"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 19/11/2026, 23:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Laçın rayonu - 18.05.1992 (davamı...)

← Əvvəlki səhifəyə qayıt

VANDALİZM

Azərbaycan Respublikası Laçın rayonu

Laçın Rayonunun Memarlıq və Tarixi Abidələrinin Siyahısı — Laçın rayonunun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi qeydə alınmışdır. Rayonun kəndləri üzrə əsas memarlıq və arxeoloji abidələrin siyahısı aşağıdakı kimidir: 

Abdallar (Bəylik) kəndi ərazisində: Həkəri çayı üzərində ikitağlı körpü (XVII–XVIII əsrlər), Dəmir dövrünə aid daş qutu qəbirlər və qədim qəbiristanlıq; 

Alxaslı kəndi ərazisində: Qədim məbəd və sovmə (XIII–XVI əsrlər), Gavur qala abidəsi (XIII–XVI əsrlər), Orta əsrlərə aid qara dam tikilisi; 

Aşağı Fərəcan kəndi ərazisində: Qədim məbəd (X əsr), Fərəcan–Güləbird yolunda yerləşən orta əsrlərə aid körpü, Orta əsrlərə aid qara dam tikilisi və qədim qəbiristanlıq; 

Bozlu kəndi ərazisində: Qədim qəbiristanlıq, Xaçın yalı ərazisində yerləşən Xaçın daşı abidəsi (XV əsr); 

Cicimli kəndi ərazisində: Məlik Əjdər türbəsi (XII–XIII əsrlər), "Kar günbəz" türbəsi (XVII əsr), Orta əsrlərə aid "Çoban daşı" abidəsi, qara dam tikilisi və qədim qəbiristanlıq; 

Əhmədli kəndi ərazisində: Qədim məbəd və "Vəng" qəbiristanlığı (XVII əsr), Orta əsrlərə aid sovmə, Seyid Əmir körpüsü (1970-ci il); 

Ərikli kəndi ərazisində: Qarasaqqal türbəsi və Araxış türbəsi (XVI əsr), X–XI əsrlərə aid sovmə, Orta əsrlərə aid üç ədəd qara dam tikilisi və qədim qəbiristanlıq; 

Güləbird kəndi ərazisində: "Qız qəbri" abidəsi (XV əsr) və dəmir dövrünə aid "Qız qəbri" kurqanı, Bayatı ustadı Sarı Aşığın qəbri, Orta əsrlərə aid su dəyirmanı, qara dam tikilisi və qədim qəbiristanlıq; 

Hacılar kəndi ərazisində: Antik dövrə aid qala, Tarixi bulaq abidəsi və qədim qəbiristanlıq; 

Hacısamlı kəndi ərazisində: Qədim sovmə (XV əsr), Orta əsrlərə aid qara dam tikilisi; 

Hoçaz kəndi ərazisində: Qədim məbəd (XI–XV əsrlər), Antik dövrə aid mağara məbəd, VI–VII əsrlərə aid sovmə, Orta əsrlərə aid qara dam tikilisi; 

Korcabulaq kəndi ərazisində: Qədim məbəd, Orta əsrlərə aid qara dam tikilisi; 

Kosalar kəndi ərazisində: Ağoğlan qəsr kompleksi (IX–XV əsrlər), Həkəri çayının sağ sahilində yerləşən Ağoğlan monastırı (V–VI əsrlər), Qədim qəbiristanlıq; 

Laçın şəhəri ərazisində: Böyük Vətən müharibəsində (1941–1945) həlak olanların xatirə kompleksi, 1924-cü ildən sonra inşa olunmuş müxtəlif körpülər, bulaqlar və abidə kompleksləri; 

Malıbəy kəndi ərazisində: Qədim qəbiristanlıq;  

Malxələf kəndi ərazisində: Xəlifə türbəsi (XVII əsr), Orta əsrlərə aid Sınıq körpü və qara dam tikilisi, Qədim qəbiristanlıq; 

Minkənd kəndi ərazisində: XIV–XVII əsrlərə aid qədim məbəd, XVI əsrə aid sovmə, Minkənd çayından keçən ikitağlı körpü (XV əsr), Abaxeyir ərazisində yerləşən birtağlı körpü, Orta əsrlərə aid su dəyirmanı; 

