"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
CÜMƏ AXŞAMI, 19/11/2026, 23:52
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

ELEKTRON KÜLLİYYAT

PREZİDENT İLHAM ƏLİYEV

MÜDAFİƏ NAZİRLİYİ

XOCALIYA ƏDALƏT

Voice of America

TEXNİKİ UNİVERSİTET

DÖVLƏT XİDMƏTLƏRİ PORTALI

OpenAI ChatGPT sistemi

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

HEYDƏR ƏLİYEV FONDU

Birinci vitse-prezident Mehriban Əliyeva

-BİTV- Odysee Kanal

ELM VƏ TƏHSİL NAZİRLİYİ

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Google News

Vandalizm


Tərtər rayonu - 07.07.1993

VANDALİZM

Azərbaycan Respublikası Tərtər rayonu

Tərtər rayonu Kiçik Qafqazın şimal-şərq ətəklərində və Qarabağ düzündə yerləşir. Tərtər rayonu Azərbaycan Respublikasının inzibati bölgüsünə daxildir və mərkəzi Tərtər şəhəridir. Rayon Sovet dövründə Mirbəşir adlanmışdır. 7 fevral 1991-ci ildə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır. 

13 oktyabr 1992-ci ildə Ağdərə rayonu ləğv edilmiş və həmin rayonun Ağdərə qəsəbəsi Tərtər rayonunun inzibati tərkibinə daxil edilmişdir. Ağdərə Azərbaycan Respublikasının qərbində yerləşən qəsəbədir və inzibati olaraq Tərtər rayonu ərazisindədir. Qəsəbə Tərtər-İstisu avtomobil yolunun kənarındadır. 

7 iyul 1993-cü ildə Tərtər rayonunda qəsəbə və kəndlər erməni silahlı dəstələri tərəfindən işğal olunmuşdur. Ağdərə qəsəbəsi və 13 kənd erməni silahlı dəstələrinin işğalı altına düşmüşdür. Bu ərazilər erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur. 

Rayonun tarixçəsi — Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən Crabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı Mardakert rayonunun mərkəzi olmuşdur. Yaşayış məntəqəsi 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə isə şəhər statusu almışdır. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, qəsəbə isə keçmiş adı ilə Ağdərə adlandırılmışdır. 

Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı dəstələrinin nəzarəti altına keçmişdir. 13 iyun 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında, erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu (Azərbaycan SSR dövründə Şaumyan rayonu) istiqamətində 3 gün davam edəcək irimiqyaslı hücuma keçdi. "Goranboy" əməliyyatı adlanan bu hücuma Surət Hüseynov başçılıq edirdi. Əməliyyatda keçmiş Sovet Ordusunun 23-cü diviziyasının 4 tank və 2 motoatıcı batalyonu, Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni silahlı dəstə bölüyü geri çəkildi. Bununla da Goranboy rayonundakı onlarla kənd erməni silahlı dəstələrindən təmizləndi. "Memorial" insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı mülki ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər. 

15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən Azərbaycan Ordusu bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. Bu əməliyyatda 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan, 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdir. 

25 iyun 1992-ci ildə, səhər saat 10:33 radələrində erməni könüllü dəstələri ("Arabo", "Aramo", "Artziv 9", "Zeytun", "Nikol Duman", "Zoravar Andranik", "Meğradzor") Yuxarı Oratağ kəndində birləşərək sürətli əks-hücuma keçdilər. Gecə ikən 65 nəfərdən ibarət "Aramo" dəstəsi və əlavə 10 nəfərlik könüllü dəstəsi Qızıloba kəndini yenidən işğal etdilər. Bu hadisə azərbaycanlılar arasında böyük psixoloji təsir yaratmış və döyüş zamanı 30-40 Azərbaycan əsgəri həlak olmuşdur. 

Ağdərənin azad olunması və irəliləyişlər — 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilmişdir. Erməni silahlı dəstələri vahimə içində ərazini tərk etmişdir. Erməni silahlı dəstələrinin təcavüzü nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli zərər dəymişdir. Erməni silahlı dəstələri Xankəndinin (Stepanakert) cənubuna doğru geri çəkilmişdir. Onlar Azərbaycan Ordusunun ciddi hücumu olacağı təqdirdə Ağdərə (Mardakert) rayonundakı mühüm hidroelektrik bəndini partlatmağı planlaşdırırdılar. 

