İlk Dəmir dövrünə aid nekropol, kurqan çölü və digər abidələr vardır. 

XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı Son Tunc və İlk Dəmir dövrünə (e.ə. VIII–VII əsrlərə) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluqları, balta-təbərzin), tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Həmçinin buradan qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və digər materiallardan hazırlanan bəzək əşyaları tapılmışdır. Ərazidə çoxlu sayda qoç və yəhər formalı qəbir daşları, Seyid Cəlalın ocağı və Cahan nənənin ocağı kimi müqəddəs ziyarətgahlar mövcuddur. 

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası yerləşir. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. İki istehkamdan ibarət olan qalanın sağ sahildəki bürcü ikiqat daş divarlardan ibarətdir, sol sahildəki qala isə dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. 

Rayonun digər yaşayış məntəqələrindəki abidələr aşağıdakılardır: 

Kərkicahan qəsəbəsi — Burada 3 qəbiristanlıq var. Qəsəbədə XIV əsrə aid yazıları olan qəbirlər, "Kilsəli" adlanan yerdə Alban kilsəsi, 800 il əvvələ aid müsəlman qəbiristanlığının qalıqları və Alban pir-ocaqları mövcuddur; 

Kosalar kəndi — Kənd ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər yerləşir; 

Meşəli kəndi — Kəndin ərazisində, Meydan yaylağında müqəddəs ziyarətgah olan "Seyid qəbri" və "Yeddi kilsə" (Alban kilsəsi) yerləşirdi. Bütün bu abidələr ermənilər tərəfindən dağıdılmışdır. Bundan əlavə, ərazidə daha 4 yerdə Alban kilsəsi mövcud idi. 

İşğaldan əvvəl Xocalı rayonu ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, eramızın XIV əsrinə aid edilən səkkizguşəli günbəz və türbələr mövcud olmuşdur. Həmçinin burada əsasən Son Tunc və Erkən Dəmir dövrünə (e.ə. XIII əsrdən VII–VI əsrə kimi) aid edilən Xocalı abidələr kompleksi yerləşirdi. Bu kompleksə 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (qalaçalar), nekropollar, menhirlər (5–10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr və daş qutular daxil idi. 

Ermənilər tərəfindən dağıdılmış abidələr haqqında — 1991-ci il mayın 28-də Xocalı şəhərində keçirilmiş tədbirdə Xocalı rayonunun rəhbər işçiləri və fəalları iştirak etmişdilər ki, onların da əksəriyyəti Xocalı soyqırımı zamanı həlak olmuşdur. 

Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni və dini abidələri, şəhər və kəndləri, eləcə də iqtisadi bazaları dağıdılmışdır. 

Dağıdılan obyektlərə aşağıdakılar daxildir: 

Xocalı şəhərinin ən qədim tarixi abidələri və qəbiristanlıqlar; 

Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar və dini abidələr (məsələn, Meşəlidəki "Seyid qəbri" və s.); 

1 şəhər, 1 qəsəbə və 8 kənd; 

2495 yaşayış evi; 

31 sənaye obyekti və 15 kənd təsərrüfatı obyekti; 

20 təhsil və 14 səhiyyə müəssisəsi; 

56 mədəniyyət və 5 rabitə obyekti. 

Erməni işğalı nəticəsində dağıdılmış mədəni abidələr: 

Daş qutu nekropolu — Tunc dövrü (Xocalı şəhəri, Əsgəran dağı); 

Nekropol — İlk Tunc və Orta Tunc dövrü (Xankəndidən cənubda); 

Xocalı kurqanları — İlk Tunc və Dəmir dövrü (Xocalı rayonu); 

Küp qəbirləri nekropolu — İlk orta əsrlər (Xankəndinin ərazisində); 

Kurqan — Dəmir dövrü (Xankəndi yaxınlığında); 

Xocalı Məbəd Yeri — 50 hektar sahədə 100 məbədi əhatə edir; 

Xankəndi kurqanları — Tunc dövrü (Xankəndidən şimalda); 