Mirik kəndi ərazisində: XIII–XVI əsrlərə aid qədim məbəd, Antik dövrə aid qala və XV əsrə aid qala abidəsi, XVI əsrə aid sovmə, Behbudalı bulağı (XVIII əsr), "Qaranlıq kaha" mağarası, 1970-ci ilə aid körpü, Orta əsrlərə aid iki ədəd qara dam tikilisi, evdamı və su dəyirmanı; 

Mişni kəndi ərazisində: Tarixi körpü, Orta əsrlərə aid qara dam tikilisi; 

Pircahan kəndi ərazisində: Gavur qala abidəsi (Antik dövr / XI əsr), Pircahançay üzərində yerləşən Məşədi Mehralı körpüsü, Orta əsrlərə aid körpü, bulaq və qara dam tikilisi; 

Piçənis kəndi ərazisində: XIV–XVII əsrlərə aid qədim məbəd, Qara Murtuza türbəsi, Alməmməd-1 türbəsi, Alməmməd-2 türbəsi və Cəbrayıl bəy türbəsi, Orta əsrlərə aid sovmə, sənduqə və iki ədəd qara dam tikilisi; 

Qaraşaqlı (Qarasaqqal) yaylağı ərazisində: Mağara qala abidəsi; 

Qaragöl və ətraf ərazilər: Qaragöl yaylağında yerləşən XVI əsrə aid məscid və qəbiristanlıq; 

Qarakeşdi kəndi ərazisində: XIII–XVI əsrlərə aid sovmə; 

Qarıqışlaq kəndi ərazisində: XI əsrə aid qədim alban məbədi (Dəmirovlu Pir məbədi), XVI–XVII əsrlərə aid iki məscid binası, XVII–XVIII əsrlərə aid iki sovmə abidəsi, Tarixi qala və orta əsrlərə aid su dəyirmanı; 

Qatos kəndi ərazisində: Orta əsrlərə aid sovmə və qara dam tikilisi; 

Qalaça kəndi ərazisində: Orta əsrlərə aid su dəyirmanı; 

Qorçu kəndi ərazisində: XVI əsrə aid qədim məbəd və sovmə, Orta əsrlərə aid iki ədəd qara dam tikilisi; 

Quşçu kəndi ərazisində: Uşaq qalası (XV əsr), Sadınlar qalacığı / Qalacıq (Antik dövr / XV əsr), Böyük bulaq (1858-ci il) və Korca bulaq (1890-cu il), Orta əsrlərə aid (qara dam, evdamı, su dəyirmanı, Pir abidəsi və Dəmirovlu piri sovməsi); 

Sadınlar kəndi ərazisində: Kəndin mərkəzində yerləşən məbəd (X–XVII əsrlər); 

Seyidlər kəndi ərazisində: Pircançay üzərində yerləşən birtağlı qədim körpü, XVII əsrə aid tarixi bulaq, Orta əsrlərə aid su dəyirmanı və qara dam tikilisi, həmçinin qədim qəbiristanlıq; 

Sonasar kəndi ərazisində: XV–XVII əsrlərə aid sovmə, Orta əsrlərə aid qara dam tikilisi; 

Soyuqbulaq kəndi ərazisində: Qədim məbəd və orta əsrlərə aid sovmə, Orta əsrlərə aid iki ədəd qara dam tikilisi və bir türbə, Soyuqbulaq adlanan tarixi bulaq abidəsi; 

Sultanlar (Hüsülü) kəndi ərazisində: Həmzə Sultan sarayı / Soltan Əhməd sarayı (1730–1761-ci illər), XIV əsrə aid qədim qəbiristanlıq; 

Sus kəndi ərazisində: XVII əsrə aid tarixi bulaq, Orta əsrlərə aid qara dam tikilisi; 

Şəlvə kəndi ərazisində: Qədim məbəd və XVII əsrə aid sovmə, Orta əsrlərə aid qara dam və evdamı tikililəri; 

Şeylanlı kəndi ərazisində: Qədim birtağlı körpü və ikitağlı körpü, Orta əsrlərə aid körpü və qara dam tikilisi; 

Vağazin kəndi ərazisində: Qədim məbəd; 