1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş Goranboy və Ağdərə əməliyyatının məqsədi Dağlıq Qarabağda nəzarəti bərpa etmək və qanunsuz separatçılığa son qoymaq idi. Uğurla həyata keçirilən bu hücum bütün 6 il ərzində Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu əməliyyat həm də müharibənin yeni və daha gərgin mərhələsinin başlanğıcı idi. Hücumda 8000-dən çox hərbçi, əlavə 4 batalyon, 90 tank, 70 piyada döyüş maşını və "Mi-24" zirehli döyüş helikopterlərindən istifadə edilmişdir. 

Bu əməliyyat məşhur "600 saniyə" ("600 секунд") televiziya proqramında geniş müzakirə olunmuşdur. Aparıcı Aleksandr Nevzorov Goranboy əməliyyatı zamanı hazırladığı müsahibə ilə efirdə çıxış etmişdir. 

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmişdir. Həmin rayonun Ağdərə qəsəbəsi və 28 kəndi Tərtər rayonunun inzibati bölgüsünə daxil edilmişdir. Azərbaycan Ordusunun ilkin uğurlu hücumlarından sonra yenidən təşkilatlanmış erməni silahlı dəstələri əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini yenidən işğal etmişdir. 

Qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu” adlı erməni silahlı dəstələri təşkil olunduqdan sonra Azərbaycan Ordusunun irəliləməsi dayanmışdır. 1992-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Ordusu ciddi müqavimətlə qarşılaşaraq ağır itkilərlə üzləşmişdir. Bu dövrdə Surət Hüseynov öz tabeliyində olan diviziyaların Ağdərədən Gəncəyə doğru geri çəkilməsinə əmr vermişdir. 

Tərtər rayonunda bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər getmişdir. Lakin 1993-cü ilin iyun ayından başlayaraq erməni silahlı dəstələrinin Ağdam rayonu ərazisinə hücumları artmışdır. Həmin vaxta qədər erməni silahlı dəstələri Ağdərə istiqamətində əks-hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirmiş, həmçinin strateji əhəmiyyətli Kəlbəcər rayonu işğal olunmuşdur. 

Eyni zamanda ölkədaxili ictimai-siyasi vəziyyət də çox gərgin idi. 4 iyun 1993-cü ildə Azərbaycanda Gəncə qiyamı baş vermişdir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hərəkət etmişdir. Onun rəhbərlik etdiyi hərbi bölmələr ön cəbhədəki mövqelərini tərk edərək bu qiyama qoşulmuşdur. Surət Hüseynov Bakıda dövlətə qarşı hərbi çevriliş etmək və Prezident Əbülfəz Elçibəyi hakimiyyətdən devirmək niyyətində idi. 

Gəncədə baş verən hadisələr ön cəbhədə vuruşan qüvvələrə öz mənfi təsirini göstərirdi. Buna baxmayaraq, səngərlərdə dayanan Azərbaycan əsgərləri arxada baş verən qarışıqlığa baxmayaraq erməni silahlı dəstələrinin hücumlarını dəf etmək üçün mübarizə aparırdılar. Lakin yaranmış siyasi böhran və cəbhə xəttinin boşalması səbəbindən bölgədəki uğurlu əməliyyatların davamı olmamışdır. Bundan istifadə edən erməni silahlı dəstələri 7 iyul 1993-cü ildə Ağdərə qəsəbəsini yenidən işğal etmişdir. Əməliyyatlar dağlıq bölgədə aparıldığından irəliləmək çox çətin idi və erməni silahlı dəstələrinin müqavimətini qırmaq mümkün olmamışdır. Nəticədə Azərbaycan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur olmuşdur. 