Xaçınçay nekropolu — İlk Tunc və Orta Tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə); 

Küp qəbirləri nekropolu — Tunc dövrü (Armudlu kəndindən 2 km aralı, İlis kəndinə tərəf); 

Kurqan — Tunc dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində); 

Daş qutu nekropolu — Dəmir dövrü (Armudlu kəndi, qəbiristanlığın yaxınlığında); 

Köhnə qəbiristanlıq — Tunc dövrü (Çanaqçı kəndi); 

Daş qutu nekropolu — Dəmir dövrü (Saruşen kəndi); 

Daş qutu nekropolu — Dəmir dövrü (Saruşen kəndi, dağın ətəyində); 

Dairəvi məbəd — 1356–1357-ci illər (Xocalı şəhəri);   

Türbə — XIV əsr (Xocalı şəhəri). 

Digər dağıdılmış və zərər görmüş abidələr: 

Alban məbədi — 1100-cü il (Çanaxçı kəndi), 1065-ci il (Çanaxçı kəndi), 905-ci il (Şuşa kəndi), 1122-ci il (Xansıx kəndi), 1100-cü il (Xaçmaz kəndi), 1202-ci il (Armudlu kəndi); 

Xocalı məqbərəsi — XIV əsr; 

Qala — X əsr (Maşxmaat kəndi); 

Qırxlar qalası — orta əsrlər (Badara kəndi); 

Məbəd kompleksi — VII əsr (Badara kəndi); 

Qala — IX əsr (Daşbaşı kəndi); 

Əsgəran qalası — XVIII əsr (Əsgəran qəsəbəsi); 

Aslan qalası — IX əsr (Anabert kəndi); 

Məbəd — XIII əsr (Xanabad kəndi); 

Dini abidələr — Meşəlidəki “Seyid qəbri”; 

Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar. 

Coğrafi mövqeyi — Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür zirvələri Qızqala (2843 m) və Qırxqız (2827 m) dağlarıdır. Dağlıq ərazilər istisna olmaqla, rayonun iqlimi mülayim-istidir. Yüksək dağlıq ərazilər subalp və alp çəmənlərindən ibarətdir. Rayonun əsas çayları Badara və Qarqardır. Ərazidə dağ-meşə və dağ-çəmən torpaqları yayılmışdır. Rayon ərazisinin təxminən 40%-i fıstıq, cökə, ağcaqayın, qaraağac və digər ağac növləri ilə zəngindir. 

İdmanda anım — 2011-ci il fevralın 26-da Təbrizin "Traktor Sazi" və Tehranın "İstiqlal" komandaları arasında keçirilən futbol oyunu zamanı "Traktor Sazi" tərəfdarları "Səhənd" stadionunda Dağlıq Qarabağın işğalına etiraz etmiş və Xocalı soyqırımı şəhidlərinin xatirəsini anmışlar. Onlar stadionda "Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar" şüarını səsləndirmişdilər. 

2014-cü il fevralın 24-də İspaniyanın "Atletiko Madrid" klubu, eləcə də həmin klubun və Türkiyə milli futbol komandasının oyunçusu Arda Turan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişdir. 

Milli Qəhrəmanlar və jurnalistlərin rolu — Azərbaycanda Xocalı soyqırımının dünyaya çatdırılması və işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısamüddətli hərbi jurnalistlik fəaliyyətində ən mühüm xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. 

Xocalının müdafiəsində Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov isə erməni polkovnik Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. 

 

Bu məqalənin hazırlanmasında Dövlət Statistika Komitəsinin məlumatlarından, həmçinin "Wikipedia Qarabağ", "tarix.info" və "erməni vandalizmi" internet resurslarından istifadə edilmişdir. 

 

 

K. Ələkbərli
Baş redaktor

Bölmə: Xocalı | Əlavə etdi: Beynəlxalq_İnformasiya (26/02/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1083 | Etiketlər: erməni vandalizmi, tarixi abidələr, Xocalı faciəsi, Xocalıya ədalət | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org