Varazuğun qışlağı ərazisində: XI–XV əsrlərə aid Varazqun alban məbədi, Qədim mağara məbəd; 

Zabux kəndi ərazisində: XVIII əsrə aid ikitağlı körpü (1988-ci ildə dağıdılmışdır), Sümüklü qəbiristanlığı və XVI əsrə aid Xallanlı qəbiristanlığı; 

Zeyvə kəndi ərazisində: Soltanbaba türbəsi (XVIII əsr), Şeyx Əhməd türbəsi (XVIII əsr), XVII–XVIII əsrlərə aid daha bir türbə, Kafir-qala abidəsi və qədim qəbiristanlıq; 

Ziyrik kəndi ərazisində: Rizvan meşəsində yerləşən dəmir dövrünə aid kurqan; 

Kişpəyə ərazisində: Bülövlük ərazisində yerləşən Qaratel Paşabəy qızı türbəsi, Bülövlükdə yerləşən sovmə abidəsi; 

Araflı ərazisində: Murtuza bəyin anasının türbəsi. 

Laçın rayonunun maddi-mədəni iris — Rayonunun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi qorunub saxlanmışdır. Bu irsə onlarla kurqan, qala tipli arxeoloji obyektlər, çoxlu sayda qəbirüstü abidə, stellalar, at və qoç fiqurları, həmçinin süjetli daşlar daxildir. 

Bu ərazidəki abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün irsidir. Laçında olan Qafqaz Albaniyası dövrünə aid abidələrin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aid edilir. Bölgənin mürəkkəb relyefi və sərt iqlim şəraiti çay keçidlərində və yolların keçilməz hissələrində körpülərin inşasını zəruri etmişdir. Həmin tarixi keçidlər əsasən birtağlı və ya ikitağlı körpülərdən ibarətdir. 

Rayonun işğala qədərki infrastrukturu və müəssisələri — Laçın rayonunda işğaldan əvvəl aşağıdakı infrastruktur obyektləri və müəssisələr mövcud olmuşdur: 

Nəqliyyat və yollar: 1 ədəd avtovağzal, 82 ədəd avtobus dayanacağı və 2130 kilometr uzunluğunda avtomobil yolları; 

Körpülər və su təchizatı: 92 ədəd körpü, 1187 kilometr uzunluğunda su kəməri və 33 ədəd su anbarı; 

Kommunal xidmətlər: 15 kilometr uzunluğunda mərkəzi kanalizasiya xətti, 20 kilometr uzunluğunda istilik şəbəkəsi, 14 ədəd hamam və cəamaşırxana binaları; 

Enerji və rabitə: 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 kilometr uzunluğunda elektrik hava xətləri, 498 kilometr uzunluğunda qaz kəməri, 10 200 kilometr uzunluğunda radio-telefon kommunikasiya xətləri, həmçinin 3 ədəd televiziya stansiyası və ötürücüləri; 

Mədəniyyət və səhiyyə: 217 ədəd mədəniyyət müəssisəsi və 142 ədəd səhiyyə obyekti; 

Təhsil müəssisələri: 100 ədəd ümumtəhsil məktəbi, 5 ədəd məktəbəqədər təhsil müəssisəsi, 5 ədəd musiqi məktəbi, 1 ədəd internat məktəbi və 1 ədəd orta texniki peşə məktəbi; 

Dövlət və rabitə obyektləri: 133 ədəd idarə və müəssisə, həmçinin 1 ədəd rabitə müəssisəsi. 

Laçında toxuculuq sənəti — Laçın ərazisində toxuculuq sənəti yüksək dərəcədə inkişaf etmişdi. Bölgədə yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun və fərməş kimi nümunələr özünəməxsus bədii xüsusiyyətləri ilə fərqlənirdi. Dünyada rəsmi olaraq "Qasımuşağı" adı ilə tanınan xalça növünün yaranması və formalaşması məhz bu bölgənin adı ilə bağlıdır. 