Erməni silahlı dəstələrinin hərbi təcavüzü nəticəsində Tərtər rayonunun 20 sosial və texniki infrastruktur obyektinə zərər dəymişdir. Onlardan 6-sı səhiyyə obyekti, 7-si uşaq bağçası və 7-si məktəbdir. Bundan əlavə, Tərtər rayonunda 15 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur. 

Keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə qəsəbəsi və 13 kənd erməni silahlı dəstələrinin işğalı altına düşmüşdür. 

1989-cu il siyahıyaalınmasına əsasən, qəsəbədə 4 018 nəfəri kişi və 4 307 nəfəri qadın olmaqla ümumilikdə 8 325 nəfər əhali yaşayırdı. 

Erməni silahlı dəstələrinin hərbi təcavüzü nəticəsində Tərtər rayonunun 20 sosial və texniki infrastruktur obyektinə zərər dəymişdir. Onlardan 6-sı səhiyyə obyekti, 7-si uşaq bağçası və 7-si məktəbdir. Bundan əlavə, Tərtər rayonunda 15 tarixi və mədəniyyət abidəsi erməni vandalları tərəfindən dağıntılara məruz qoyulmuşdur. 

Keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə qəsəbəsi və 13 kənd erməni silahlı dəstələrinin işğalı altına düşmüşdür. 

1989-cu il siyahıyaalınmasına əsasən, qəsəbədə 4 018 nəfəri kişi və 4 307 nəfəri qadın olmaqla ümumilikdə 8 325 nəfər əhali yaşayırdı. 

Müqəddəs Yelisey məbəd kompleksi — Müqəddəs Yelisey kilsəsi Tərtər rayonunun Mağavuz (Madagiz) kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında ilk xristian təbliğatçısı olmuş Yeliseyin şərəfinə V əsrdə tikilmişdir. 

Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb darvazası müdafiə baxımından diqqəti cəlb edir. Qalanın içərisində 18 müxtəlif tipli tikili vardır. Bunlar baş məbəd, kiçik kilsələr, ikimərtəbəli yaşayış evi, təsərrüfat binaları və tövlələrdir. 

Baş məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formalıdır və iki sütun ilə iki yarımsütun vasitəsilə üç nefə bölünür. Orta nef yanındakı neflərə nisbətən xeyli hündürdür. Neflərin üstü silindrik tağbəndlə örtülmüşdür. İkinci otaq olan ibadət zalı uzunsovdur və tağbəndlə örtülmüşdür. 

Məbədin fasadlarına yaxşı yonulmuş daşdan üz çəkilmişdir. Birinci otağın damında zəng asmaq üçün dördsütunlu rotonda inşa edilmişdir. 

Kompleksin ikinci binası baş məbədin sağ tərəfində yerləşən kiçik kilsədir. Baş məbədin sol və sağ tərəfində isə altı kiçik kilsə binası yerləşir. 

Qaladan 1 kilometr aralıda, çayın üzərində tikilmiş biraşırımlı körpü qala ilə əlaqə yaradan əsas vasitə idi. Müqəddəs Yelisey məbəd kompleksinin ümumi tikilmə tarixi XIV əsrə aiddir. 

Müqəddəs Yelisey kilsəsi Tərtər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilmiş ərazisində olmuşdur. 

Sərsəng su anbarı — Sərsəng su anbarı 1976-cı ildə keçmiş Ağdərə rayonu ərazisində, Tərtər çayı üzərində inşa olunmuşdur. Su tutumu 560 milyon kubmetrdir. Həcminə görə Mingəçevir su anbarı, Şəmkir su anbarı və Araz su qovşağından sonra Azərbaycanın dördüncü böyük su anbarıdır. Vaxtilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının 100 min hektara yaxın əkin sahəsi buradan suvarılırdı. 

Sərsəng su anbarı dəniz səviyyəsindən təxminən 700 metr yüksəklikdə yerləşir və Azərbaycanın ən hündür relyefə malik su anbarıdır. Bəndinin hündürlüyü 125 metrdir. Sərsəng su anbarı böyük texniki parametrlərə malik əhəmiyyətli meliorasiya obyektidir. Vaxtilə Azərbaycan mütəxəssisləri tərəfindən bəndin təhlükəsizliyi ilə bağlı mütəmadi profilaktik təmir işləri görülmüşdür. 