Laçın Rayonunun Arxeoloji Abidələrinin Siyahısı — Laçın rayonunun ərazisində arxeoloji baxımdan böyük əhəmiyyət kəsb edən onlarla kurqan, qədim yaşayış məskəni və tarixi məzarlıq qorunub saxlanmışdır. Kəndlər üzrə qeydə alınmış əsas arxeoloji abidələrin siyahısı aşağıdakı kimidir: 

Abdallar kəndi ərazisində: Dəmir dövrünə aid qədim qəbiristanlıq; 

Alxaslı kəndi ərazisində: Qədim yaşayış məskəni; 

Aşağı Fərəcan kəndi ərazisində: İki ədəd qədim yaşayış məskəni və qədim qəbiristanlıq; 

Bozlu kəndi ərazisində: Orta əsrlərə aid qədim qəbiristanlıq, "Xaçın yalı" kurqanı, "Xaçın daşı" kurqanı; 

Cicimli kəndi ərazisində: Daş dövrünə aid kurqan, Tunc dövrünə aid kurqan, Dəmir dövrünə aid "Qız qəbri" kurqanı, "Çoban daşı" abidəsi və qədim qəbiristanlıq; 

Əhmədli kəndi ərazisində: "Vəng" qəbiristanlığı; 

Ərikli kəndi ərazisində: XVI əsrə aid "Araxış" qəbiristanlığı, Qədim yaşayış yeri; 

Güləbird kəndi ərazisində: Dəmir dövrünə aid kurqan, Qədim qəbiristanlıq; 

Hacılar kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Hacısamlı (Haştamlı) kəndi ərazisində: Qədim yaşayış məskənləri; 

Hoçaz kəndi ərazisində: Dəmir dövrünə aid kurqan, Qədim qəbiristanlıq; 

Katos kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Kosalar kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Malıbəy kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Malxələf kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Məzməzək kəndi ərazisində: Orta əsrlərə aid qəbiristanlıq; 

Mirik kəndi ərazisində: Daş dövrünə aid "Bayqara" mağarası, "Təpələr" adlanan kurqanlar, Daş dövrünə aid "Kalafalıq" yaşayış yeri; 

Mişni kəndi ərazisində: Qədim yaşayış məskəni və kurqan abidəsi; 

Pircahan kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Piçənis (Riçənis) kəndi ərazisində: "Xan qəbiristanlığı" və qədim qəbiristanlıq; 

Qaragöl və Göybulaq yaylaqları ərazisində: Qaragöl yaylağında qədim qəbiristanlıq, Göybulaq yaylağında qədim qəbiristanlıq; 

Qarıqışlaq kəndi ərazisində: "Çinarqaya" və "Çoban daşı" arxeoloji abidələri; 

Qorçu kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Quşçu kəndi ərazisində: "Mis yeri" kurqanı, "Daranın dərəsi" kurqanları, "Cəddə" kurqanları; 

Seyidlər kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Soyuqbulaq kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Sultanlar kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Sus kəndi ərazisində: Qədim yaşayış məskəni; 

Şəlvə kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Şeylanlı kəndi ərazisində: Qədim yaşayış yeri və qədim qəbiristanlıq; 

Zabux kəndi ərazisində: Qədim qəbiristanlıq; 

Xallanlı kəndi ərazisində: Orta əsrlərə aid "Sümüklü" qəbiristanlığı; 

Zeyvə kəndi ərazisində: Tarixi kurqan və orta əsrlərə aid qədim qəbiristanlıq; 

Ziyrik kəndi ərazisində: Tunc dövrünə aid kurqan və qədim qəbiristanlıq. 

Laçın Rayonunun Dekorativ-Tətbiqi Xalq Sənəti və Heykəltəraşlıq Abidələri — Laçın rayonunun ərazisində xalq sənəti nümunəsi olan çox sayda daş heykəltəraşlıq abidələri, at və qoç fiqurları, süjetli daş oymalar, həmçinin XX əsrə aid xatirə kompleksləri qorunub saxlanmışdır. Yaşayış məntəqələri üzrə bu abidələrin siyahısı aşağıdakı kimidir: 

Abdallar kəndi ərazisində: Dəmir dövrünə aid daş qutu qəbir abidəsi; 

Alxaslı kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları, Orta əsrlərə aid süjet xarakterli daş oyma; 

Bozlu kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları; 

Cicimli kəndi ərazisində: Tarixi daş at və qoç fiqurları; 

Əhmədli kəndi ərazisində: O. Musayevin xatirə abidəsi; 