Lakin su anbarı 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edildikdən sonra texniki və təhlükəsizlik baxımından nəzarətsiz qalmışdır. İşğal dövründə erməni tərəfi bəndin təhlükəsizliyi ilə bağlı heç bir tədbir və bərkitmə işləri görməmişdir. Uzun illər əvvəl tikilmiş su anbarında təbii aşınma proseslərinə nəzarət edilməməsi onu texnogen təhlükə mənbəyinə çevirmişdir. 

Digər tərəfdən, suvarma üçün lazım olan vaxtlarda anbarın illik su normasının yalnız 10-15 faizi buraxılmış və ətraf ərazilərdəki əkin sahələri quraqlıqdan məhv olmuşdur. Qış aylarında isə anbardan illik su sərfinin 85-90 faizi qəsdən buraxılmışdır. Bu isə başqa bir ekoloji gərginliyə, sel və daşqınlara səbəb olmuşdur. Baş verə biləcək hər hansı təbii fəlakət və ya zəlzələ bəndin dağılmasına, regionda humanitar və ekoloji fəlakətə səbəb ola bilərdi. Bu baxımdan su anbarından aşağıda yaşayan 400 minə yaxın əhali daim təhlükə altında olmuşdur. 

“Ürək” məbədi — Tərtər rayonu ərazisində yerləşən ölkə əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrindən biri də Talış kəndindəki "Ürək" məbədidir. "Ürək" məbədi XII əsrə aid Qafqaz Albaniyası abidəsidir. Məbəd Tərtər rayonunun erməni silahlı dəstələri tərəfindən işğal edilmiş ərazisində olmuşdur. 

Memarlıq abidələri 

“Ürək” məbədi: XII əsr, Talış kəndi; 

Qala: XIII-XIV əsrlər, Talış kəndi; 

Müqəddəs Yelisey kilsəsi: V-XIII əsrlər, Mağavuz (Madagiz) kəndinin yaxınlığında; 

Körpü: XII-XIII əsrlər, Mağavuz (Madagiz) kəndi;  

Üçkilsə monastırı: Tonaşen kəndi; 

Qala: XII-XIII əsrlər, Çiləbürt kəndi; 

Qala xarabalıqları: XII-XIII əsrlər, Çardaqlı kəndi; 

Məlik Hətəm qalası: XVIII əsr, Kiçik Qarabəy kəndi; 

Qafqaz Albaniyası məbədi: Orta əsrlər, Qasapet kəndi; 

Qala: Orta əsrlər, Umudlu kəndi; 

Qədim yaşayış yeri: Umudlu kəndi; 

Hamam: Umudlu kəndi. 

Arxeoloji abidələr 

Qəbiristanlıq: Orta əsrlər, Qasapet kəndi; 

Yaşayış yeri: Orta əsrlər, Çardaqlı kəndi. 

7 iyul 1993-cü ildə Tərtər rayonunun tarixi abidələri, məbədləri və yaşayış məntəqələri erməni silahlı dəstələri tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur.  

 

Bu məqalənin hazırlanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, həmçinin Vikipediyanın Qarabağ bölməsindən, "Kayzen" və "Erməni vandalizmi" internet resurslarından istifadə edilmişdir.  

 

 

K. Ələkbərli
Baş redaktor

Bölmə: Tərtər | Əlavə etdi: Beynəlxalq_İnformasiya (07/07/2017) | Müəllif: Baş redaktor: Kamran Ələkbərli
Baxılıb: 3884 | Etiketlər: Tərtər rayonu, tarixi abidələr, erməni vandalizmi, Ağdərə | Qiymətləndirmək: 0.0/0
Ümumi Şərhlər: 0
avatar
Logo
Beynəlxalq İnformasiya - Xəbərlər | International Information - News
Reuters & BBC Editorial Standard — Real-time AI Translation LIVE NEON
⚡ Status: Ready to translate with Google Gemini AI...
Translated News
Neural AI is translating and refining the press release in real-time...
Open in External AI Portals:
inter-info.ucoz.org