Fərəcan kəndi ərazisində: Tarixi daş at və qoç fiqurları; 

Güləbird kəndi ərazisində: XVII əsrə aid daş at və qoç fiqurları, XVII əsrə aid süjet xarakterli daş oyma, Bayatı ustadı Sarı Aşığın xatirə kompleksi; 

Hacılar kəndi ərazisində: Tarixi daş qutu abidəsi; 

Hacısamlı (Haştamlı) kəndi ərazisində: Orta əsrlərə aid süjet xarakterli daş oyma; 

Kosalar kəndi ərazisində: Tarixi stella abidəsi; 

Laçın şəhəri ərazisində: İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərin xatirə abidəsi (1970-ci il), Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin heykəli (1970-ci il), "Ana və uşaq" heykəli (1975-ci il), Nəriman Nərimanovun heykəli (1978-ci il), "Sağıcı qız" heykəli, "Çoban" heykəli, Şəhərin yuxarı hissəsində yerləşən mədəniyyət və istirahət parkı; 

Malıbəy kəndi ərazisində: XVI əsrə aid daş at və qoç fiqurları, Dəmir dövrünə aid daş oyma abidəsi, Orta əsrlərə aid iki ədəd süjetli daş fiqur; 

Malxələf kəndi ərazisində: Tarixi daş at və qoç fiqurları, Orta əsrlərə aid süjet xarakterli daş oyma; 

Minkənd kəndi ərazisində: Orta əsrlərə aid süjet xarakterli daş oyma; 

Mirik dərəsi ərazisində: Orta əsrlərə aid süjetli daş fiqur və süjet xarakterli daş oyma; 

Mişni kəndi ərazisində: Orta əsrlərə aid süjetli daşlar və süjet xarakterli daş oyma; 

Pircahan kəndi ərazisində: Tarixi daş at və qoç fiqurları;  

Piçənis (Biçənis) kəndi ərazisində: Orta əsrlərə aid daş sənduqələr; 

Quşçu kəndi ərazisində: Orta əsrlərə aid daş sənduqə abidəsi; 

Sadınlar kəndi ərazisində: Orta əsrlərə aid süjetli daşlar; 

Seyidlər kəndi ərazisində: Tarixi daş at və qoç fiqurları; 

Sonasar kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları, Orta əsrlərə aid daş kitabə və süjet xarakterli daş oyma; 

Sultanlar kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları, Orta əsrlərə aid daş oyma abidəsi; 

Şəlvə kəndi ərazisində: Orta əsrlərə aid süjetli daşlar; 

Varazuğun yaylağı ərazisində: Orta əsrlərə aid süjetli daş fiqur və süjet xarakterli daş oyma; 

Zabux kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları; 

Xallanlı kəndi ərazisində: Orta əsrlərə aid daş at və qoç fiqurları, Orta əsrlərə aid süjetli daş və daş oyma abidələri; 

Zeyvə kəndi ərazisində: Orta əsrlərə aid süjet xarakterli daş oyma. 

Laçın rayonunun muzeyləri və rəsm qalereyaları — İşğala qədər Laçın rayonunun ərazisində zəngin fonda malik bir neçə muzey və mədəniyyət ocağı fəaliyyət göstərmişdir. Onların siyahısı və eksponat sayı aşağıdakı kimidir: 

Laçın şəhərində: Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi (5 000 ədəd eksponat), Laçın Dövlət Rəsm Qalereyası (50 ədəd eksponat); 

Güləbird kəndində: XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi (500 ədəd eksponat); 

Mişni kəndində: Kənd tarix muzeyi (250 ədəd eksponat). 

 

Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatları, "Vikipediya" elektron ensiklopediyasının Qarabağ və erməni vandalizmi ilə bağlı bölmələri, Azərbaycan Milli Kitabxanasının elektron xidmətlər portalı (anl.az), Laçın Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi (lachin-ih.gov.az) internet resurslarından istifadə edilmişdir.   

 

 

K. Ələkbərli
Baş redaktor

Bölmə: Laçın | Əlavə etdi: Beynəlxalq_İnformasiya (18/05/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 1121 | Etiketlər: Ağoğlan monastırı, Laçın işğalı, erməni vandalizmi, Cicimli türbələri | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org